Rəşad Mahmudov Astara şəhərindəki seçicilərlə görüşdü

Deputatlığa namizəd, dünya şöhrətli kardiocərrah Rəşad Mahmudov Astara şəhərindəki seçicilərlə görüşüb.   Cumhuriyyet.az xəbər verir ki, cəmiyyətin bütün təbəqələrinin böyük maraq göstərdiyi görüşdə xalq YAP namizədini sevinc və məmnunluqla qarşılayıb, bundan sonra da prezident İlham Əliyevin siaysətini dəstəkləyəcəyini bəyan edib.   R.Mahmudov sosial şəbəkədəki hesabında Astara sakinlərinə öz minnətdarlığını bildirib:   “Yüksək əhval-ruhiyyə ilə qayıtdığım […]

Sahil Babayev 8 saatlıq iş rejiminə riayət edilməsi üçün görüləcək tədbirləri açıqlayıb

“8 saatlıq iş rejiminə riayət edilməsi üçün yaradılan monitorinq qrupu 2 səpkidə işləyəcək”. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev mətbuat konfransında deyib. Onun sözlərinə görə, ilkin olaraq işlər bu sahədə olan şikayətlərin, müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi, işə götürənlərin məlumatlandırılması, müvafiq xəbərdarlıq edilməsi istiqamətində olacaq: “İkinci mərhələdə iş yerlərində müvafiq səyyar […]

Xudat xəstəxanasının fəaliyyətini dayandırmasının səbəbi açıqlanıb

Xudat Şəhər Xəstəxanasının fəaliyyətinin dayandırılması və tibb müəssisəsində çalışanların işdən azad olunması ilə bağlı bəzi sosial şəbəkə hesablarında məlumatlar yayılıb. Bu barədə TƏBİB-in Mətbuat Xidmətindən məlumat verilib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bununla əlaqədar bildirir ki, agentliyin nümayəndələrinin Xudat Şəhər Xəstəxanasının yerləşdiyi binaya baxış zamanı tibb müəssisəsinin vəziyyətinin əhaliyə xidmət baxımından qənaətbəxş olmadığı müəyyən […]

Prezident İlham Əliyev Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 6-da Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi-Müdafiə nazirinin birinci müavini Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətini salamlayan Prezident İlham Əliyev deyib: -Hörmətli Valeri Vasilyeviç, xoş gəlmisiniz. Sizi yenidən görməyimə şadam. Şadam ki, sizin NATO-dakı həmkarlarınızla mühüm görüşlərin keçirilməsi ilə əlaqədar Azərbaycana gəlişiniz müntəzəm xarakter daşıyır. […]

Nazir: “Pensiya artımları üzrə pensiyaçılara illik əlavə 1 milyard manat ödəniləcək”

“Ötən ilki və hazırki pensiya artımları üzrə pensiyaçılara illik əlavə 1 milyard manat ödənəcək”. Bunu Prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 6 fevral 2020-ci il tarixli sərəncamının icrası ilə əlaqədar mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. O bildirib ki, Prezident İlham Əliyevin bugünki sərəncamı ilə orta aylıq pensiya məbləği […]

Rəşad Mahmudov daha bir dağ kəndində seçicilərlə görüşüb

Deputatlığa namizəd, məşhur kardiocərrah Rəşad Mahmudov bu gün Astara rayonunun daha bir dağ kəndində – Hamoşamda seicilərlə görüşüb.   Cumhuriyyet.az xəbər verir ki, kənd sakinlərinin böyük marağına səbəb olan görüşdə vətəndaşlar onları maraqlandıran məsələlərdən bəhs edib, görülən işlərə görə öz minnətdarlıqlarını bildirməklə yanaşı, bəzi təkliflərə də çıxış ediblər.   Rəşad Mahmudov sosial şəbəkədəki hesabında Hamoşam […]

Dağlıq Qarabağdakı intihara görə 3 əsgər həbs edildi

Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında yanvarın 30-da əsgər Vahram Avakyanın intihar etməsi ilə bağlı başlanan cinayət işi çərçivəsində üç əsgər həbs edilib. “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi açıqlama yayıb. Bundan əvvəl intihar etmiş əsgərin yoldaşlarından David Mövsisyana (sabiq parlment üzvü Arakel Mövsisyanın oğlu), Haçiq Qasparyana, Spartak Avetisyana qarşı […]

Milli Məclisə seçkilər səbəbindən Azərbaycan çempionatının oyunları təxirə salınıb

Kişi basketbolçular arasında Azərbaycan Superliqasının XVI turu təxirə salınıb. Azərbaycan Basketbol Federasiyasından (ABF)verilən məlumata görə, buna fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilər səbəb olub. Fevralın 7-də və 8-də keçirilməli olan görüşləri qəbul edən Azərbaycan Texniki Universitetinin idman zalında bir sıra tədbirlər nəzərdə tutulub. Buna görə də arenada oyunların keçirilməsi mümkün olmayacaq. Bunu nəzərə alan ABF […]

Səhiyyə Nazirliyi: Koronovirusa qarşı zəruri olan bütün vasitələr ölkəyə gətirilib

Səhiyyə Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib. İclasda gündəlikdə duran bir sıra məsələlərə toxunulub. Görüşdə Səhiyyə Nazirliyi Aparatının rəhbəri Nadir Zeynalov, Sanitariya-epidemioloji nəzarəti sektorunun müdiri Viktor Qasımov, eləcə də İctimai Şuranın sədri Rüstəm Salayev, sədr müavini Ziba Nəbiyeva, şuranın katibi Taryel Eyvazov və şuranın üzvü Yeganə Sultanova iştirak ediblər. İclası İctimai Şuranın sədri Rüstəm […]

Səməd Seyidov: “Azərbaycanı riyakarlıq və ikili standartların hökm sürdüyü AŞPA-da heç nə saxlamır”

“Avropa Şurası ikili standartlarla artıq tarixin arxivinə gedir”. Bunu APA-ya Prezident İlham Əliyevin Avropa Şurası ilə bağlı fikirlərinə münasibət bildirən Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. Seyidov bildirib ki, Prezident İlham Əliyev faktiki olaraq, Avropa Şurasının bugünkü durumu haqqında müfəssəl məlumat verib: “Avropa Şurası Azərbaycana, Rusiyaya, Macarıstana, Türkiyəyə, Polşaya və […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2020
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
242526272829