ABŞ Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərlərini alqışlayır

ABŞ Azərbaycan və Ermənistan arasında jurnalistlərin qarşılıqlı səfərlərini alqışlayıb. APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın ATƏT-dəki Daimi Nümayəndəliyinin “Twitter” səhifəsində bildirilib. “ABŞ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə bu yaxınlarda başa çatmış Azərbaycan və Ermənistan arasında jurnalistlərin mübadiləsini alqışlayır. Bu kimi tədbirlər xalqları sülhə hazırlayır və gərginliyi azaldır”, – deyə məlumatda qeyd olunub.

Nikola Sarkozi Azərbaycanda olub

Fransanın sabiq prezidenti Nikola Sarkozi Azərbaycanda olub. APA-nın xəbərinə görə bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qros “Twitter” səhifəsində bildirib. “Nikola Sarkozi bir neçə saatlıq Bakının fəxri qonağı oldu. Prezident Sarkoziyə Azərbaycana səfəri üçün təşəkkür edirəm”, – deyə Fransa səfiri qeyd edib.

Qanunsuz çörək sexi aşkarlandı – FOTOLAR

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qaydalara əməl etməyən daha bir çörək sexi aşkarlayıb. Bu barədə “Cümhuriyyət”ə qurumun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, AQTA əməkdaşları 1003 Çağrı Mərkəzinə daxil olan şikayət əsasında Bakı şəhəri, Nəsimi rayonu, R.Zorge küçəsi, 20/22 ünvanında fəaliyyət göstərən fiziki şəxs Quliyeva Lalə Əziz qızına məxsus çörək istehsalı müəssisəsində yoxlama keçiriblər. Yoxlama […]

“PREZİDENT BİR TƏRƏFDƏN DEYİR ŞƏFFAFLIQ OLSUN, O BİRİ TƏRƏFDƏN…” – Vahid Əhmədovdan maraqlı açıqlamalar – VİDEO

Millət vəkili, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov “Sual vaxt”ı YouTube proqramının qonağı olub.  O, 2020-ci ilin büdcə layihəsinin Milli Məclisdə müzakirəsi, büdcə sənədində şəffaflıq məsələləri, büdcənin ən çox korrupsiyaya məruz qalan hissəsi, bələdiyyələrə ayrılan büdcə vəsaiti, Hesablama Palatasının 2020-ci ilin büdcə layihəsi haqqındakı rəyi və büdcə sənədində cərimə və sanksiyaların proqnozlaşdırılması barədə […]

BDU-da zəhərlənərək ölən tələbəni andılar – FOTO

Bakı Dövlət Universitetinin (BDU) 2 nömrəli yataqxanasında zəhərlənərək ölən Fizika fakültəsinin 4-cü kurs tələbəsi, Qusar rayon sakini 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Xasmətovanın xatirəsi universitetdə anılıb. Bu barədə Lent.az -a açıqlama verən BDU-nun mətbuat katibi Pərvanə İbrahimova bildirib ki, Şəkər Xasmətova universitetdə təhsil aldığı dörd il ərzində müəllim və tələbə kollektivinin dərin hörmətini qazanıb, savadı və tərbiyəsi ilə […]

Nazir müavinindən məktəb direktorlarına XƏBƏRDARLIQ

“Son 15 ildə 3216 məktəb binası tikilərək və ya əsaslı təmir olunaraq istifadəyə verilib”. Bunu Tərtərə səfəri zamanı APA -nın Qarabağ bürosuna Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib. Nazir müavini bəzi məktəb direktorlarının onlar üçün yaradılan şəraitə biganə qaldığını vurğulayıb: “Vacib məsələlərdən biri yaradılan bu şəraitə uyğun keyfiyyətli təhsil prosesini yaratmaq, dövlətin istifadəyə verdiyi əmlakı qoruyub saxlamaqdır. […]

“İRAN REJİMİ ARTIQ TÜKƏNMƏK ÜZRƏDİR” – “Ən böyük təhlükə İranın əlinə nüvə silahı keçməsidir”

İran İslam Respublikasında (İİR) baş verən etirazları, onun səbəbləri və mümkün nəticlələri ilə bağlı Azərbaycanın İrandakı sabiq səfiri, Ankara Universitetinin professoru Nəsib Nəsibli fikirlərini bölüşüb.  Mövzunun aktuallığını nəzərə alaraq müsahibəni “AzPolitika.info” saytının oxucularına təqdim edirik: – Nəsib bəy, İrandakı son hadisələr dünya siyasi gündəminin əsas mövzusuna çevrilib. Etirazların vacib səbəbi kimi yanacağın qiymətinin artması göstərilib. […]

Naxçıvanda yağışyağdırma sistemləri quraşdırılacaq – SƏRƏNCAM

Prezident İlham Əliyev “Pivot” layihəsi çərçivəsində əkin sahələrində müasir suvarma (yağışyağdırma) sistemlərinin quraşdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncamla “Pivot” layihəsi çərçivəsində əkin sahələrində müasir suvarma (yağışyağdırma) sistemlərinin quraşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində […]

Baş Nazir Əli Əsədov AYİB-in tədbirində xarici investorları Azərbaycana sərmayə yatırmağa çağırıb

“Xarici investorları Azərbaycana sərmayə yatırmağa dəvət edirəm”. “APA-Economics”in verdiyi məlumata görə, bunu Azərbaycanın Baş Naziri Əli Əsədov hazırda Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən Londonda təşkil olunmuş Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin ilk investisiya sammitində çıxış edərkən bildirib. Onun sözlərinə görə, ölkədə iqtisadiyyatın inkişafı üçün vacib amillərdən biri olan stabillik hökm sürür […]

“Mən niyə istefa verməliyəm?!” – Komitə sədrindən açıqlama

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova haqqında yayılan istefa xəbərlərinə münasibət bildirib. Bu barədə Modern.az-a danışan Hicran Hüseynova istefa verəcəyi barədə deyilənləri şayiə adlandırıb: “Mən niyə istefa verməliyəm ki? Bu ayrı məsələdir. Onu cənab prezident bilər. Prezident yaxşı bilir ki, kimə nə vaxt getmək, kimə nə vaxt gəlmək lazımdır. O […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2019
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930