Çindən təxliyə edilən Azərbaycan vətəndaşları sabah Bakıya yola salınacaqlar

Çindən Türkiyəyə təxliyə edilən Azərbaycan vətəndaşları sabah Ankarada Zekai Tahir Burak xəstəxanasından buraxılacaqlar. Bu barədə APA-nın yerli bürosuna Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan vətəndaşları xəstəxanadan buraxıldıqdan sonra sabah gün ərzində Bakıya yola salınacaqlar. Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, Çinin koronavirus yayılan Uhan şəhərindən gətirilən 42 nəfərin 32-si artıq evə buraxılıb. […]

“Memar Əcəmi” stansiyasında qadın özünü qatarın altına atdı

Bu gün səhər saatlarında metronun “Memar Əcəmi” stansiyasında 50-55 yaşlı qadın özünü qatarın altına atıb. Bu barədə virtualaz.org-a hadisə şahidləri məlumat veriblər. Onların sözlərinə görə, xəsarət alan qadını təcili yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırıblar. Faktı Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov təsdiqləyib. Onun sözlərinə görə, qadın relslərin üzərindən çıxarılaraq polisə […]

Almaniyada qaçqın kampında qıza görə dava – Azərbaycanlı başından yaralandı

Almaniyada qaçqın kampında baş verən davada Azərbaycan vətəndaşı xəsarət alıb. “Report”un Avropa bürosunun əldə etdiyi məlumata görə, hadisə Bavariya əyalətinin Deggendorf şəhərində yerləşən və sığınacaq axtaranların deportasiya mərkəzi kimi istifadə olunan kampda qeydə alınıb. Belə ki, kampın yeməkxanasında Azərbaycan vətəndaşı ilə seneqallı arasında mübahisə yaranıb. Mübahisəyə səbəb isə seneqallının bir neçə gün öncə azərbaycanlı xanıma […]

Şirvanda yeni doğulan körpə öldü

Şirvan şəhərində 2 gün əvvəl doğulan körpə ölüb.  Hacıqabul sakini, 1999-cu il təvəllüdlü Mecdinova Türkan Güləhməd qızı fevralın 12-də oğlan uşağı dünyaya gətirib. Bu gün səhər saatlarında körpə ölüb.

İlham Əliyev Münxendə Norovla görüşdü

Fevralın 14-də Prezident İlham Əliyevin 56-cı Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasına səfəri başlayıb. “Qafqazinfo” xəbər verir ki, bu gün İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniyanın Şərqi Biznes Assosiasiyasının Cənubi Qafqaz ölkələri üzrə işçi qrupunun rəhbəri, “Veridos GmbH” şirkətinin baş icraçı katibi Andreas Reşmayer ilə görüşüb. “Qafqazinfo” xəbər verir ki, dövlət […]

Ümumdünya Səhiyyə Təşkilatının qorxunc proqnozu – Planet əhalisinin üçdə ikisi həmin virusa yoluxacaq…

Çini bürüyən və rəsmi olaraq COVİD-19 adlandırılan koronavirusa Yer kürəsi əhalisinin üçdə ikisi yoluxa bilər. Virtualaz.org “Bloomberg”ə istinadən xəbər verir ki, belə qorxunc proqnozla Ümumdünya Səhiyyə Təşkilatının müşaviri, biostatist və epidemioloq Ayra Longini çıxış edib. Longinin hesablamalarına görə virus hər xəstə adamdan orta hesabla 2-3 sağlam adama keçir. Üstəlik ekspress-testlərin olmaması da virusun yayılmasına imkan yaradır. […]

Türkiyə aviaşirkəti uçuşları dayandırdı

Türkiyənin “Atlas Global” aviaşirkəti son dörd ay ərzində ikinci dəfə uçuşları dayandırıb. Gözləntilərə görə, o, müflis olduğunu elan edəcək. Bu barədə Türkiyənin “Daily Sabah” qəzeti yazıb. “Kompaniya 2019-cu ildə yeni İstanbul aeroportuna köçməsi ilə əlaqədar yaranan maliyyə problemləri səbəbindən müflis olduğunu elan etməyi planlaşdırır”, – nəşr yazır. Kompaniya artıq 27 noyabr – 21 dekabr tarixlərindəki […]

Nazirlik: Minimum əməkhaqqının artırılmasına dair təkliflər hazırlanacaq

Prezident İlham Əliyevin 13 fevral 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı” növbəti beş ildə məşğulluq sahəsində mühüm irəliləyişlərə imkan yaradır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) verilən məlumata görə, tədbirlər Planına əsasən əmək bazarının tənzimlənməsi istiqamətində hüquqi aktlarda dəyişikliklər edilməsinə, layiqli əməyin təmin […]

Çindən qayıdan daha bir nəfər xəstəxanaya yerləşdirildi

Çindən qayıdan daha bir nəfər Klinik Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Bu barədə virtualaz.org-a Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov məlumat verib. Bildirib ki, hazırda xəstəxananın yoluxucu xəstəliklər şöbəsində 2 nəfər var. Nazirlik bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə məlumat yayıb. Məlumatda deyilir ki, dünən yerləşdirilən şəxs 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşıdır. […]

Azərbaycanda 16 avtovağzal bağlanmaq təhlükəsi ilə üz-üzə qalıb

Ölkədə qanunsuz fəaliyyət göstərən avtovağzallar sərnişinlərin həyatı üçün təhlükəlidir. Bu barədə Trend-ə açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, 16 qanunsuz fəaliyyət göstərən avtovağzallar mövcuddur: “Avtovağzallar və avtostansiyalar haqqında əsasnamələr mövcuddur və bu əsanaməyə uyğun olaraq Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2020
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
242526272829