Azərbaycanda “Peugeot” avtomobillərinin istehsalı daxili bazar tələbatına uyğun qurulacaq

Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən avtomobil istehsalçısı (“Azərmaş” ASC – red.) tərəfindən daxili bazarda müxtəlif modellərə olan tələbat araşdırılır ki, istehsal prosesi ona uyğun qurulsun. Bunu “APA-Economics”ə Azərbaycanın İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib. Onun sözlərinə görə, sənaye məhəlləsində fəaliyyət göstərən istehsalçı tərəfindən bu günədək artıq 3 minə yaxın “Peugeot” avtomobili yığılıb. “Bu proses genişlənir […]

Yolu keçmək istəyən azyaşlını maşın vurub

Mingəçevirdə azyaşlını maşın vurub. APA -nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov küçəsində, 1 saylı orta məktəbin yaxınlığında baş verib. “Toyota” markalı avtomobil yolu keçmək istəyən azyaşlı Ayxan Səfərlini vurub. Piyada xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Azərbaycan Dövlət İqtisad Universitetində kadr təyinatı olub

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) kadr təyinatı olub. “Report” xəbər verir ki, bununla bağlı ali məktəbin rektoru Ədalət Muradov əmr imzalayıb. Əmrə əsasən, Xalid Əli UNEC-in Marketinq və Kommunikasiya Departamentinə direktor təyin olunub. Qeyd edək ki, X.Əli bu təyinata qədər “Lider” televiziyasında redaktor vəzifəsində çalışıb.

Gürcüstan: küçə etirazları nə ilə nəticələnəcək?

Seçki islahatlarının uğursuzluğuna cavab olaraq Tiflisin mərkəzində eyni anda iki aksiya keçirilir. Minlərlə insan müxalifəti dəstəkləmək üçün küçələrə çıxıb. “Hamı minus bir nəfər – Bidzina getməlidir” adı altında keçirilən nümayişdə 20-ə yaxın siyasi qüvvə iştirak edir. “Exo Kavkaza” portalının Tiflisdəki müxbiri Serge Breqvadze hadisələrin gedişatını yaxından izləyənlərdən biri olub. Aksiyaların təşkil edilmə şəklinə, səsləndirilən çağırışlara […]

Bakıda küçədən qadın meyiti tapılıb

Bakıda meyit tapılıb. APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Küçədən təxminən 70 yaşlarında qadın meyiti aşkar edilib. Aparılan araşdırmalara nəticəsində meyiti tapılan şəxsin, 1944-cü il təvəllüdlü Səmədova Svetlana Absəməd qızı olması müəyyən edilib.

Dəhşətli YOL “QIRĞINI”: iki gündə yollarda 12 nəfər ölüb

İstirahət günləri respublikanın avtomobil yollarında baş verən qəzalarda 12 nəfər ölüb, 5 nəfər yaralanıb. Lent.az Daxili İşlər Nazirliyinə istinadən həmin qəzaların təfərrüatlarını təqdim edir. Noyabrın 16-da saat gecə 1 radələrində Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində Bakı şəhər sakinləri X.Məmmədovun idarə etdiyi “QAZel” və S.İslamovun idarə etdiyi “Hovo” markalı yük avtomobilləri toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən X.Məmmədovun […]

Psixoloqların da diaqnostik qiymətləndirilməsi keçiriləcək – Təhsil Nazirliyi

Dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. Təhsil Nazirliyindən “Cümhuriyyət”ə verilən məlumata görə, diaqnostik qiymətləndirilmənin bu ilin dekabr ayında keçirilməsi nəzərdə tutulub. Diaqnostik qiymətləndirilmə zamanı psixoloqlara 60 test tapşırığı təqdim olunacaq. Namizədlər imtahan zamanı 90 dəqiqə ərzində test tapşırıqlarını cavablandıracaqlar. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək.

Qarabağdakı qanunsuz məskunlaşma beynəlxalq təşkilatlarda qaldırılırmı? – Üç DEPUTAT

Ermənistan hakimiyyəti sülh mesajları ilə çıxış etsə də, reallıqda işğal altındakı Qarabağ torplaqlarında süni məskunlaşdırma və infrastrukturun yaradılması prosesinə fasilə verilmir. Azərbaycanın işğal altındakı torpaqlarında hətta Yaxın Şərq regionundan belə kütləvi şəkildə erməni köçürüb yerləşdirən rəsmi İrəvan və Qarabağdakı qondarma rejim bu ərazilərə Ermənistandan yol da çəkdirir. Bəs görəsən, Azərbaycan Milli Məclisinin beynəlxalq təşkilatlardakı nümayəndə […]

Prezident: “Naxçıvan büdcəsinin cəmi 22 faizi yerli gəlirlər hesabına formalaşır”

“Keçən il Naxçıvan büdcəsinin gəlirləri təqribən 400 milyon manata yaxın idi. İndi növbəti il üçün büdcə məsələləri müzakirə olunur. Əlbəttə ki, Naxçıvanın uğurlu və təhlükəsiz inkişafı üçün nə lazımdırsa, biz onu da edəcəyik”. APA -nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovu qəbul edərkən deyib. Prezident bildirib ki, […]

Məhkum infarktdan öldü

Bakıda məhkum ölüb. APA -nın məlumatına görə, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb. Qəsdən adam öldürdüyünə görə, 11 il azadlıqdan məhrum olunan Elxan Cəfərov infarktdan ölüb. Qeyd edək ki, Elxan Cəfərov Nardaran qəsəbəsində ov tüfəngi ilə atəş açaraq 1957-ci il təvəllüdlü Süleyman Nuruzadəni münaqişə zəminində qətlə yetirib.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2019
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930