Sudanın keçmiş prezidenti Ömər əl-Bəşir həbs olunub

Sudanın keçmiş prezidenti Ömər əl-Bəşir 2 il müddətinə həbs cəzası alıb. APA-nın “Əl-Cəzirə”yə istinadən verdiyi məlumata görə, Xartum şəhərində keçirilən məhkəmə iclasında keçmiş prezidentə korrupsiya ittihamı ilə hökm oxunub.   Qeyd edək ki, Sudanı 30 il müddətində idarə edən Ömər əl-Bəşir aylarla davam edən aksiyalardan sonra bu il aprelin 11-də hərbi çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılıb.  

Çingiz Mustafayev adına radiostansiya satışa çıxarılmayacaq – AÇIQLAMA

“Milli Televiziya və Radio Şurası tərəfindən müsabiqəyə çıxarılan istənilən tezlik müxtəlif səbəblərdən dəyişdirilə bilər. Həm də belə dəyişmələr istənilən vaxt, hətta tezliyin ayrıldığı andan çox keçməmiş də baş verə bilər”. Bu barədə APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki nəzarət şöbəsinin müdiri İsa Məmmədov bildirib. Onun sözlərinə görə, tezliklərin dəyişdirilməsinin səbəbləri kimi ayrılmış tezlikdə […]

Mixail Zabelin yenidən Azərbaycan Rus İcmasının sədri seçilib

Dekabrın 14-də Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında Azərbaycan Rus İcmasının (ARİ) V qurultayı keçirilib. APA-nın məlumatına görə, qurultayda Azərbaycan Respublikası Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Məhərrəm Əhmədov, Milli Məclisin deputatları Arif Rəhimzadə, Əli Hüseynli, Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov, Rusiya Federasiyası Prezidentinin Xarici Ölkələrlə Regionlararası və […]

12 milyon manatlıq dələduzluq edən iş adamı Ali Məhkəməyə müraciət edib

  Bakıda 12 milyon manatlıq dələduzluqda təqsirləndirilən iş adamı Ceyhun Canıyev barəsindəki hökmdən kasasiya şikayəti verib. APA-nın məlumatına görə, təqsirləndirilən şəxsin şikayəti Ali Məhkəmədə hakim Əli Seyfəliyevin icraatına verilib. Məhkəmənin baxış iclası yaxın günlərdə təyin ediləcək. Qeyd edək ki, iş adamı Ceyhun Canıyev Bakıda bir neçə sahibkarı aldatmaqla onlardan külli miqdarda pul alıb. o, ümumilikdə […]

ELVİN İSAYEV AZƏRBAYCANA DEPORTASİYA EDİLİB – Rəsmi

Azərbaycan Respublikasının vətəndaşı, 1980-ci il təvəllüdlü İsayev Elvin İltixam oğlu Ukraynada miqrasiya qanunvericiliyinin tələblərinin pozulmasına görə 12 dekabr 2019-cu il tarixdə qayıdış şəhadətnaməsi əsasında Azərbaycana deportasiya edilib. Bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib. Bildirilib ki, E.İsayevin mövcud vəziyyəti ilə əlaqədar zəruri ehtiyaclarının ödənilməsi üçün Dövlət Miqrasiya Xidmətinə müraciəti təmin olunaraq […]

Azərbaycan Azad Respublikaçılar Partiyası Ali Məclisinin toplantısı keçirilib

14 dekabr 2019-cu il tarixdə Azərbaycan Azad Respublikaçılar Partiyası (AARP) Ali Məclisinin toplantısı keçirilib. Toplantıda partiyanın sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Kamil Seyidov 9 fevral 2020-ci il tarixdə keçiriləcək parlament seçkiləri ilə bağlı geniş məruzə ilə çıxış edib. O, 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərini zamanın tələbi adlandırıb. Partiya sədri ölkədə həyata […]

MSK: Seçkiləri müşahidə etmək üçün beynəlxalq təşkilatlara göndərilən dəvətlərə cavab reaksiyaları gəlməkdədir

Azərbaycan fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün beynəlxalq təşkilatlara dəvətlər göndərib.  APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında sədr müavini Rövzət Qasımov deyib. O bildirib ki, MSK-nın dəvətlərinə artıq cavab reaksiyaları gəlməkdədir: “Bununla bağlı gələn həftə ictimaiyyətə ətraflı məlumat veriləcək”. Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın […]

Bu gündən çip oxuyan qurğular seçki məntəqələrinə paylanılacaq

  “Yeni nəsil şəxsiyyət vəsiyyət vəsiqələrinin verilməsinə 2018-ci ilin sentyabrından başlanılıb. Ölkə vətəndaşlarının böyük bir qisminə yeni şəxsiyyət vəsiqələri təqdim olunub. Yeni nəsil şəxsiyyət vəsiqələrinin  üzərində yaşayış yeri göstərilmir. Həmin şəxsiyyət vəsiqələrinin üzərində çip var və vətəndaş haqqında məlumatlar orada toplanıb”. APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədrinin müavini […]

Azərbaycanda növbədənkənar parlament seçkilərində iştirak edəcək partiyaların sayı 9-a çatıb

Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək siyasi partiyaların sayı 9-a çatıb. APA-nın xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən 6 siyasi partiyanın səlahiyyətli nümayəndələrinin qeydiyyata alınması məsələsinə baxılıb. İclasda Böyük Quruluş Partiyasının, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının, Milli Dirçəliş Hərəkatı Partiyası, […]

Abbas Musəvi: “Azərbaycan və İran arasında viza rejiminin ikitərəfli ləğvi məsələsi hökumətin gündəliyindədir”

“İranın Dağlıq Qarabağla bağlı mövqeyi şəffafdır”. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi bu gün Şərqi Azərbaycan əyalətinə səfəri zamanı Təbrizdə keçirdiyi mətbuat konfransında deyib. A.Musəvi bildirib ki, İran Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün əməkdaşlıq etməyə hazırdır. A. Musəvi qeyd edib ki, Azərbaycan Respublikası […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2019
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031