İrandan gələn maşınları polis müşayiət edir

Azərbaycanla qonşu olan ölkələrdə koronavirusa yoluxma hallarının artmasından sonra dövlət başçısı İlham Əliyevin müvafiq tapşırığına əsasən, həmin ölkələrdən, o cümlədən İran İslam Respublikasından Azərbaycana daxil olan yük nəqliyyat vasitələrinin hərəkəti polis əməkdaşlarının müşayiəti ilə təmin edilir. Virtualaz.org Daxili İşlər Nazirliyinə (DİN) istinadən bildirir ki, Azərbaycan ərazisindən tranzit yüklərin daşınması üzərində nəzarət gücləndirildiyi üçün nəqliyyat vasitələri […]

Mikrofonun açıq olduğunu unudan Ərdoğan Lavrovdan Əsədlə bağlı nə soruşdu? – VİDEO

Ötən gün Moskvada Türkiyə lideri Ərdoğanla Rusiya Prezidenti Putinin təkbətək görüşündən sonra yaşanan bir məqam diqqətləri çəkib. Virtualaz.org Türkiyə mətbuatına istinadən bildirir ki, Ərdoğan Rusiya XİN başçısı Lavrovla görüşərkən, bəzi məqamları dəqiqləşdirmək istəyib. Buna görə də Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunu çağıraraq, ondan sözlərini Lavrova tərcümə etməsini xahiş edib. Ərdoğan Lavrovdan “Bu anda Əsədlə […]

Putin Kremldə Ərdoğana Krımı alan Yekatrinanı və rus-türk müharbəsini “xatırladır”… – FOTO

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla dünən martın 5-də Kremldəki görüşünü “Balkanlardan keçid” bürünc saatının qarşısında keçirib. Həmin bürünc saat heykəltaraş Yevgeni Lanserin əsəridir və XIX əsrin sonlarına aid incəsənət əsəridir. Heykəltaraş həmin əsərində 1877-1878-ci illərdə Bolqarıstanda Osmanlı ordusunu darmadağın edən rus əsgərlərinin şücaətinə həsr edilib. Virtualaz.org xəbər verir ki, Putinin Ərdoğana […]

Operativ Qərargah: Bakıda bəziləri müqavimət göstərib və karantindən imtina edib

Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üzrə profilaktik tədbirlər davam etdirilir. Bu barədə virtualaz.org-a  Nazirlər Kabinetinin yanında operativ qərargahdan məlumat verilib. Qeyd olunub ki, hazırda bununla bağlı müvafiq maarifləndirici, eyni zamanda tibbi baxımından tədbirlər həyata keçirilir, ictimai məkanlarda dezinfeksiya işləri aparılır və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq digər zəruri addımlar atılır: “Qeyd edək ki, […]

“Fəxr edirəm ki, şəhid atasıyam” – VİDEO

“Azərbaycan xalqını bir daha əmin etmək istəyirəm ki, nə qədər, Orxan kimi balalarımız var, bir qarış torpaqlarımız belə heç zaman düşmən tapdağı altında qalmayacaq”. “Report”un Muğan bürosunun məlumatına görə, bu sözləri şəhid Orxan Paşazadənin atası Nazim Paşazadə jurnalistlərə açıqlamasında deyib. “Mənim balam son damla qanına qədər vuruşdu və düşmənləri geri çəkilməyə məcbur etdi. Oğlum Vətən […]

İranda koronavirusdan ölənlərin sayı 124-ə çatdı

“Report” IRNA-ya istinadən xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 124 nəfər olduğunu açıqlayıb. O bildirib ki, daha 1 234 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 4 747 nəfərə çatıb. Eyni zamanda 15 981 nəfər koronavirus şübhəsinə görə xəstəxanaya yerləşdirilib. K.Cahanpur həmçinin 913 nəfərin koronavirusdan sağalaraq […]

Türkiyəni tərk edən qaçqınların sayı açıqlandı

Türkiyə hökuməti Avropaya dəniz və ya quru yolla getmək istəyən suriyalı qaçqınlara maneçilik törədilməməsi barədə qərar qəbul edib. “Report” xəbər verir ki, bu barədə “Reuters” Türkiyə rəsmisinə istinadən məlumat verib. Agentliyin həmsöhbətinin sözlərinə görə, Türkiyə polisinə, sahil mühafizəsinə və sərhəd keçidlərində işləyən əməkdaşlara Suriyadan qaçqın axını vəziyyətində maneçilik yaratmamaq barədə tapşırıq verilib. Qeyd edək ki, […]

“Gəncə işi” Gəncə məhkəməsindən alındı – Məhkəmə sədri ilə Elmar Vəliyevin qardaşı qohum çıxdılar

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyev və onu mühafizə edən polisi güllələməkdə suçlanan Yunis Səfərovun işi Gəncə Ağır Cinayətlər Məhkəməsindən alınıb. Səbəb adıçəkilən məhkəmədə Y. Səfərov və onunla birlikdə mühakimə olunan daha 11 nəfərin işinə baxan hakim Natiq Əliyevin zərərçəkmiş E.Vəliyevlə qohumluğudur. N.Əliyev həm də Gəncə Ağır Cinayətlər Məhkəməsinin rəhbəridir. Onun sədrliyi ilə Y. Səfərov […]

Azərbaycan ÜST-ə yardım edib – 5 milyon dollar

Azərbaycan Respublikası və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasında uzunmüddətli səmərəli əməkdaşlıq münasibətləri mövcuddur. Nazirlər Kabinetinin Mətbuat Xidmətindən bildirilib ki, Azərbaycan Respublikası Hökuməti dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə ÜST-nin “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” adlı Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının verilməsi […]

Sabiq nazirə yeni vəzifə verildi – Ramiz Mehdiyev Əli Abbasovla bağlı əmr imzalayıb

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev öz müşavirinə – keçmiş rabitə və yüksək texnologiyaları naziri, akademik Əli Abbasova yeni vəzifə verib. Unikal.org-un əldə etdiyi məlumatına görə, R.Mehdiyevin müvafiq əmri ilə Ə.Abbasov AMEA-nın “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru təyin edilib. Xəbəri AMEA-dan təsdiqləyiblər.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031