İlk ödənişli yol bu il istifadəyə veriləcək

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov Bakı-Quba, Ələt-Astara yollarının təmirindən danışıb.  “Qafqazinfo”nun verdiyi xəbərə görə, S.Məmmədov bildirib ki, Bakı-Quba-Rusiya avtomobil yoluna paralel olaraq Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən Rusiya sərhədinə kimi yolun 100 kilometr hissəsi bu il tam çəkilib əhalinin istifadəsinə veriləcək: “Bu yol beton yola paralel çəkiləcək və Azərbaycanda ilk ödənişli yol kimi […]

Bakı metrosu koronavirusa qarşı dezinfeksiya edilir FOTO

“Bakı Metropoliteni” QSC Çində törəyərək sürətlə yayılmaqda olan koronavirus (“2019-nCoV”) infeksiyasına qarşı dezinfeksiya tədbirlərinə başlayıb. Qurumdan virtualaz.org-a bildirilib ki, tədbirlər profilaktik məqsədlə insanların daha çox təmasda olduğu stansiya və qatarlarda aparılıb. Ardıcıl tədbirlərə bu gündən “Nərimanov” elektrik deposunda qatarlarda start verilib. İş gününün qrafikinə uyğun olaraq, bütün vaqonlar mərhələli şəkildə tam həcmdə dezinfeksiya olunacaq. Bu […]

Putinin avtoqrafı hərracda 340 min rubla satıldı

Rusiya Prezidenti Vladimir Putinin avtoqrafı Moskvada hərrac zamanı 340 min rubla (5 min dollardan çox) satılıb. Virtualaz.org rus KİV-nə istinadən bildirir ki, həmin avtoqrafı V.Putin 2001-ci ilin sentyabrında yazıçı Valentin Zorinə kitabının qarşılığında vermişdi. Bundan başqa, hərrac zamanı “Taxt-tac oyunları” kitabının müəllifi Corc Martinin imzası 15 min rubla (233 dollar) satılıb. Kosmonavtlar Yuri Qaqarin, Valentina […]

Ali Rada “erməni soyqırımı”nı müzakirədən imtina etdi

Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib. Səfirlikdən verilən məlumata görə, Ali Radanın hakim “Xalqın xidmətçisi”nin deputatı Darya Volodinanın təqdim etdiyi “erməni soyqırımı qurbanlarının anılması” ilə bağlı qanun layihəsi müzakirə edilmədən geri qaytarılıb. Məlumata görə, fevralın 14-də qeydə alınan qanun layihəsinin Azərbaycan və Türkiyənin Ukraynadakı səfirliklərinin birgə səyləri nəticəsində Ali […]

Türkiyə ordusu İdlibdə hücuma hazırdır, amma ruslarla döyüşmək istəmir

Türkiyə ordusu prezident Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə Suriyanın şimalında, hazırda Bəşər Əsəd qüvvələrinin irəliləməkdə olduğu İdlibdə hücum əməliyyatlarına başlamağa hazırdır. Amma Rusiya ilə hərbi toqquşmaya girmək istəmir və belə məqsədi yoxdur. Virtualaz.org xəbər verir ki, bu bəyanatla Türkiyənin müdafiə naziri Hulusi Akar yerli telekanallardan birinə müsahibəsində çıxış edib. Xəbər verildiyi kimi Suriya ordusu Rusiya […]

“Maqomayev” serialının ilk treyleri – Video

SSRİ Xalq artisti Müslüm Maqomayev və onun həyat yoldaşı Tamara Sinyavskayaya həsr olunan çoxseriyalı filmin treyleri yayımlanıb. “Qafqazinfo” xəbər verir ki, Rusiyanın Birinci kanalı “Maqomayev” adlı ekran işinin ilk görüntülərini ictimaiyyətə təqdim edib. Layihədə mərhum opera sənətçisinin obrazını serbiyalı aktyor Bikoviç Miloş, xanımı Tamara Sinyavskayanı isə aktrisa İrina Antonenko canlandırıb. Serialın premyerasının dəqiq vaxtı açıqlanmayıb. […]

Koronavirusa məhəl qoymadan azərbaycanlılar İrana axışır – İranlılar isə Astarada evlər alır…

İranın Qum şəhərində koronovirusdan 4 nəfərin ölməsinə, bir neçə nəfərdə yoluxma hallarının aşkarlanmasına baxmayaraq azərbaycanlılar ucuz ərzaq, həkim və dava-dərman dalınca bu ölkəyə axışmaqda davam edir. Virtualaz.org xəbər verir ki, ötən gün fevralın 20-də Astara sərhəd-keçid məntəqəsinin önündə həmişəki qələbəlik yaşanıb.  Yerli sakinlər deyirlər ki, İrana gedənlərin arası kəsilmirdi. Oradan qayıdanların isə əllərində müxtəlif yüklər […]

AVRO-2020: 37 min şəxs könüllülük üçün müraciət etdi

UEFA Avropa çempionatı üçün müraciət edən könüllülərin sayını açıqlayıb. Virtualaz.org qurumun rəsmi “Facebook” səhifəsinə istinadən xəbər verir ki, AVRO-2020 üçün 159 ölkədən 37 min könüllünün müraciət etdiyi bəlli olub. Bu isə 2016-cı ildə Fransada keçirilmiş yarışdan 15 min çoxdur. Bildirilib ki, artıq 12 min könüllü qeydiyyata alınıb. Könüllülük üçün müraciət edənlərin 18 faizi Bakıdan olub. […]

Bakı-Sumqayıt yolu necə olacaq? – Sədr açıqladı

Fevralın 22-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının peşə bayramı günüdür. “Qafqazinfo”nun verdiyi xəbərə görə, bu gün bu münasibətilə Agentlik rəhbərliyi, vəzifəli şəxsləri və əməkdaşları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Onlar məzarın önünə gül dəstələri qoyaraq Heydər Əliyevi anıblar. Daha sonra Agentlik heyəti Şəhidlər Xiyabanını ziyarət edib. Agentliyinin İdarə Heyətinin sədri […]

TALANAN MİLYARDLAR, MƏHV EDİLƏN MİLYONLUQ TEXNİKA… – Həbs edilən olacaqmı? + FOTOLAR

Bu günlərdə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti ilə bağlı maraqlı məlumat açıqladı. Məlumatdan aydın oldu ki, ASC-nin 2017-ci ilin yanvar ayından 2019-cu ilin sentyabr ayına qədərki fəaliyyət dövrünün yoxlanması zamanı ciddi nöqsanlar aşkarlanıb. Musavat.com xəbər verir ki, yoxlama nəticəsində ciddi nöqsanlara yol verildiyi, 2006-2019-cu illərdə lizinqə […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2020
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
242526272829