İran Pentaqonu terror təşkilatları siyahısına daxil edib

İran prezidenti Həsən Ruhani Pentaqonun terror təşkilatları siyahısına daxil edilməsini özündə ehtiva edən parlamentin qanun layihəsini təsdiqləyib. Bu barədə “Report” “Tasnim”ə istinadən xəbər verir. Qeyd edək ki, 2019-cu ilin aprel ayında İranda ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının qadağan olunmuş təşkilat kimi tanınması barədə qanun qəbul edilib. İndi isə sənədə dəyişiklik edilib. Artıq Pentaqonun bütün üzvləri və […]

Füzulinin icra başçısı Qayıdışda sakinlərlə görüşüb – FOTOLAR

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar qəbul-görüşü 10 saylı Qayıdış qəsəbəsində keçirilib. Füzuli RİH-dən Azadinform-a verilən məlumata görə, səyyar qəbulda rayonun idarə, müəssisə və təşkilatları, ictimaiyyət nümayəndələri iştirak edib. Səyyar qəbulda çıxış edən Alı Alıyev qeyd edib ki, bu günki reallıqlar və faktlar sübut edir ki, Prezident İlham Əliyevin apardığı düzgün və […]

Vilayət Eyvazov kadrların rəisini İŞDƏN ÇIXARDI

Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) kadrlar şöbəsinin rəisi, polkovnik-leytenant Fail Quliyev vəzifəsindən azad olunub.  Unikal.org-un əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb.

KİV: Tramp Qasım Süleymaniyə qarşı əməliyyata 7 ay bundan əvvəl icazə verib

ABŞ prezidenti Donald Tramp Qasım Süleymaniyə qarşı əməliyyata hələ yeddi ay bundan əvvəl icazə verib. “Report” NBC-yə istinadla xəbər verir ki, ötən ilin iyun ayında İran hərbçiləri Hörmüz boğazı üzərində ABŞ-ın pilotsuz uçuş aparatını vurandan sonra həmin vaxt prezidentin milli təhlükəsizlik üzrə müşaviri olmuş Con Bolton və dövlət katibi Mayk Pompeo prezidenti cavab tədbiri olaraq […]

Dolların sabahkı məzənnəsi açıqlanıb

Azərbaycan Mərkəzi Bankı (AMB) dolların gələn ilin yanvarın 14-nə olan məzənnəsini açıqlayıb. AMB-yə istinadən verdiyi məlumata görə, 14.01.2020-ci il tarixindən etibarən Mərkəzi Bank tərəfindən ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.

Sabiq prezident barəsində edam hökmü ləğv edilib

Pakistanın sabiq Prezidenti Pərviz Müşərrəf barəsində edam hökmü ləğv edilib. APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, Lahor Ali Məhkəməsi keçmiş prezident P. Müşərrəf barəsində çıxarılan ölüm hökmünü qeyri-konstitusional elan edərək ləğv edib. Qeyd edək ki, ötən ilin dekabrında paytaxt İslamabadda keçirilmiş xüsusi məhkəmənin qərarı ilə P. Müşərrəf barəsində edam hökmü çıxarılıb. 2007-ci ildə konstitusiyanı müvəqqəti […]

Fəttah Heydərovun namizədliyi qeydə alındı – Ən yaşlı namizədlər…

  Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovun növbədənkənar parlament seçkilərində namizədliyi qeydə alınıb. BakuPost xəbər verir ki, F.Heydərov 116 saylı Qəbələ seçki Dairəsindən namizəd olub. Qeyd edək ki, F. Heydərov 1995-ci ildən bu yana – 5 çağırışdır Milli Məclisdə təmsil olunur. O, parlamentdə Qəbələ rayonunu təmsil edir. Fövqəladə hallar […]

Dünya çempionu Ramil Quliyevin rekordu qırılıb

Türkiyə millisinin azərbaycanlı atleti Ramil Quliyevin rekordu qırılıb. Apasport.az saytının məlumatına görə, bu, qapalı məkanda Olimpiya sınaq yarışında rəsmiləşib. Batuhan Altıntaş 300 m məsafəni 33,30 saniyəyə qət edib. Bununla da o, Quliyevin həmin məsafədəki Türkiyə rekordunu qırıb. Dünya və Avropa çempionu olan həmyerlimiz 300 m məsafəni 33,94 saniyəyə qət etmişdi.

İranda təyyarə qəzasında ölənlərdən 50 nəfərin şəxsiyyəti müəyyən olunub

Tehranda Ukraynaya məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərdən 50 nəfərin şəxsiyyəti müəyyən olunub. APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Tibbi Ekspertiza Təşkilatının sədri Abbas Məscidi Arani mətbuat konfransında bildirib. O qeyd edib ki, işçi qruplar tərəfindən təyyarə qəzasında həlak olanların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır. Qeyd edək ki, İran Silahlı Qüvvәlәrinin Baş Qәrargahı […]

Deputatlığa namizədlərin sayı 1099 nəfərə çatıb

Deputatlığa namizədlərin sayı 1099 nəfərə çatıb. APA-nın Mərkəzi Seçki Komissiyasınn (MSK) saytına istinadən verdiyi məlumata görə, 2020-ci ilin fevralın 9-a təyin olunmuş növbədənkənar parlament seçkilərində iştirak üçün müraciət edən 2431 nəfərdən 1099-nun namizədliyi qeydə alınıb. Üç seçki dairəsində namizədliyi irəli sürülən namizədlərin hamısı – 1 saylı Şərur-Sədərək seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən 3 nəfər, […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2020
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031