İqbal Ağazadənin Mehmandarov küçəsində növbəti görüşü oldu

35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd, Ümid Partiyasının sədri, Qarabağ qazisi İqbal Ağazadənin Mehmandarov küçəsinin sakinləri ilə görüşündə bir daha izdiham yaşandı. Çıxış edən İ. Ağazadə sözü gedən dairənin digər namizədlərinə səsləndi: “Sizlər bu gün bu küçələrin ən xırda problemlərini belə deyə bilmirsinizsə sabah parlamentdə necə dilə gətirəcəksiniz? Sizin buna cəsarətiniz olacaqmı? Niyə […]

Qüdrət Həsənquliyev:”İrəvan, Zəngəzur, Göyçə kimi Qarabağı da itirmək istəmiriksə hərəkətə keçməliyik…”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibəsini təqdim edirik: – Qüdrət bəy, Dağlıq Qarabağ ermənilərinin siyasi liderləri “DQR” ətrafında işğal olunmuş rayonlarımızın hətta “DQR” -in yekun statusunun “DQR”-də referendum keçirilməsi yolu ilə müəyyən olunmasına Azərbaycanın razılıq verəcəyi halda belə qaytarılmasının mümkünsüzlüyünü bildiriblər. Belə bir vəziyyətdə danışıqların davam etdirilməsinin əhəmiyyəti qalırmı? – İndiki halda […]

Məzahir Pənəhov Müsavat Partiyasının pulsuz efir vaxtı tələb etməsi ilə balı məsələyə münasibət bildirib

“Namizədlər sosial şəbəkələrdə məşhurlaşmağa üstünlük verirlər”. APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib. MSK sədri deyib ki, bunun seçkiyə heç bir təsiri yoxdur: “Sosial şəbəkələrdə yayılan bəzi görüntülərə bizim müdaxilə etmək hüququmuz yoxdur. Bəzən namizədlər seçicilər ona səs verməyəcəyini deyəndə bunu faciə halına çevirirlər. Siyasi […]

Tibb Universitetinin əməkdaşları cəzalandırılıb

Azərbaycan Tibb Universitetinin (ATU) Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətində bəzi kafedra əməkdaşlarının üzürsüz səbəbdən işdən qalması, əmək funksiyasını yerinə yetirməməsi, bəzi işçilərin isə işini keyfiyyətsiz yerinə yetirməsi ilə bağlı məsələlərə baxılıb. “Report” xəbər verir ki, ATU-nun Travmatologiya kafedrasının assistenti Kazım Emil Mayıl oğlunun üzürsüz səbəbdən iş buraxması, əmək funksiyasını yerinə yetirməməsinə dair Həmkarlar İttifaqına ATU rektoru […]

BDU-da kadr dəyişikliyi – İki prorektor, bir dekan işdən ÇIXARILDI

Bakı Dövlət Universitetinin (BDU) iki prorektoru işdən çıxarılıb. Modern.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Ali məktəbin Elm və innovasiyalar üzrə prorektoru, Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə və Ümumi işlər üzrə prorektor Cəfər Eyvazov vəzifələrindən azad olunub. BDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, fizika elmləri doktoru Hüseyn Məmmədov universitetin Elm və innovasiyalar üzrə prorektoru təyin olunub. Bundan başqa, […]

“Beşiktaş”ın yeni baş məşqçisi müəyyənləşib

Türkiyənin “Beşiktaş” klubunun yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, İstanbul klubunun “sükanı arxası”na Sərgən Yalçın keçib. O, istefaya göndərilən Abdullah Avçını əvəzləyib. Yeni baş məşqçi ilə 6 aylıq anlaşma əldə olunub. 47 yaşlı mütəxəssisin özü də klub rəhbərliyi ilə anlaşdıqlarını təsdiqləyib: “Mən heç vaxt pul söhbəti etməmişəm. “Beşiktaş”lı pul söhbəti etməz. Komanda çətin […]

AQTA quşçuluq məhsullarının idxalı ilə məşğul olan sahibkarlara MÜRACİƏT

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə quşçuluq məhsullarının idxalı sahəsində fəaliyyət göstərən sahibkarlara müraciət edib. APA-nın xəbərinə görə, Agentlik sahibkarları Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən dünyanın müxtəlif ölkələrində müəyyən olunmuş heyvan xəstəlikləri ilə bağlı məsələlərə daha diqqətli və məsuliyyətlə yanaşmağa, eyni zamanda ölkəmizə quşçuluq məhsulları […]

HANSI ÜZLƏ BUNLARI EDİRSİNİZ?… – “Əlöpən” deputatlara xatırlatma

Son günlər deputatlığa namizədlər arasında yaşlı, ahıl seçicilərin ayağına gedib, onlara baş əymək, əllərini öpmək, qucaqlamaq, onlarla söhbətləşmək və bunları foto, videoçəkilişlərlə qeydə almaq kimi tendensiya bir növ trendə çevrilib. Bəzən hətta nə baş verdiyini anlamaqda çətinlik çəkən yaşlı insanların təəccüblü baxışları deputlığa namizədlərin sevə-sevə paylaşdıqları həmin fotolardan də sezilir… Bu hərəkətləri primitiv də olsa, […]

Sabir Rüstəmxanlı Aşağı Qaramanlıda seçicilərlə görüşüb

Xalq şairi, 61 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd Sabir Rüstəmxanlı Neftçala rayonunun Aşağı Qaramanlı kəndinin sakinləri ilə görüşüb. “BakuPost” xəbər verir ki, S.Rüstəmxanlı görüş zamanı sakinlərin istək və təkliflərini dinləyib, onlarla fikir mübadiləsi aparıb. Görüş əsnasında çıxışçılar iqtisadi, sosial problemlərin illərdi həll edilmədiyini, rayonun təbii resurslarından, daxili imkanlarından lazımı səviyyədə istifadə olunmadığını, bunun da […]

Sumqayıtda avtomobil yollarının təmirinə 6,4 milyon manat ayrıldı

Prezident İlham Əliyev Sumqayıt şəhərinin qəsəbələrində və yeni yaşayış massivlərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Sumqayıt şəhərinin qəsəbələrində və yeni yaşayış massivlərində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,4 milyon (altı […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2020
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031