Azərbaycanda minlərlə şəxsin sürücülük hüququ ləğv edildi – ŞOK SƏBƏB

Ötən il ərzində respublika ərazisində 7 mindən çox sürücünün sürücülük hüququ məhdudlaşdırılıb. Qeyd edək ki, bunlar cərimə balı 20-ni keçən və sərxoş halda avtomobil idarə edən sürücülərdir. Sərxoş vəziyyətdə avtomobili idarə etmə, avtoxuliqanlıq və digər inzibati qayda pozuntularına görə 7 mindən çox vətəndaşın sürücülük hüququ məhdudlaşdırılıb. Bu barədə məlumatı ”Xəzər Xəbər”ə Baş Dövlət Yol Polisi […]

Hindistanda nəhəng qızıl yatağının aşkarlanması barədə məlumat təkzib edilib

Hindistan Geoloji Araşdırmalar Xidmətinin rəhbəri Em Sridhar geoloqların Hindistanın şimalında təxminən 3 min ton ehtiyatı olan iki nəhəng qızıl yatağı aşkarlaması barədə məlumatları təkzib edib. Mütəxəssis bu barədə “PTI” xəbər agentliyinə bildirib. “Xidmətdən heç kim belə bir məlumat verməyib. Hindistanın Geoloji Araşdırmalar Xidməti Sonbhadra bölgəsindəki yataqlarda belə böyük qızıl ehtiyatlarının olması barədə qiymətləndirmə verməyib”, – deyə Sridhar […]

İranla sərhəddə zəlzələ nəticəsində Türkiyədə 7 nəfər ölüb, 5 nəfər yaralanıb

Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən zəlzələ nəticəsində Türkiyənin Van rayonunda 7 nəfər ölüb, 5 nəfər yaralanıb. APA-nın Türkiyə bürosunun məlumatına görə, Türkiyə Daxili İşlər naziri Süleyman Soyolu Vanın Başqala qəsəbəsinə bağlı Özpınar kəndində 6 nəfər, Güvənlik kəndində 1 nəfər dağıntılar altında qalaraq öldüyünü bildirib. Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu dağıntılar altında […]

Azərbaycanda heyvanlarda qəribə xəstəlik: Yüzlərlə qoyun tələf oldu – VİDEO

Qoyunlar anidən yerə yıxılır və sinələri partlayır. Ölüm anı isə heç bir dəqiqədə çəkmir. Baku.tv xəbər verir ki, hadisə Abşeron rayonun Xanqulu qışlaq yatağında baş verib. Təsərrüfat sahibi Seyran Kərimovun sözlərinə görə, son dörd ayda bu xəstəlikdən 751 baş xırda buynuzlu heyvanı tələf olub və xəstəliyin isə çarəsi tapılmır. Təsərrüfat sahibi bildirib ki, heyvanların cəsədindən […]

Azərbaycanın Xalq artisti Hollivud ulduzu ilə yaxın qohum imiş – VİDEO

Azərbaycanın Xalq artisti Lüdmila Duxovnaya sən demə, amerikalı aktyor və ssenari müəllifi, rejissor və musiqiçi, “Məxfi materiallar” teleserialındakı agent Foks Malder roluna görə ikiqat “Qızıl qlobus” mükafatının sahibi Devid Duxovnının qohumu imiş. Musavat.com Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, o, bu barədə jurnalist Səadət Qədirovanın “YouTube” şəbəkəsindəki “кadyrova.online” kanalında apardığı “Arzular gerçəkləşir” layihəsinin qonağı olarkən deyib. […]

İranda koronavirusa görə məktəb və universitetlər bağlandı

İranda koronavirusun sürətlə yayılmasına görə hakimiyyət yüksək ehtiyat tədbirlərinə əl atır. Hökumət elan edib ki, virusun qeydə alındığı bütün şəhərlərdə və əyalətlərdə məktəb və universitetlər bağlanır. O cümlədən virusun yayılmağa başladığı Qum şəhərində ziyarətlər dayandırılıb, məscidlər bağlanıb, kütləvi ibadətlər qadağan olunub. Virus İranın 14 əyalətində qeydə alınıb. Virtualaz.org xəbər verir ki, İranın Səhiyyə Nazirliyi ölkə […]

“Suriya bataqlığı” dərinləşir: Türkiyə-Rusiya hərbi toqquşması baş verə bilər

Mövcud situasiya Əsəd rejimi ilə yanaşı, həm də ABŞ-a sərfəlidir… Bu situasiya Əsəd rejiminə ilk növbədə nəzarət etdiyi əraziləri genişlətmək imkanı açmaqla yanaşı, ABŞ-a da Türkiyə-Rusiya münasibətlərinin yenidən pozulmasına şahidlik etmək şansı yarada bilər… “Suriya bataqlığı” növbəti hərbi-siyasi böhranın məkanına çevrilməyə namizəddir. Belə ki, yaxın günlərdə bu “bataqlıq”da dünyanın daha iki nüfuzlu dövlətin qarşıdurması yaşana […]

Onlar nə qədər pensiya alacaq? – Məbləğ

V çağırış Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri 73 yaşlı Hadi Rəcəblinin və həmin çağırış parlamentin deputatı 75 yaşlı Hüseynbala Mirələmovun alacağı pensiyanın miqdarı açıqlanıb. Qanunvericiliyə əsasən, əmək pensiyası yaşına çatmış sabiq deputat səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Milli Məclisinin sədri, sədrin birinci müavini, sədrin müavini, komitə və komissiya sədri və ya sədrinin […]

İtaliyada idman tədbirləri koronavirusa görə ləğv edildi

İtaliyanın Lombardiya və Veneto regionları ərazilərindəki bütün idman tədbirləri ləğv olunub. “Report”un məlumatına görə, bu barədə ölkənin baş naziri Cüzeppe Konte bəyan edib. Səbəb kimi bu regionlarda koronavirus xəstəlikləri göstərilib. Ləğv olunmuş tədbirlər sırasına A Seriyasının “Verona” – “Kalyari”, “Atalanta” – “Sassuolo” və “İnter” – “Sampdoriya” matçları da daxildir. Hər 3 qarşılaşma bu gün keçirilməli […]

Sumqayıtda tələbə özünü dənizə ataraq intihar edib

Sumqayıtda dəhşətli hadisə baş verib. BakuPost.az xəbər verir ki, şəhər sakini, 1998-ci il təvəllüdlü Qurbanov Müzəffər Qəzənfər oğlu özünü dənizə ataraq intihar edib. Onun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdlrma) maddəsi ilə iş açılıb. Hadisənin səbəbləri araşdırılır. Qeyd edək ki, intihar edən gənc […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2020
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
242526272829