Məktəbdə insident: valideyn nəzarətçini döydü

Bakıda məktəb nəzarətçisi valideyn tərəfindən döyülüb. “Report”un xəbərinə görə, hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən 251 saylı tam orta məktəbdə qeydə alınıb. Belə ki, həmin məktəbdə oxuyan şagirdlərdən birinin valideyni F.K. (qadın) dərs zamanı otağa daxil olmaq istəyib. Bu zaman məktəbin nəzarətçisi, 1984-cü il təvəllüdlü X.Həsənova onu içəri buraxmayıb. Nəzarətçi ilə mübahisə edən valideyn ona […]

Azərbaycanda süni mayalanma mərkəzi yüksək məbləğdə cərimələndi

Azərbaycanda süni mayalanma fəaliyyəti ilə məşğul olan “Bahçeci Bakı Tibb Mərkəzi” ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına görə inzibati qaydada 8 min manat cərimə edilib. “Report” xəbər verir ki, Səbail Rayon Məhkəməsi şirkəti İnzibati Xətalar Məcəlləsinin 275.2-ci (ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının […]

Qaxda üç yaşlı uşaq 120 ədəd dərman içib

Qaxda üç yaşlı uşaq 120 ədəd dərman içib. APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün baş verib. Qax şəhəri Ü. Hacıbəyev küçəsi ev 11 ünvanında yaşayan 3 yaşlı Nur Rəhman qızı Rəcəbli zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı məlum olub ki, evdə nəzarətsiz qalan azyaşlı 120 ədəd vitamin C […]

İlham Əliyev keçmiş deputatın vəfatı ilə bağlı nekroloq imzalayıb

Prezident İlham Əliyev keçmiş deputat Miri Qənbərovun vəfatı ilə bağlı nekroloq imzalayıb. Nekroloqda deyilir: “Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. “Azərkontrakt” Səhmdar Cəmiyyətinin sədri Miri Əhəd oğlu Qənbərov 2020-ci il fevral ayının 11-də ömrünün 85-ci ilində vəfat etmişdir. Miri Qənbərov 1935-ci il mayın 25-də Lerik rayonunun Siyov kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1952–1954-cü […]

Azərbaycanda parlament seçkiləri: Beynəlxalq missiyaların rəyi – TƏHLİL

Azərbaycan Prezidenti İlham Əliyevin ötən il dekabrın 5-də imzaladığı sərəncamla Milli Məclisin beşinci çağırışı buraxıldı və parlamentə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edildi. Milli Məclisin tərkibinin peşəkar komanda səviyyəsində yenilənməsi zərurətə çevrilmişdi. Hakimiyyətin hər üç qolunun (icra, qanunverici və məhkəmə) işində qarşılıqlı çeviklik artırılması baxımından bu seçkilər önəmli idi. Yeni deputat korpusu ilə […]

Ərdoğan Azərbaycana gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək. Səfər fevralın 24-25-nə nəzərdə tutulur. Səfər çərçivəsində Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə Bakıda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclası keçiriləcək. Türkiyə Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü də olacaq. APA

Yeni deputat rektor vəzifəsində qalacaqmı?

Parlament seçkilərinə görə məzuniyyət götürən və Milli Məclisin deputatı seçilən Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov bu gündən işə çıxıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq institutdan bildirilib. Qeyd olunub ki, rektorun məzuniyyəti bu gün bitib və o, artıq iş başındadır: “Ceyhun Məmmədovun məzuniyyəti dövründə rektor vəzifəsini institutun Elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov icra edib”. […]

Deputatlığa namizədlər sərbəst buraxıldı

Bu gün polis tərəfindən saxlanılan 33 saylı seçki dairəsindən namizədlər Ruslan İzzətli və Əhəd Məmmədli sərbəst buraxılıb.   BakuPost-a bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, Ruslan İzzətli və Əhəd Məmmədli ictimai asayişi pozublar: “Bu zaman həmin şəxslər özlərini polis əməkdaşlarına təqdim etməyiblər. Həmin şəxslər bölməyə aparılıb. Onlarin şəxsiyyəti müəyyənləşdirilib və […]

Milli Məclisin yeni tərkibi rəqəmlərdə

Milli Məclisə seçkilər yekunlaşmaq üzrədir. Artıq Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə görə, 125 dairənin hər biri üzrə lider namizədlər də bəlli olub. VI çağırış Milli Məclisin tərkibi haqqında maraqlı məlumatları təqdim edir: Milli Məclisə keçirilən seçkilərdə ilkin nəticələrə əsasən, Yeni Azərbaycan Partiyasının (YAP) 74, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) 3, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının […]

SPİKER VƏ MÜAVİNLƏRİ KİMLƏR OLACAQ? – Dəyişiklik növbəsi Milli Məclis rəhbərliyinə çatdı

Yeni parlamentin tərkibinin necə olacağı haqqında təsəvvürlər tam şəkildə özünü doğrultdu.  Hakim Yeni Azərbaycan Partiyası 75 mandatla parlament çoxluğunu, Vətəndaş Həmrəyliyi Partiyası isə 3 deputatla ana müxalifəti təşkil edir. Ötən çağırış Milli Məclisdən iki partiya sədri – Araz Əlizadə və Fərəc Quliyev istisna olmaqla, qalan siyasi təşkilatlar da bir mandatla kifayətlənməli oldular. ReAL Partiyası isə qurucu üzvü Erkin Qədirlinin 16 saylı Yasamal ikinci […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2020
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
242526272829