Azərbaycanın axtarışa verdiyi qadın Belarusda saxlanılıb

Azərbaycanın beynəlxalq axtarışa verdiyi 51 yaşlı qadın tutulub. “Report”un xəbərinə görə, “İnterpol” xətti ilə axtarışda olan 1968-ci il təvəllüdlü Viktoriya İsgəndərova Belarusda saxlanılıb. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur. V.İsgəndərovanın Azərbaycana ekstradisiya olunması üçün tədbirlər davam etdirilir.

Böhranla üzləşən banklara dəstək veriləcək

Maliyyə Nazirliyinin səlahiyyətləri artırılıb. APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyev bu gün imzaladığı “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanda əksini tapıb. Maliyyə Nazirliyinin vəzifələri sırasına nazirlik yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi vasitəsilə dövlət borcunu və maliyyə öhdəliklərini idarə etmək, dövlət borcuna və dövlət zəmanəti üzrə […]

“Uşaq Qaynar Xətt” xidməti artıq qısa nömrədə

Psixi Sağlamlıq gününə həsr olunan konfransda Azercell-in təşəbbüsü ilə “Uşaq Qaynar Xətt” xidmətinin istifadəsinə verilən 116-111 qısa nömrəsinin təqdimatı keçirilib “Azercell Telekom” MMC, Azərbaycan Tibb Universiteti, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Ümumdünya Səhiyyə Təşkilatı, “Ümidli Gələcək Sosial Təşəbbüslər” İctimai Birliyinin birgə əməkdaşlığı və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə 15 oktyabr tarixində “Four […]

Ziyalılar “Azərbaycan”ın 30 illik işığına yığışdı – FOTOLAR

Bu gün “Azərbaycan” qəzetinin yaranmasının 30 illik yubileyi qeyd olunub. BakuPost.az xəbər verir ki, tədbiri Xalq şairi, 1989-cu ilin oktyabrın 6-da nəşrə başlayan “Azərbaycan” qəzetinin ilk baş redaktoru Sabir Rüstəmxanlı giriş sözü ilə açıb. “Azərbaycan” qəzetinin yaranma tarixinə nəzər salan Sabir Rüstəmxanlı 145 yaşlı Azərbaycan mətbuatında “Azərbaycan” qəzetinin çox əhəmiyyətli bir yerə malik olduğunu vurğulayıb: “Gələn il Azərbaycan mətbuatının 145 […]

Lionel Messi 6-cı dəfə “Qızıl buts” alıb

İspaniyanın “Barselona” klubunun argentinalı futbolçusu Lionel Messi “Qızıl buts” mükafatını alıb. APA-nın məlumatına görə, UEFA-ya üzv olan ölkələrin çempionatlarının ən yaxşı bombardiri üçün təsis olunan mükafat cənubi amerikalıya təqdim edilib. 2018/19 mövsümündə La Liqada 36 qol vuran L.Messi 72 xal toplayıb. 32 yaşlı argentinalı bunu 34 matçda gerçəkləşdirib. L.Messi karyerasında 6-cı dəfə bu mükafata sahib çıxıb. O, […]

Fədayə Laçınla birlikdə həbs edilən polkovnik azadlığa çıxdı

Dustaqların qaçmasına görə həbs edilən polkovnik azadlığa çıxıb.Musavat.com xəbər verir ki, səs-küylü işə görə həbs edilən Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev oktyabrın 5-də azadlığa buraxılıb. 2017-ci ildə həbs edilən polkovnik cəzasının 2/3 hissəsini çəkdiyi üçün azadlığa buraxılıb. Polkovnik 1 saylı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb. Bəhruz Abdullayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il […]

IMF qlobal ÜDM-in artım tempinə dair proqnozlarını endirib

Beynəlxalq Valyuta Fondu (International Monetary Fund – IMF) 2019-2020-ci illər üzrə qlobal ÜDM-in artım tempinə dair proqnozlarını endirib. “APA-Economics”in IMF dərc etdiyi yeni hesabata istinadən verdiyi məlumata görə, Fond 2019-cu il üzrə dünya iqtisadiyyatının 3%, 2020-ci ildə isə 3,4% artacağını proqnozlaşdırır. Halbuki bundan öncə IMF qlobal ÜDM-in artım tempinin müvafiq olaraq 3,2% və 3,5% təşkil […]

Azərbaycanda yeni agentlik yaradıldı – FƏRMAN

Prezident İlham Əliyev Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. APA-nın xəbərinı görə, fərmana əsasən, Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi yaradılıb. “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi haqqında Əsasnamə” də təsdiq edilib.

70-ə yaxın ev qazsız qaldı – SƏBƏB

Bu gün günorta saatlarında Ağsu şəhəri H.Aslanov küçəsində betonqarışdıran maşın 76 millimetr diametrində olan qaz kəmərini qırıb. Bu barədə “Cümhuriyyət”ə “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, nəticədə abonentlərə məxsus 3 ədəd smart-kart tipli qaz sayğacı tamamilə yararsız vəziyyətə düşüb, 70-ə yaxın evin qaz təchizatı dayanıb. Həmçinin artıq bərpa işlərinə başlanılıb və işlərin tez bir zamanda başa […]

220-dək cinayətkar Azərbaycana ekstradisiya olunub

Ədliyyə Nazirliyi beynəlxalq cinayət hüququnun qədim institutlarından olan cinayət törətmiş şəxslərin təslim edilməsinə – ekstradisiyasına dair bir sıra dövlətlərlə müqavilələr bağlayıb. Nazirlikdən APA-ya bildirilib ki, MDB çərçivəsində müvafiq konvensiyalar üzrə əməkdaşlıq edilir. Eyni zamanda, Azərbaycan 50 dövlət tərəfindən ratifikasiya olunmuş “Ekstradisiya haqqında” 1957-ci il tarixli Avropa Konvensiyasının iştirakçısı olmaqla Ədliyyə Nazirliyi tərəfindən səlahiyyətli qurum kimi […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2019
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031