19 oktyabr aksiyası xalqın mübarizə əzmini və özgüvənini artır

Demokratik Qüvvələrin Milli Şurası 19 yanvardan sonra ilk dəfə aksiya keçirdi, amma bu dəfə mitinqini Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırmadı. Razılaşdırılmamış aksiyaya görə polis qüvvələri Bakının mərkəzində bir neçə saat yolları bağladı, metronun fəaliyyətinin dayandırıldı, internet kəsildi, onlarla adam saxlandı. Əsas məqsəd cəmiyyəti oyandırmaq idi, konkret nəticə əldə olunmasa da, camaata təkan vermək idi. […]

BŞBPİ: Qanunsuz aksiyada 60 nəfər saxlanılıb, onlardan 42-si …

Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuranın aksiyası ilə bağlı məlumat yayıb. İdarədən “Cümhuriyyət”ə verilən məlumatda bildirilir ki, özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun üzvləri 2019-cu il oktyabr ayının 19-da paytaxtın mərkəzi ərazilərindən birində mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər. “Müraciətə baxılaraq «Sərbəst toplaşmaq azadlığı haqqında» Qanunun müvafiq tələblərinə əsasən ictimai asayişin pozulmasının qarşısının alınması, […]

Avtobusların hərəkəti bərpa edildi

“28 May” Nəqliyyat Mübadilə Mərkəzindən keçən 14 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində edilən müvəqqəti dəyişiklik aradan qaldırılıb. Bu barədə “Cümhuriyyət”ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilib ki, artıq avtobuslar əvvəlki hərəkət sxemi üzrə sərnişinlərimizə xidmət edirlər.

Polis Pənah Hüseyni saxlayıb

AXC hakimiyyətinin baş naziri, Xalq Partiyasının sədri Pənah Hüseyn saxlanılıb. “AzPolitika.info”-nun məlumatına görə, bu barədə jurnalist Əvəz Zeynallı məlumat verib. “Pənah Hüseyni Rəşid Behbudov adına Mahnı Teatrının qarşısından 28 Maya doğru gedərkən mülki geyimli şəxslər saxladılar”, – jurnalist “Facebook”da yazıb. Ə.Zeynallı bildirib ki, onun özünü də saxlamaq istəyiblər. Lakin jurnalist olduğunu bildikdən sonra sərbəst buraxıblar.

Polis Əli Kərimlini saxladı – Saxlanma anının VİDEOSU

Polis Milli Şuranın bu gün saat 15:00-a 28 May metrostansiyasının qarşısına təyin etdiyi razılaşdırılmamış mitinqin keçirilməsinə imkan verməyib. Son məlumatlara görə, mitinqdə iştirak etmək üçün evindən çıxan AXCP sədri Əli Kərimli elə yaşadığı binanın qarşısında saxlanılaraq naməlum istiqamətə aparılıb. Onunla birlikdə olanların da saxlanıldıqları bildirilir.  Bundan əvvəl Əli Kərimli “Facebook”da yazmışdı ki, yaşadığı evin qarşısında […]

Metronun 3 stansiyasının fəaliyyəti bərpa olundu – RƏSMİ

“28 May”, “Cəfər Cabbarlı” və “Xətai” stansiyalarının fəaliyyəti bərpa olunub. Bu barədə “Cümhuriyyət”ə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, oktyabrın 19-da saat 13:00-da zərurətdən yaranmış səbəblərə görə, fəaliyyəti müvəqqəti dayandırılmış hər üç stansiya saat 17:00-dan sərnişinlərin giriş-çıxışına açılıb. Qeyd olunub ki, oktyabrın 19-da saat 15:00-da mitinq keçirilməsi ilə əlaqədar özünü Demokratik Qüvvələrin […]

Azərbaycanda ən çox bu ölkələrdən tələbə təhsil alır – SİYAHI

2018/2019-cu tədris ilində Azərbaycanın ali təhsil müəssisələrində 86 ölkədən 6004 əcnəbi tələbə təhsil alıb. Təhsil Nazirliyinin məlumatına görə, ölkələr üzrə əcnəbi tələbələr sırasında ilk yeri Türkiyə tutur. Ötən tədris ilində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan türkiyəli tələbələrin sayı 2175 nəfər olub. Bundan əlavə, Azərbaycanda təhsil alan əcnəbi tələbələr sırasında İran (809), Rusiya (635), Gürcüstan […]

BŞBPİ-nin İdarə rəisi: “Qanunsuz aksiya cəhdinin qarşısı polis tərəfindən qətiyyətlə alınıb, saxlanılanlar var”

“İki gün öncə televiziya vasitəsilə də tərəfimdən müraciət olunmuşdu ki, Bakı şəhəri “28 May” metrostansiyasının qarşısında heç bir aksiya keçirilməyəcək. Bir daha xatırladıram ki, metronun mühafizə zonasına daxil olan heç bir yerdə heç bir aksiya keçirilə bilməz. Bununla bağlı çıxış elədim və ictimaiyyəti məlumatlandırdım”. APA-nın məlumatına görə, bunu Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik […]

Kataloniyada yeni etiraz aksiyaları keçirilib

Ötən gün Kataloniyada müstəqillik tərəfdarlarının keçirdiyi etiraz aksiyaları zamanı azı 182 nəfər xəsarət alıb. “Report” yerli KİV-ə istinadən xəbər verir ki, bunların 152 nəfəri Barselonanın payına düşür. Ötən gün ümumi tətil elan edildiyi Kataloniyanın müxtəlif şəhərlərində, xüsusilə də paytaxt Barselonada kütləvi mitinqlər keçirilib. Barselona şəhər polis idarəsi qarşısındakı etiraz aksiyası zamanı nümayiçşçilərlə polis arasında qarşıdurma […]

“Suriyanın şimalında terrorçular razılaşmanı pozur” – Türkiyə Müdafiə Nazirliyi

Suriyanın şimalında PKK/YPG terrorçuları son 36 saatda atəşkəsi 14 dəfə pozub. APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib. “ABŞ və Türkiyə arasında əldə edilmiş razılaşmaya baxmayaraq, son 36 saatda terrorçular atəşkəsi 14 dəfə pozublar”, – deyə məlumatda qeyd olunub.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2019
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031