Bakıda sərnişin avtobusu qəza törədib

Bakıda sərnişin avtobusu qəza törədib. “Report” xəbər verir ki, hadisə Nizami rayonunda, “8-ci kilometr bazarı”nın yaxınlığında qeydə alınıb. “90-VS-438″ dövlət nömrə nişanlı, 49 saylı sərnişin avtobusu arxadan “90-XO-187″ dövlət nömrə nişanlı, 105 saylı sərnişin avtobusuna çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da avtobuslara ziyan dəyib.

Türkiyədə güclü zəlzələ baş verib

Türkiyənin Antalya vilayətində 4,2 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 21:14-də qeydə alınıb. Zəlzələnin episentri Elmali rayonunda olub. Zəlzələlərin ocağı 53,54 kilometr dərinlikdə yerləşib. Dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib.

Siqaret kötüyünü yerə atanlar 200 avro cərimələnəcək

Gələn ilin əvvəlindən Belçikanın paytaxtında yerə atılan siqaret kötüyünə görə cərimə 50 avrodan 200 avroya qədər artırılacaq. “Report” RİA “Novosti”yə istinadla xəbər verir ki, bu barədə Brüssel şəhər meriyası məlumat yayıb. Qeyd olunub ki, şəhər rəhbərliyi tərəfindən cərimələrin artırılması küçələrdən toplanan zibillərin təxminən üçdə birinin məhz siqaret kötükləri olması ilə izah olunub. Bildirilib ki, bu […]

Mehriban Əliyeva xalqımızı Milli Dirçəliş Günü münasibətilə təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 17 noyabr – Milli Dirçəliş Günü münasibətilə rəsmi “Instagram” səhifəsində paylaşım edib. “Report” xəbər verir ki, paylaşımda deyilir: “Bu gün – 17 Noyabr – birlik və həmrəylik, Vətənə və milli dövlətçiliyə sədaqət kimi nəcib hissləri təcəssüm etdirən Milli Dirçəliş Günüdür. Bu bayram münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, […]

Ermənistan silahlı bölmələri atəşkəsi 23 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub. Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Cəvahirli, Mərzili, Füzuli rayonunun Qorqan kəndləri yaxınlığında, həmçinin Tərtər […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2019
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930