Kustar üsulla alkoqollu içki hazırlanan sex aşkarlandı – FOTOLAR

Kustar üsulla alkoqollu içki hazırlanan sex aşkarlandı Mingəçevirdə kustar üsulla alkoqollu içki hazırlanan sex aşkarlanıb. “Cümhuriyyət” Vergilər Nazirliyinin saytına istinadən xəbər verir ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə Mingəçevir şəhərində yaşayış evlərinin birində kustar üsulla alkoqollu içkilərin hazırlanması barədə əməliyyat məlumatı daxil olub. Vergi xidmətinin əməkdaşları tərəfindən Mingəçevir şəhər məhkəməsinin 5 dekabr 2019-cu il […]

Terror bölgələrindəki uşaqlarla bağlı GÖRÜLƏCƏK İŞLƏR: 270 azərbaycanlı…

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl ”Azərbaycanda seçilmiş icmalarda radikallaşmaya qarşı həssaslıq və dayanıqlığın müəyyən edilməsi üzrə təqdiqat”adlı yekun hesabatda bildirilib ki, münaqişə ocaqlarında olan və valideynlərini itirmiş 24 azərbaycanlı uşaq geri qaytarılıb: “Ən azı bir valideynini itirmiş 270 azərbaycanlı uşaq Suriya və İraqda saxlama mərkəzindədir. Birbaşa döyüşə cəlb edilən və ya travmativ təcrübələrə […]

Bakıda mənzildə meyit tapıldı

Bakıda mənzildə kişi meyiti tapılıb. Bu barədə APA -ya Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1940-cı il təvəllüdlü […]

İstirahət günlərinin HAVASI

İstirahət günlərinə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Cümhuriyyət”ə bildirilib ki, Böyük və Kiçik Qafqazda hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti olacaq. Lənkəran-Astara zonasında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi […]

Antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi aşkarlandı – FOTOLAR

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan müraciət əsasında AQTA əməkdaşları Mingəçevir şəhəri, M.P.Vaqif küçəsi 31 ünvanında fəaliyyət göstərən fiziki şəxs İsmayılova Xalidə Müzəffər qızına məxsus çörək istehsalı müəssisəsində reyd keçiriblər. Bu barədə “Cümhuriyyət”ə qurumun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, reyd zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçirilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qüvvədə olan […]

Bu il xarici münaqişə zonalarında döyüşmüş 6 Azərbaycan vətəndaşı saxlanılıb

Bu il xarici münaqişə zonalarında döyüşmüş 23 nəfərin şəxsiyyəti müəyyənləşib. APA-nın xəbərinə görə, bu barədə Dövlət Sərhəd Xidmətinin 2019-cu ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib. Qeyd olunub ki, onlardan 6 nəfər Azərbaycan vətəndaşı saxlanılıb, qanunsuz miqrasiya ilə məşğul olan 6 qrup, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 15 mütəşəkkil cinayətkar […]

Azərbaycanın xidmətlər və ilkin gəlirlər balansı kəsirli olaraq qalır

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın cari əməliyyatlar balansının qalığı 4 003 milyon ABŞ dolları təşkil edib ki, bu da xarici ticarət balansında 6 896,7 milyon dollarlıq qalıq, xidmətlər balansındakı 1 841,4 milyon dollarlıq kəsir, ilkin gəlirlər balansındakı 1 446,7 milyon dollarlıq kəsir (o cümlədən investisiya gəlirlərinin repartiasiyasındakı 1 191,3 milyon dollarlıq kəsir) və təkrar gəlirlər […]

Qazax rayonu istiqamətində sərhəd döyüş məntəqələrinin mövqeləri irəli çəkilib

Bu ilin mart və iyun-iyul aylarında düşmənin Qazax rayonunun Babakar dağı istiqamətində öz mövqelərini Azərbaycan ərazisinə doğru irəli çəkmək cəhdləri vaxtında aşkarlanıb, qabaqlayıcı tədbirlər nəticəsində sərhəd döyüş məntəqələrinin döyüş mövqelərinin 1,5-1,7 km irəli çəkilməsinə nail olunub. Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən “Cümhuriyyət”ə verilən məlumata görə, bu barədə DSX-nin 2019-cu ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr […]

Azərbaycanın avtomobil bazarında orta qiymət son bir ildə 3% azalıb

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda minik avtomobillərinin orta satış qiyməti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,8% azalıb. Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, noyabr ayında əvvəlki ayla müqayisədə isə minik avtomobillərinin qiymətində 0,1%-lik artım qeydə alınıb. Rəsmi statistikaya əsasən, noyabrda bir minik avtomobili üzrə orta aylıq satış qiyməti 35 108 manat təşkil […]

“Nar”ın adından istifadə edən fırıldaqçı oyun saytı aşkarlanıb

Azərbaycanın mobil rabitə operatoru “Nar” şirkəti adından istifadə edən və abunəçi nömrələrindən pul oğurlayan fırıldaqçı oyun saytı aşkarlanıb. Bunu “APA-Economics”ə şirkətin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Əziz Axundov deyib. Onun sözlərinə görə, şirkətin mütəxəssisləri müəyyənləşdiriblər ki, fırıldaqçılar “Nar”ın adından istifadə edərək dəyərli hədiyyələrin oynanılması ilə bağlı reklamlar yayırlar və bunun müqabilində abunəçilərdən kiçik bir məbləği müəyyən […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2019
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031