AŞPA Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə edəcək

Avropa Şurası Parlament Assambleyası (AŞPA) fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə edəcək. Bu barədə “Report”un Fransa bürosuna AŞPA-nın Azərbaycanda demokratik institutların fəaliyyətinə dair məruzəçisi Stefan Şenak məlumat verib. Onun sözlərinə görə, dekabrın 14-də AŞPA-da müşahidəçilərdən ibarət komissiya yaradılacaq və tərkibi təsdiq ediləcək: “Müşahidəçilərin sayı 30-dan çox olacaq”.

“Naxçıvanda parlament buraxılmayıb” – Daimi Nümayəndəlikdən qəribə açıqlama

“Naxçıvanda parlament buraxılmayıb”. “AzPolitika.info” xəbər verir ki, bu qəribə açıqlamanı Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov verib. Onun “Bəxtiyar Əsgərov Naxçıvan Ali Məclisinə keçiriləcək seçkilərlə bağlı konkret münasibət bildirib” (!) qeydi ilə paylaşılan açıqlamasında bildirilir: “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçiriləcək seçkilər “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Prezidentin müvafiq sərəncamına əsasən, 2020-ci […]

Parlament seçkilərində iştirak etmək üçün 50 nəfərə yaxın şəxs müraciət edib

Azərbaycanda gələn il fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 50-ə yaxın şəxs müraciət edib. “Report”un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. M.Pənahov bildirib ki, həmin müraciət edən şəxslərin 7 nəfərinin namizədliyi artıq təsdiq olunub.

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavoduna yeni direktor təyin olunub

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin əmri ilə Məmmədov Bəxtiyar İbrahim oğlu Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru, zavodun keçmiş direktoru İsmayılov Elman Abbas oğlu isə SOCAR-ın emal üzrə vitse-prezidentinin müavini təyin olunub. Bu barədə “Cümhuriyyət”ə SOCAR-dan bildirilib. Qeyd edək ki, Bəxtiyar Məmmədov 1971-ci ildə anadan olub. Azərbaycan Neft Akademiyasını (indiki Azərbaycan Dövlət Neft və Sənaye […]

Parlament seçkilərində iştirak etmək istəyən 7 nəfərin namizədliyi təsdiqlənib

Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək istəyən  7 nəfərin namizədliyi təsdiqlənib. APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında çıxış edən MSK sədri Məzahir Pənahov deyib. O bildirib ki, artıq həmin 7 nəfərə imza vərəqələri verilib.

SOCAR və STP arasında anlaşma memorandumu imzalanıb

SOCAR və Sumqayıt Texnologiyalar Parkı (STP) arasında anlaşma memorandumu imzalanıb. STP-dən “Cümhuriyyət”ə verilən məlumata görə, memorandum ölkənin neft-qaz sektorunun flaqmanı Dövlət Neft Şirkəti ilə ən iri sənaye komplekslərindən olan  Sumqayıt Texnologiyalar Parkı arasında neft-qaz hasilatı sektorunda maddi-texniki bazanın daha da təkmilləşdirilməsi, mütərəqqi texnologiyaların tətbiqi, texniki xidmət və mütəxəssis mübadiləsinin təmin edilməsi üzrə əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi məqsədini […]

Antisanitar vəziyyətdə olan daha bir un məmulatları sexi aşkarlandı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları Bakı şəhəri, Sabunçu rayonu Şəhər şossesi, ev 10A, döngə 5 ünvanında fəaliyyət göstərən fiziki şəxs Əliağa Rüstəm oğlu Məmmədova məxsus un məmulatlarının istehsalı müəssisəsində yoxlama keçiriblər. Bu barədə “Cümhuriyyət”ə qurumun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, müəssisənin sanitar-texniki və sanitariya-gigiyenik vəziyyəti qənaətbəxş deyil. Sexin bir neçə sahəsi istehsal […]

Övladlarına işgəncə verən ata həbs olundu, ögey ana nəzarət altına alındı

Paytaxtın Sabunçu rayonu ərazisində azyaşlılar – Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən işgəncələrə məruz qalmaları faktı ilə bağlı Bakı şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. “Cümhuriyyət”in xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov özünün “Facebook” səhifəsində məlumat verib. O bildirib ki, […]

“Azərsu”ya 5 milyon manat ayrıldı – SƏRƏNCAM

Prezident İlham Əliyev Neftçala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. APA xəbər verir ki, sərəncamla Neftçala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 5,0 (beş) milyon […]

“Hüseyn Əli Həsənova nə qədər kömək eləyib” – Həbsdə olan keçmiş deputatın anası

Həbsdə olan keçmiş deputat Hüseyn Abdullayevlə birlikdə mühakimə olunan anası Zeynəb Abdullayeva oğlunun xidmətlərinin unudulmasından gileylənir. Yüksək postlarda vəzifədə olmuş şəxslərin adlarını çəkir, deyir ki, H.Abdullayevin onlara köməyi dəymişdi, amma qarşılığında yamanlıqla üzləşdi. H.Abdullayevin 6 il həbs, anasının isə cərimə cəzasına məhkum edilməsi haqda hökmdən verilən şikayətə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır. Dekabrın 10-da məhkəmədə […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2019
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031