Nazirlər Kabineti Konstitusiya Məhkəməsinə sorğu verib

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib. Konstitusiya Məhkəməsinin Mətbuat Xidmətindən verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusuna baxılaraq, Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb. […]

Gürcüstan-Azərbaycan sərhədində insident – Saxlanılan var

Gürcüstan-Azərbaycan sərhədində insident baş verib. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. İnsident zamanı Q.İ. adlı Gürcüstan vətəndaşı saxlanılıb.

ŞİRKƏT SAHİBİ “DOST YARDIMI” ALIR?! – “Onun maaşını icra başçısı öz cibinə qoyur…”+ FOTOLAR

“İşsizliyin qabağını almaq üçün mənim təşəbbüsümlə on minlərlə ödənişli ictimai iş yeri yaradılmalı idi. Ancaq əfsuslar olsun ki, biz bu proqramın icrasında çox böyük pozuntulara rast gəldik. Xüsusilə yerli icra orqanları tərəfindən vicdansızcasına bu vəsaitin talanması və ödəniş kartlarının yığılması, ondan sonra oradan pulun çəkilməsi, yaxud da öz yaxın adamlarının, bu işlərlə qohumlarının təmin edilməsi, əlbəttə […]

Əməliyyat olunan qadının qarın boşluğunda qayçı qalması ilə bağlı RƏSMİ AÇIQLAMA

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Gəncədə əməliyyat olunan qadının qarın boşluğunda qayçı qalması ilə bağlı məlumatalara münasibət bildirib. Qurumdan “Cümhuriyyət”ə verilən məlumata görə, ötən il iyulun 2-də pasient Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasında əməliyyat olunub. “2019-cu ilin dekabrın 2-də xəstə ağrılarla özəl klinikalardan birinə müraciət edib və qarın boşluğunda qayçı olduğu aşkarlanıb. Həmin gün […]

“Özümü deputat kürsüsündə görmürəm” – Xalq artisti Mənsum İbrahimov

“2019-ci ilin son konserti üçün Türkiyədəydim. Konsertin səhəri günü jurnalistlərdən mənə zəng gəldi ki, millət vəkili olmaq niyyətindəsiz. Çox təəccübləndim, çünki heç bir siyası partiyanın üzvü deyiləm”. AzPolitika.info xəbər verir ki, bu sözləri News24.az-a açıqlamasında Xalq artisti Mənsum İbrahimov deyib. O, bildirib ki, bu xəbəri eşidən hər kəs ona dəstək olmaq istəyib: “Hər kəsə, xüsusilə Qarabağ əhalisinə […]

Manatın məzənnəsilə bağlı baş bankirdən AÇIQLAMA

Cari ilin əsas vəzifəsi, başlıca olaraq təbii ki, yenə də inflyasiyadır. Bu, həm əhalinin gəlirlərinin formalaşmasında, həm manatın alıcılıq qabiliyyətinin qorunmasında, həm əhalinin aktivlərinin, yığımlarının dəyərsizləşməsinin qarşısının alınmasında olduqca prinsipialdır. Cari ildə də hökumətin rəsmi baza proqnozu məlumdur. AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov Prezident İlham Əliyevin yanında 2019-cu ilin […]

Goranboyun “ən varlı adamı” kürəkənini deputat seçdirir – YAP-ın rəsmi namizədidir

96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən deputat seçilməyə 15 iddiaçı var. Hazırki deputat Mahir Aslanovun bu dairədən yenidən namizədliyini irəli sürməməsi növbədənkənar seçkilərdə kimin bu dairədən mandat alacağına marağı artırıb. Mərkəzi Seçki Komissiyasının informasiya bazasına yerləşdirilən məlumata görə, Yeni Azərbaycan Partiyası (YAP) bu dairədən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin şöbə rəisi Anar İlyas oğlu Məmmədovun namizədliyini irəli […]

“Bəxtiyar Hacıyevi təhdid edən şəxs saxlanılıb” – BŞBPİ

Bəxtiyar Hacıyevin sosial şəbəkələrdə təhdid olunması ilə bağlı müraciəti əsasında polis tərəfindən araşdırma aparılıb. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində saxta sosial şəbəkə profillərindən özünü ABŞ vətəndaşı, Turan Elmar İsmayıl oğlu kimi təqdim edən, 1989-cu il təvəllüdlü, Suraxanı […]

Məktəblinin ölümü ilə bağlı RƏSMİ MƏLUMAT

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) 10 yaşlı oğlanın ölümü ilə bağlı açıqlama yayıb. TƏBİB-dən bildirilib ki, 11 yanvar 2020-ci ildə saat 10:24-də 2010-cu il təvəllüdlü Mahatov Turan Tural oğlu Balakən rayon Mərkəzi Xəstəxanasına kəskin respirator virus infeksiyası ilə gətirilib: “Xəstəyə ilkin ambulator yardım göstərildikdən sonra evə buraxılıb. 12.01.2020-ci ildə saat 00:05-də ağırlaşma ilə yenidən […]

Oqtay Şirəliyev Narkoloji Mərkəzin baş direktorunu işdən azad etdi – RƏSMİ

Səhiyyə Naziri Oqtay Şirəliyevin 14 yanvar 2020-ci il tarixli əmrinə əsasən Respublika Narkoloji Mərkəzinin baş direktoru Araz Əlihüseyn oğlu Manuçeri-Lalen öz xahişi ilə tutduğu vəzifədən azad edilib. Bu barədə “Cümhuriyyət”ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, səhiyyə nazirinin digər əmri ilə 1 saylı Psixiatriya Xəstəxanasının şöbə müdiri Orxan Rasim oğlu Cəfərov vəzifəsindən azad edilərək […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2020
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031