“Hələ də işi məhkəmələrdə olan neçə məktəb direktoru var” – Nazir müavini

“Bu il ərzində məktəbdə müəllimlərin bir-birindən öyrənmək imkanlarına daha çox diqqət yetirməliyik”. APA-nın məlumatına görə, bunu “Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda keçirilən konfransda Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib. Onun sözlərinə görə, dünyanın çox ölkəsində müəllimləri dəstəkləyici hansısa mərkəzlər, idarələr mövcud deyil. Dövlətin standartı var və bu standart dövlətin tələbidir: “Dövlət bu işlərin görülməsini […]

“BakuBus” avtobusunun iştirakı ilə qəza baş verib

Bakı şəhəri, Binəqədi rayonunda, İbrahimpaşa Dadaşov küçəsində “BakuBus” şirkətinə məxsus 6 saylı avtobusun iştirakı ilə qəza baş verib. “Report”un məlumatına görə, hadisə zamanı avtobus eyni istiqamətdə hərəkət edən taksi ilə toqquşub. Qəza ilə əlaqədar Bakı Tennis Akademiyasının qarşısında tıxac yaranıb. Sürücülər isə bir-birilərini günahlandıraraq, hadisə yerinə polis və sığorta işçilərinin gəlişini gözləyiblər.

Çavuşoğlu və Pompeo Türkiyəyə tətbiq edilən sanksiyaları müzakirə ediblər

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və ABŞ Dövlət kabiti Mayk Pompeo arasında telefon danışığı olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, tərəflər telefon danışığında Türkiyənin Suriyada apardığı “Barış bulağı” hərbi əməliyyatını və bununla əlaqədar ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaları müzakirə ediblər. M. Pompeo ABŞ nümayəndə heyətinin Türkiyəyə səfər edəcəyini də bildirib.

Dolların sabahkı məzənnəsi açıqlanıb

Azərbaycan Mərkəzi Bankı (AMB) dolların oktyabrın 16-na olan məzənnəsini açıqlayıb. 16.10.2019-cu il tarixindən etibarən Mərkəzi Bank tərəfindən ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.

“Razılaşdırılmamış aksiyaların qarşısı polis tərəfindən alınacaq” – BŞBPİ

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) sosial şəbəkələrdə icazəsiz aksiyaya çağırışlarla bağlı xəbərdarlıq edib. BŞBPİ-nin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev APA-ya bildirib ki, qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan istənilən siyasi aksiyanın, yaxud mitinqin qarşısı qətiyyətlə alınacaq: “Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsi qanunla müəyyən […]

Azərbaycanda 4 uşaq anası işgəncəyə məruz qalıb

Qəbələ rayonunda ailə münaqişəsi qanla nəticələnib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Solqıca kəndində qeydə alınıb. Kənd sakini, 1975-ci il təvəllüdlü Eyvazova Xalidə Süleyman qızı bədənin müxtəlif nahiyələrində qançır, yanıq və çapıq xəsarətləri ilə Qəbələ rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Dörd uşaq anası olan X.Eyvazovaya ailədaxili münaqişə zamanı həyat yoldaşı Dəmir Eyvazov tərəfindən işgəncə verildiyi […]

İşaxtaran və işsiz vətəndaşların DİQQƏTİNƏ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə Hotellər və Restoranlar Assosiasiyasının (DAİR) birgə təşkil etdiyi turizm, qonaqpərvərlik və xidmət sahələri üzrə peşələr üzrə hazırlıq kurslarına müdavim qəbulu davam edir. Bu barədə “Cümhuriyyət”ə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, kurslarda öyrədiləcək peşələrin siyahısına daha iki peşə də əlavə edilib. Beləliklə, elan […]

UEFA Çempionlar Liqasının finalını İstanbuldan ala bilər

Türkiyənin İstanbul şəhəri Çempionlar Liqasının final oyununa ev sahibliyi hüququnu itirə bilər. APA-nın məlumatına görə, UEFA qarşılaşmanın başqa şəhərə keçirilməsi məsələsinə baxacaq. Bunu qurumun vitse-prezidenti Mişel Uva açıqlayıb. O bildirib ki, 2019/20 mövsümünün final oyununun yerinin dəyişdirilməsi ilə bağlı çağırışlar müzakirə olunacaq. Türkiyənin Suriya YPG/PKK terrorçularına qarşı başladığı hərbi əməliyyatlardan sonra bəzi mütəxəssislər finalın İstanbulda […]

“Ata Bank”ın rəhbərliyinə gətirilən Ağakərim Məlikaslanov kimdir?

Olduqca çətin günlərini yaşayan və sabiq vergilər naziri Fazil Məmmədovun bankı kimi tanınan “Ata Bank”da İdarə Heyətinin sədr müavini postuna yeni təyinat olub. FED.az-ın yaydığı məlumata görə bu, Ağakərim Məlikaslanovdur. Məlumatda deyilir ki, Ağakərim Məlikaslanov Mərkəzi Bankda rəhbər vəzifədə olan bir şəxsin qohumudur. Lakin həmin şəxsin kimliyi açıqlanmır. Ağakərim Məlikaslanovun Mərkəzi Bankda hansı rəhbər vəzifəli şəxsin […]

Azərbaycanda narkotik istifadəçilərinin sayı açıqlanıb

‘‘Hazırda Narkoloji Dispanserdə 32 min nəfər qeydiyyatdadır. Qeyri-rəsmi rəqəmlər isə dəfələrlə çoxdur”. ”Report” xəbər verir ki, bunu Respublika Narkoloji Mərkəzin direktoru Araz Manuçəri jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, dispanserdə 300 qadın və 50 nəfərə yaxın yeniyetmə qeydiyyatdadır. Direktor bildirib ki, narkotik istifadəçilərinin, əsasən, 50 faizi heroin, sintetik heroin (kakos), tiryəkdən istifadə edir: ”Son illərdə […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2019
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031