ABŞ-ın demokrat senatorları Putinə sanksiya tətbiq etməyə çağırdılar

ABŞ-ın Demokrat partiyasının senatorları dövlət katibi Maykl Pompeo və maliyyə naziri Stiven Mnuçinə məktub göndərərək artıq Rusiya prezidenti Vladimir Putinin özünə qarşı sanksiyaların tətbiq edilməsinin zamanın gəlib çatdığını bildiriblər. Bu barədə həmin məktubun surətini əldə edən “Axios” saytı məlumat verib. “ABŞ Kəşfiyyatının Kremlin 2020-ci ildə keçiriləcək seçkilərə müdaxiləyə hazırlaşması ilə bağlı gəldiyi nəticə onu göstərir […]

İsveçrədə koronavirusa rast gəlindi

İsveçrədə koronavirusa ilk yoluxma halı qeydə alınıb. “Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə federal hökumətin yaydığı məlumatda deyilir. Koronaviruslu xəstə ölkənin cənubundakı Tiçino şəhərində italyandilli kantonda yaşayır. Qeyd edək ki, İtaliyanın Kataloniya muxtar vilayətində də Covid-19-a rast gəlinib.

Lavrov gürcü xanım jurnalistləri təhqir etdi: “Siz xəstəsiniz…” VİDEO

Rusiya XİN rəhbəri Sergey Lavrov gürcü jurnalistləri yersiz davranışlarına görə təhqir edib. Virtualaz.org bildirir ki, internetdə yayımlanan görüntülərdə Gürcüstan mətbuatı nümayəndələrinin, xüsusilə “İmedi TV” və “1TVGe”nin xanım jurnalistlərinin bir-birlərini itələmələri və Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinə sual verməyə çalışdıqları əks olunub. Kadrlardan o da görünür ki, Lavrov ona sual verməyə çalışan xanım jurnalistləri “xəstə” adlandırır: […]

Gömrük külli miqdarda xarici valyuta tutdu

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsinə cəhdin qarşısını alıblar. Virtualaz.org bu barədə Komitəyə istinadən xəbər verir. Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Gəncə-Moskva aviareysi ilə gedən vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən xarici valyutanı gömrük orqanına əvvəlcədən bildirməyib, […]

ABŞ Əfqanıstandakı hərbçilərinin sayını azaldır

“Əfqanıstandakı hərbçilərin sayını 8,6 minə endirmək üçün ciddi səylər göstəririk. İnsanlar da bundan məmnundurlar. Ardından son nəticənin nə olacağına qərar verəcəyik”. Bunu ABŞ prezidenti Donald Tramp Hindistana səfərindən sonra keçirilən mətbuat konfransında ABŞ-ın Əfqanıstandakı hərbi mövcudluğunun perspektivləri ilə bağlı sualı cavablandırarkən deyib. O həmçinin “Taliban”la fevralın sonunda əldə olunacağı gözlənilən razılaşmaya ümid etdiyini bildirib və […]

İrandan ziyarətdən qayıdan 23 nəfər Cəlilabadda karantinə yerləşdirildi

İran İslam Respublikasının xəstəlik qeydə alınan ərazilərində olan 23 nəfər müayinə məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Virtualaz.org xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyi birgə məlumat yayıb. Bildirilib ki, ilkin müayinə zamanı 2 nəfərin hərarəti normadan bir qədər yüksək olub. Səhhətlərində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri karantin müddəti bitənə […]

15 yaşlı oğlan sevgilisinə görə özünü binadan atdı – Xırdalanda dəhşət

Xırdalan şəhərində intihar hadisəsi baş verib.  15 yaşlı Ülvi Ruslan oğlu Cəfərli özünü 12-ci mərtəbədən ataraq intihar edib. İlkin məlumata görə, Ü.Cəfərli həmin binada müəllim yanına gedirmiş. Onun sevdiyi qızla mübahisə etdiyi, sonradan özünü binadan atdığı bildirilir. Faktla bağlı Abşeron rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Qeyd edək ki, intihar edən Ü.Cəfərli bir neçə il əvvəl […]

“Qüruruna sığdırmadı” – Müəllimi bulvarda intihar edən qızdan yazdı

“Nə bilərdim ki, bir vaxtlar xəyallarının suya düşməsini istəmədiyim bir qızcığaz su çərşənbəsində özünü suya atacaq”. “Qafqazinfo” xəbər verir ki, bunu təhsil eksperti Elçin Əfəndi ötən gecə Bulvarda intihar edən 22 yaşlı Nəzakət Rzazadə barəsində şəxsu feysbuk hesabında yazıb. Azərbaycan Tibb Universitetinin tələbəsi mərhumla bağlı 3 il əvvəlki xatirəsini bölüşüb: “2017-ci ildə Dövlət İmtahan Mərkəzi […]

Ceki Çan koronavirusa görə karantinə alındı

Koronavirusu müalicə edə biləcək dərman ixtira edən şəxsə bir milyon yuan (243 min AZN) mükafat təyin edən məşhur aktyor Ceki Çan koronavirusa görə karantinə alınıb. Bu barədə “HaberGlobal” məlumat yayıb. Belə ki, 65 yaşlı aktyorun olduğu tədbirdə qonaqların birində koronavirus aşkar edilib. Bu səbəbdən Ceki Çan da digər qonaqlarla birlikdə karantinə alınıb.//olke.az

Rafael Ağayev Avstriyaya olimpiya lisenziyası üçün yollandı

Azərbaycan karateçiləri fevralın 28-də Avstriyanın Zaltsburq şəhərində start götürəcək Karate1 Premyer Liqa turnirinə yollanıb. “Report” Milli Karate Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 3 gün davam edən yarışda 14 idmançı çıxış edəcək. Baş məşqçilər Bahəddin Kandaz (kişilər) və Denis Morozov (qadınlar), eləcə də böyük məşqçi Şahin Xudaverdiyev kumite yarışlarında Firdovsi Fərzəliyev (60 kq), Rafiz […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2020
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
242526272829