Narkoloji xəstə məhkumlar ödənişsiz psixoloji yardım alacaqlar

Nazirlər Kabineti “Cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumların məcburi müalicəsinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 yanvar tarixli 14 nömrəli qərarında dəyişiklik edib. “Report” xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, narkoloji xəstə məhkumlar “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən […]

Cəbhə bölgəsində 40 yaşlı qadın itkin düşdü

Ağdamda qadın itkin düşüb.   Ağdamın Quzanlı qəsəbəsində yaşayan 40 yaşlı Tapdıqova Naibə səhər saatlarında itkin düşüb. Qohumları Ağdam Polis Şöbəsinə məlumat verdikdən sonra  axtarışa başlanılıb. Araşdırma davam edir. modern.az

Çindən kənarda koronavirusa yoluxanların yeni sayı

Çindən kənarda koronavirusa yoluxanların sayı artaraq 1076 nəfərə çatıb. “Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi brifinqdə deyib: “26 ölkədə Covid-19-a yoluxanların sayı 1076 nəfərə çatıb. Onlardan 7-də xəstəlik ölümcül həddədir”. Qeyd edək ki, Çinin özündə koronavirusa yoluxanların sayı 74 min 500 nəfərdir. […]

Çindəki səfirliyimiz tam heyətlə işləyir

Azərbaycanın Çindəki səfirliyi adi rejimdə, tam heyətlə fəaliyyət göstərir. Axar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Leyla Abdullayeva məlumat verib. Qeyd edək ki, son məlumata görə, yeni koronavirusa yoluxanların sayı 75 777 nəfər, ölənlərin sayı 2 130 nəfər, sağalananların sayı 16.892 təşkil edir. Həmçinin Çindəki əcnəbilərdən 29 nəfər bu xəstəliyə […]

200 avtomobil zəncirvari qəza etdi

200 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verdi. Qəzada 69 nəfər yaralandı. “Ölkə.Az” CBC-yə istinadən xəbər verir ki, hadisə Kanada Monreal La-Perridə baş verib. Yol nəqliyyat hadisəsi yüksəksürətli magistralda baş verib. Qəzaya səbəb çovğun olub. Belə ki, çovğun nəticəsində sürücülərin görmə qabiliyyəti zəiflədiyindən 200 avtomobil bir-birilə toqquşub. Qəzaya uğrayan maşının yük, benzin daşıyan maşınlar, həmçinin […]

Merkeldən Almaniyadakı terror hadisəsi ilə bağlı ilginc açıqlama…

Terrorçunun kimliyi hər kəsi şoka saldı Almaniyanın Baş naziri Angela Merkel ötən gecə Almaniyada baş verən terror aktı ilə bağlı açıqlama verib. Merkel dəhşətli olayın bütün tərəflərinin aydınlaşdırılması, orta çıxarılması üçün bütün səylərdən istifadə ediləcəyini deyib. Merkel həmçinin irqçiliyin bir zəhər olduğunu deyib: “İrqçilik bir zəhərdir, həmçinin nifrət də zəhərdir. Bu zəhər cəmiyyətimizdə mövcuddur. Biz […]

“NATO-Azərbaycan əlaqələri uğurla inkişaf edir” – İlham Əliyev

“Biz, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələri haqqında fikir mübadiləsi apardıq. Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzərində iş gedir. Hesab edirəm ki, bu gün imzalanacaq çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə bu saziş üçün də gözəl əsas təşkil edə bilər”. “Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də geniş […]

Bakı Nəqliyyat Agentliyindən təcili açıqlama – FOTOLAR

Bakının Yasamal rayonunda, Müzəffər Həsənov küçəsində Bakı Nəqliyyat Agentliyi ilə razılaşdırılmadan nəqliyyat vasitələrinin hərəkətinə (20 Yanvar dairəsi istiqamətində) məhdudiyyət qoyulub. Bu barədə Agentliyin açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, məhdudiyyət həmin küçədən keçən 7B, 14, 18, 102, 114A, 114B, 159, 165, 193 və 211 nömrəli marşrutlar üzrə avtobusların nizamlı fəaliyyətinə ciddi təsir edir. “Hazırda avtobuslar […]

Gürcüstan XİN irimiqyaslı kiberhücumlara görə Rusiyanı ittiham edib

Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) ötən il ölkədə fəaliyyət göstərən saytlara qarşı edilən irimiqyaslı kiberhücumlara görə Rusiyanı ittiham edib. APA-nın yerli bürosunun xəbərinə görə, Gürcüstan XİN-in rəsmi nümayəndəsi Vladimir Konstantinidi bu gün bildirib ki, 2019-cu ilin oktyabrında edilən kiberhücumlar Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının baş idarəsi tərəfindən planlaşdırılıb. “Gürcüstan tərəfinin beynəlxalq tərəfdaşları ilə apardığı araşdırma […]

MSK “Sənin üçün ölüb, bizim üçün ölməyib” videosuna münasibət bildirdi

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında sosial şəbəkələrdə yayılan “Sənin üçün ölüb, bizim üçün ölməyib” videogörüntüsü müzakirə edilib. “Report”un məlumatına görə, iclasda həmin dairə üzrə namizəd Ramin Göyüşovun şikayəti barədə məlumat verən MSK üzvü Bəxşeyiş Əsgərov bildirib ki, videogörüntü 107 saylı Qazax seçki dairəsində qeydə alınıb. MSK üzvü qeyd edib ki, həmin videoda […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2020
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
242526272829