Bakıda qanunsuz fəaliyyət göstərən dini tədris kursu aşkarlanıb

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş birgə tədbirlər nəticəsində Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 5-ci keçid, ev 17 ünvanında qeyri-qanuni dini tədris kursunun fəaliyyət göstərdiyi aşkarlanıb. Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, həmin kursun 26 üzvünə, o cümlədən […]

Şamaxıda qaz xətti bir gündə 2 dəfə zədələnib

Şamaxı rayonunda qazıntı işləri zamanı zədələnən qaz xətti bərpa olunandan bir qədər sonra başqa bir təşkilata məxsus texnika ilə təkrar olaraq yararsız hala salınıb. “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən “Cümhuriyyət”ə verilən məlumata görə, bu gün səhər saatlarında Şamaxı rayonunun Cabanı kəndi ərazisində “Çuxuryurd-Sabir” polietilen qaz xətti qazıntı işləri aparan texnika ilə qırılıb. 9 kənddə təxminən 2 […]

İki avtomobil toqquşdu, ölən və xəsarət alanlar var – FOTO – YENİLƏNİB

Gəncədə baş verən yol qəzasında ölən şəxsin kimliyi məlum olub. APA -nın yerli bürosunun verdiyi xəbərə görə, qəza nəticəsində 1991-ci il təvəllüdlü Sənan Qurbanov aldığı xəsarətdən hadisə yerindəcə keçinib. *** Saat 16:38 Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib. APA -nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Şəmkir yolunda qeydə alınıb. “Mazda” markalı avtomobil “Ford” markalı maşınla toqquşub. […]

Prezident İlham Əliyev Fələstin Dövlətinin Prezidentini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb.”Report”un xəbərinə görə, məktubda deyilir: “Hörmətli cənab Prezident, Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Əminəm ki, Azərbaycan-Fələstin əlaqələri xalqlarımızın istək və iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. Bu […]

Prezident üç nəfərə fəxri ad verib

Prezident İlham Əliyev Azərbaycan–Rusiya mədəni əlaqələrinin möhkəmləndirilməsində xidmətləri olan mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Rusiya Federasiyasının aşağıdakı mədəniyyət xadimlərinə Azərbaycan Respublikasının fəxri adları verilib: “Əməkdar incəsənət xadimi” Maqomedov Cambulat Musayeviç “Əməkdar artist” Hacıyeva Fatimə Taqirovna Xadulayev Mutay […]

Bakıda erməni kilsəsi dövlət tərəfindən mühafizə olunur – Komitə sədri

“Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar təşkil etsə də, digər dini konfessiyalar da azad və sərbəst şəkildə fəaliyyət göstərirlər”. APA -nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Dünya dini liderlərinin II Bakı Sammiti çərçivəsində keçirilən plenar iclasda deyib. O bildirib ki, Azərbaycanda məscidlərlə bərabər, kilsə və sinaqoqların da tikintisi və təmirinə […]

“Bu problemi yaradan səbəbləri aradan qaldırın…” – Keçmiş deputat

“Mühacir biznesi” qalmaqalının əsas səbəbi Azərbaycandakı iqtisadi-sosial durumdur. Düzdür, siyasi səbəblər də var, ancaq bu cüzidir”. “AzPolitika.info” xəbər verir ki, bunları keçmiş deputat Nazim Bəydəmirli dilə gətirib. O, qeyd edib ki, heç kim öz ata-baba yurdunu atıb, müxtəlif yollarla xaricə köçməyə can atmaz: “Siz nəticəni müzakirə edib, xaricə iqtisadi miqrasiya edənləri qınamaqdansa, günahlandırmaqdansa, özünüzü onların yerinə qoyun. […]

Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “Report” xəbər verir ki, Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. O, rəhbərlik etdiyi nümayəndə heyətinin Dünya dini liderlərinin II Sammitində iştirakından məmnunluğunu bildirib. Dünya dini liderlərinin […]

ABŞ qoşunlarını Kobanidən tam çıxarıb

Amerika Birləşmiş Ştatları bütün hərbi birləşmələrini Suriyanın Türkiyə ilə qonşuluğunda yerləşən şimali-şərq sərhədindən, Eyn əl Ərəb (Kobani) şəhərindən tam çıxarıb. APA xəbər verir ki, bu barədə “Əl Ərəbiyə” telekanalı məlumat yayıb. Xatırladaq ki, 7 noyabrda ABŞ Silahlı Qüvvələrinin Qərargah rəislərinin Komitəsinin rəhbəri Ulyam Beri bəyan etmişdi ki, ABŞ hərbiçilərinin önəmli hissəsi artıq Kobanini tərk edib. […]

Metrodakı qatar gecikmələrinin SƏBƏBİ: Neçə nəfər cərimə olunub?

Son günlər mediada qatarların hərəkət intervalında gecikmələrin yaranması barədə xəbərlərlə tez-tez qarşılaşırıq. Rəsmi məlumatlarda isə bildirilir ki, metroda sərnişinlərin sıxlığı səbəbindən qatarların hərəkət intervalında gecikmələr yaranır. Belə ki, stansiyalarda sərnişinlər qatarların qapılarını tutub saxlayır və bu da qatarın 20-30 saniyə gecikməsi ilə nəticələnir. Qatar stansiyadan gec çıxanda isə tuneldə digər qatarlarla rastlaşmaması üçün sürətini azaldır […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2019
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930