İqtisadiyyat Nazirliyinin yeni strukturu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadiyyat Nazirliyinin yeni strukturunu təsdiqləyib. APA-nın məlumatına görə, dövlət başçısının oktyabrın 23-də imzaladığı Fərmanla İqtisadiyyat nazirliyinin yeni strukturu bu şəkildə müəyyənləşib: 1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin aparatı (şöbələr və sektorlar). 2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti. 3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti. 4. Azərbaycan Respublikasının […]

Ombudsmanın Milli Preventiv Qrupu Tofiq Yaqublu ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığı əsasında Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən növbəti başçəkmə əvvəlcədən xəbərdarlıq etmədən Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlama Mərkəzinə həyata keçirilib. Ombudsman Aparatının Mətbuat xidmətindən “Cümhuriyyət”ə verilən məlumata görə, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ […]

Vergilər Nazirliyi və Əmlak Komitəsi İqtisadiyyat Nazirliyinə birləşdirildi – FƏRMAN

Azərbaycan Prezidenti İlham Əliyev İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında Fərman imzalayıb. “Cümhuriyyət” məlumat verir ki, fərmanla, iqtisadi artım üçün əlverişli şəraitin yaradılmasına cavabdeh olan dövlət orqanlarının koordinasiyalı fəaliyyətinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq […]

Gələn il Azərbaycanda siyasi partiyalara 3 milyon manat maliyyə yardımı veriləcək

Gələn il siyasi partiyalara veriləcək maliyyə yardımının məbləği müəyyənləşib. APA-nın məlumatına görə, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində qeyd edilib ki, siyasi partiyalara 3 milyon manat maliyyə yardımı verilməsi nəzərdə tutulur. Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarında müzakirəyə […]

Mikayıl Cabbarov İqtisadiyyat naziri təyin edilib

Mikayıl Çingiz oğlu Cabbarov Azərbaycan Respublikasının Vergilər naziri vəzifəsindən azad edilərək, İqtisadiyyat naziri təyin edilib. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Əli Əsədov islahatlara köməkçilərindən başladı

Yeni təyin olunan Baş Nazir Əli Əsədov Nazirlər Kabinetində kadr islahatlarına başlayıb. “Report”un əldə etdiyi məlumata görə, Ə.Əsədovun müvafiq əmri ilə Nazirlər Kabinetinin İşlər müdiri Adil Əhmədov, Baş Nazirin köməkçiləri Tofiq Sarıcalinski və Natiq Əzizov vəzifələrindən azad ediliblər. Nazirlər Kabineti Aparatının yeni İşlər müdiri və Baş Nazirin yeni köməkçisi təyin edilib. APA-nın xəbərinə görə, Baş Nazir Əli Əsədovun […]

Evini satanlar üçün vergilər yeni qaydada hesablanacaq

Gələn il yanvarın 1-dən qeydiyyatda olduğu özünə məxsus evi satanlar üçün vergi yükü azaldılır. APA-nın məlumatına görə, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb. Layihəyə əsasən, fiziki şəxslər tərəfindən vergidən azad edilməklə, təqdim edilə yaşayış sahəsində ən azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda ola müddəti 3 təqvim ilinə endiriləcək. Eyni zamanda fiziki […]

“Şişirdilən xərclərin qarşısını almalıyıq” – Qüdrət Həsənquliyev

Qüdrət Həsənquliyev: “Milli Məclis olaraq prezidentə bu işdə dəstək verməliyik” “Bu yaxınlarda cənab Prezidenti müşavirə keçirdi və həmin müşavirədə xüsusi vurğuladı kı, büdcə layihəsi hazırlanarkən bir çox hallarda xərclər məqsədyönlü şəkildə şişirdilir. Düşünürəm ki, biz, Milli Məclis olaraq prezidentə bu işdə dəstək verməliyik və şişirdilən xərclərin qarşısını almalıyıq”. Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının […]

Sərnişin avtobusda ölüb

Sumqayıtda ölüm hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə 30 saylı xətt üzrə hərəkətdə olan marşrut avtobusunda qeydə alınıb. Belə ki, avtobusda olan sərnişin, 1948-ci il təvəllüdlü Quliyev Eldar İbrahim oğlunun səhhəti qəfildən pisləşib və dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Keçmiş prezidentin və ailə üzvlərinin təminatı üçün ayrılacaq vəsait məlum olub

Gələn il üçün Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı üçün ayrılan vəsait məlum olub. APA-nın məlumatına görə, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində qeyd edilib ki, Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı üçün 327 min 170 manat vəsait ayrılacaq. Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinin zərfinə daxil […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2019
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031