12 tondan çox saxta kərə yağı aşkarlandı – DİQQƏT

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, ev 1C ünvanında yerləşən “Bizim Market” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ticarət şəbəkələrində yoxlama keçiriblər. Qurumdan “Cümhuriyyət”ə verilən məlumata görə, yoxlama zamanı marketlərdə “Belorusskaya Korova” əmtəə nişanlı saxtalaşdırılmış kərə yağının satışının həyata keçirildiyi aşkarlanıb. Araşdırma zamanı yağların ştrix kodunun saxta olduğu müəyyən edilib. Ştrix […]

RUSİYANIN YARI ERMƏNİ ƏSİLLİ YENİ BAŞ NAZİRİ – Mixail Mişustin kimdir?

Vladimir Putinin gözlənilmədən hökuməti dəyişməsi bütün dünya KİV-lərinin əsas gündəm mövzularından birinə çevrilib. “AzPolitika.info” xəbər verir ki, xarici mətbuatda Rusiya hökumətinin istefaya getməsinin səbəbləri, Putinin planları ilə yanaşı yeni baş nazirin kimliyi ətrafında da müzaklirələr açılıb. Məlum olduğu kimi, Putin uzun illər çiyin-çiyinə çalışdığı və onun hakimiyyətdə qalması üçün apardığı “əl dəyişmə əməliyyatlarının” əsas fiquru olan Dmitri […]

Nazir saxta diplomlu direktoru işdən çıxardı

Sosial şəbəkələrdə Yevlax şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Xalidə Əzizovanın diplomunun saxta olması ilə bağlı məlumat yayılıb. Bildirilir ki, Xalidə Əzizovanın Kirovabad Pedoqoji İnstitutu tərəfindən verilən diplomu saxta çıxıb. “AzPolitika”nın məlumatına görə, məsələ barədə Təhsil Nazirliyindən Oxu.az-a bildirilib ki, Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə Yevlax şəhəri 1 nömrəli tam orta məktəbin […]

Bakıda məktəbin sinif otaqlarına Aprel şəhidlərinin adı verilib

Müdafiə Nazirliyinin reallaşdırdığı “Şəhidlər unudulmur” layihəsi çərçivəsində ilk tədbir yanvarın 16-da paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki Fikrət Tağıyev adına 72 nömrəli məktəb-liseydə təşkil olunub. “Report” xəbər verir ki, tədbirdə Aprel döyüşlərinin qaziləri və iştirakçıları, şahid ailələrinin üzvləri, bu təhsil ocağının müəllim və şagirdləri iştirak ediblər. Aprel döyüşçülərinin qazi və iştirakçılarının – Tahir Misirxanov, Üzeyir Nəcəfov, […]

Azərbaycan Mərkəzi Bankının strukturu dəyişib

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) ləğv edilərək səlahiyyətlərinin Azərbaycan Mərkəzi Bankına (AMB) verilməsi ilə əlaqədar bu qurumda struktur dəyişiklikləri həyata keçirilib. “Report” bu barədə AMB-nin internet səhifəsinə istinadən xəbər verir. Məlumata görə, dəyişikliklər çərçivəsində qurumda Əli Əhmədovun rəhbərlik etdiyi Bazar əməliyyatları departamenti, Şaiq Adıgözəlovun rəhbərlik etdiyi İqtisadi təhlil departamenti, Toğrul Əliyevin rəhbərlik etdiyi Risklərin idarə […]

Sınaq və magistraturaya qəbul imtahanlarının vaxtı AÇIQLANDI

Doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslər üçün xarici dil üzrə imtahan yanvarın 26-da keçiriləcək. Dövlət İmtahan Mərkəzindən (DİM) “Cümhuriyyət”ə verilən xəbərə görə, fevralın 2-də magistraturaya qəbul olmaq istəyənlər üçün kağız daşıyıcılar vasitəsilə sınaq imtahanı keçiriləcək. Fevralın 16-da ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyənlər üçün qəbul imtahanı modelinə uyğun sınaq imtahanı (I-IV ixtisas […]

“Gözlərini açır, əllərini hərəkət etdirə bilir” – Oqtay Gülalıyevdən xəbər var

«Bu il yanvarın 10-da Oqtayın başında aparılan əməliyyatdan sonra qızdırması olsa da, artıq iki gündür ki, qızdırması düşüb».  Bunu “Azadlıq” radiosuna bu gün, yanvarın 16-da hazırda Türkiyənin İstanbul şəhərindəki “Amerika” Xəstəxanasında müalicəsi davam etdirilən hüquq müdafiəçisi Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyeva bildirib. «Həm də artıq Oqtayın reaksiyaları da normallaşır. Belə ki, yanvarın 10-da keçirilmiş əməliyyatdan […]

Bakı metrosunda tüstülənmə – SOS işə salındı

Bu dəqiqələrdə metronun “Elmlər Akademiyası” stansiyasında qatı tüstü müşahidə edilib. Modern.az-ın stansiyada olan əməkdaşının verdiyi məlumata görə, tüstü o qədər çox olub ki, görməni məhdudlaşdırıb, hətta SOS da işə salınıb. Məsələ bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, tüstüyə səbəb hansısa yanğın hadisəsi deyil: “Stansiyalardakı ventilyatorlar iki rejimdə çalışır: biri havanı içəri […]

Azərbaycanla sərhəddə silahlı insident törədən Gürcüstan vətəndaşına rəsmi ittiham irəli sürülüb

Azərbaycanla sərhəddə yanvarın 14-də silahlı insident törədən Gürcüstan vətəndaşı Giorgi İçukaidzeyə qarşı rəsmi ittiham irəli sürülüb. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb. Həmin şəxs odlu silah və sursatın qanunsuz əldə olunması, saxlanılması və girov götürülməsində ittiham olunur.

Azərbaycanda ilk iri həcmli lüğət çap olunub

Bakı Dövlət Universiteti, Şərqşünaslıq fakültəsinin ən gənc professoru Anar Kərimovun Azərbaycanca-Farsca lüğəti işıq üzü görmüşdür. Lüğət Azərbaycan Şərqşünaslıq tarixində ilk iri həcmli lüğətdir. Lüğət 1944 səhifədən ibarətdir və “Qanun” nəşriyyatında çap olunmuşdur. Lüğətə təxminən 140000 söz, söz birləşməsi və cümlə daxil edilmişdir. Lüğəti tərtib edərkən müəllif müxtəlif sahələrə aid lüğətlərlə yanaşı, müasir fars dilində nəşr […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2020
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031