Oqtay Əsədov nazirə belə DEDİ: “Yerlibazlıq edib, sənə imkan yaratdıq ki…”

“Hamı böyük səbrlə sizə qulaq asdı. Sən bizim içimizdən çıxmısan, bir az yerlibazlıq edib həm deputatlar, həm də mən imkan yaratdıq ki, bütün hesabatı Milli Məclisdə təqdim edəsən. Bunu da etdin”. “Report” xəbər verir ki, bunu Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin noyabrın 13-də keçirilən plenar iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev […]

Sahil Babayev işsizlikdən sığorta haqqı almağın şərtlərini açıqlayıb

“Vətəndaş işsizlikdən sığorta haqqı almaq üçün öz ərizəsi əsasında işdən çıxmamalıdır. Vətəndaş istəyindən və iradəsindən kənar işsiz qalmalıdır. Bu sığortanın ümumi prinsipidir. Vətəndaş əgər ixtisara düşürək və digər şərtlərlə işdən azad olunursa, o, müvafiq məşğulluq orqanında qeydiyyata durmaqla işsizlikdən sığorta haqqı ala bilər”. “Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil […]

Nazirdən “uşaq pulu” ilə bağlı açıqlama – “İldə 3,3 milyard manat xərclənməlidir”

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deputatların “uşaq pulu” verilməsi ilə bağlı təklifinə münasibət bildirib.“Report” xəbər verir ki, nazir Milli Məclisin plenar iclasında çıxışı zamanı bu gün Azərbaycanda 600 minə yaxın uşağa müxtəlif müavinətlərin ödənildiyini xatırladıb. O qeyd edib ki, sağlamlıq imkanları məhdud uşaqlara 150 manat, onların valideynlərinə və ya qəyyumlarına 200 manat […]

Azərbaycanda gələn il üçün yaşayış minimumunun və ehtiyac meyarının məbləği məlum olub

Azərbaycanda 2020-ci il üçün yaşayış minimumunun məbləği məlum olub. Bu, büdcə zərfinə daxil olan “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, gələn il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat və uşaqlar 170 manat məbləğində müəyyən edilib. Sənəd Milli […]

Prezident İlham Əliyev “Azərsu” ASC-yə 5 milyon manat ayırıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. APA xəbər verir ki, sərəncamla Yevlax şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 5,0 […]

Prezident İlham Əliyev: “Elə etməliyik ki, qatarlar saatda minimum 140 kilometr sürətlə hərəkət edə bilsin”

“Baxmayaraq ki, Şimal-Cənub nəqliyyat dəhlizi işləyir, ancaq Bakı-Yalama və Ələt-Astara dəmir yollarının vəziyyəti bizi qane edə bilməz. Çünki vaxtilə orada təmir işləri aparılmamışdır. Yollar tamamilə yenidən qurulmalıdır ki, qatarların sürəti artsın”. Bu sözləri Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovu qəbul edərkən deyib. Prezident qeyd edib ki, hazırda qatarlar saatda […]

Azərbaycanda yeni doğulan uşaqlara 500 manat verilməsi təklif edilir

Azərbaycanda yeni doğulan uşaqlara 500 manat verilməsi təklif edilir. APA-nın xəbərinə görə, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli çıxış edib. O bildirib ki, əvvəllər yeni doğulan uşaqlara 105 manat vəsait verilirdi, indi bu məbləğ 200 manata qaldırılıb: “Amma yeni doğulan uşaqların xərcləri bundan 5 dəfə çoxdur. Ona görə mən təklif […]

Prezident İlham Əliyev ADY-nin sədri Cavid Qurbanovu qəbul edib

Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovu qəbul edib. APA-nın xəbərinə görə, son illər Azərbaycanın dəmir yollarında görülən işlər və qarşıda duran vəzifələrdən danışan Prezident İlham Əliyev deyib: -Son illər dəmir yolu infrastrukturuna böyük investisiyalar qoyulur. Bu investisiyalar hesabına dəmir yolu infrastrukturu böyük dərəcədə inkişaf etmişdir. Təsadüfi deyil ki, Davos […]

13 yaşlı yeniyetmə özündən 2 yaş böyük gənci bıçaqlayıb

Şəmkir rayonunda 15 yaşlı gənc bıçaqlanıb. “Report”un xəbərinə görə, hadisə noyabrın 12-də saat 20:30 radələrində rayonun İsrafil Məmmədov küçəsində baş verib. Belə ki, Şəmkir rayon sakini, 2004-cü il təvəllüdlü T.Nağıyev şəxsi münasibətlər zəminində həmyerlisi, 2006-cı il təvəllüdlü E.Yusifov tərəfindən bıçaqlanıb. Yaralı Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və onun həyatını xilas etmək mümkün olub. Şəmkir Rayon […]

Maye qazın qiyməti dəyişməyəcək – Məişətdə istifadə edənlər üçün

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məişətdə maye qazdan (LPG) istifadə edən əhali qrupunun ehtiyacını nəzərə alaraq, bu məhsulun əvvəlki qiymətlə istehlak bazarına təmin olunması barədə razılıq əldə edib. Bunu “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib. Onun sözlərinə görə, LPG-ni məişətdə istifadə edənlər üçün bu […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2019
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930