“Facebook” tibbi maskaların reklamına qadağa qoyub

“Facebook” şirkəti sosial şəbəkədə tibbi maskaların reklamına müvəqqəti qadağa qoyub. APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, “Facebook” koronavirusdan qorunmaq üçün tibbi maskaya tələbatla əlaqədar spekulyativ hərəkətlərə son qoyulması üçün bu addımı atıb. Qeyd edək ki, bundan əvvəl “Facebook” koronavirusdan qorunmaq və xəstəliyin müalicəsi vədi ilə bağlı reklamlara qadağa qoyub.

Gürcüstanda 140 nəfər koronavirusa görə karantində saxlanılır

Gürcüstanda koronavirusa şübhəli bilinən 140 nəfər karantin nəzarətindədir. AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin yaratdığı stopcov.gov.ge saytı məlumat yayıb. Məlumatda deyilir ki, daha 42 nəfər stasionar müalicə alır. Koronavirusa tutulması təsdiq olunmuş xəstələrin sayı isə 9 nəfərdir. Onlardan birinin vəziyyəti ağır olaraq qalır. Ümumiyyətlə, karantində olmuş 162 nəfərdən 20-si, stasionarda müalicə olunan 45 […]

Ronaldinyo yenidən həbs edilib

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo yenidən saxlanılıb. Apasport.az saytının məlumatına görə, Paraqvaya saxta sənədlərlə gəlməkdə şübhəli bilinən cənubi amerikalı dünən sərbəst buraxılsa da, bu gün yenidən həbs olunub. Baş prokurorun tapşırığı ilə “sambaçı” qardaşı Roberto de Assis Moreyro ilə birlikdə paytaxt Assunsionda polis bölməsinə aparılıb. Qardaşlar bu gün məhkəmə qarşısına çıxarılacaqlar. Qeyd edək ki, Ronaldinyonun […]

Azərbaycan İrana 5 milyon ABŞ dolları yardım etdi

Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə məqsədilə Azərbaycan Respublikası hökuməti tərəfindən humanitar əsaslarla İran İslam Respublikasına 5 milyon ABŞ dolları məbləğində maliyyə yardımının göstərilməsi barədə qərar qəbul edilib. Bu barədə “Report”a Azərbaycan Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, Nazirlər Kabineti tərəfindən 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulan Ehtiyat Fondundan bu vəsaitin ayrılmasına dair sərəncam qəbul olunub. […]

İranda qadın deputat koronavirusdan öldü

İranda koronavirusdan ölən siyasətçilərin sayı artır. “Report” IRNA-ya istinadən xəbər verir ki, ölkə parlamentinə Tehran şəhərindən seçilən 55 yaşlı qadın deputat Fatimə Rəhbər ötən gün müalicə aldığı Tehranın Məsih Daneşvari xəstəxanasında dünyasını dəyişib. Qeyd edək ki, İranda koronavirus daşıyıcılarının sayı 4 747 nəfərdir. Virusdan ölənlərin sayı isə 124 nəfərdir. Ölkənin birinci vitse-prezidenti İshaq Cahangiri, sənaye, […]

Hacıqabulda ana doğuşdan sonra ölüb

Hacıqabulda ana doğuşdan sonra ölüb. APA-nın yerli bürosunun məlumatına görə, hadisə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Məlumata görə, rayonun Atbulaq kənd sakini 1995-ci il təvəllüdlü Bəşirova Fəxriyyə Mehman qızı doğuşdan sonra kəskin qanaxma səbəbindən həyatını itirib.

Azərbaycanda teatr və konsert müəssisələri bağlandı

Azərbaycanda fəaliyyət göstərən teatr və konsert müəssisələri koronavirus epidemiyası təhlükəsinə görə fəaliyyətini dayandırıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib. Bununla bağlı Mədəniyyət naziri Əbülfəs Qarayev müvafiq əmr imzalayıb. Əmrə əsasən, martın 7-dən etibarən mədəniyyət müəssisələrində konsert və tamaşalar təxirə salınıb. Teatr və konsert müəssisələri fəaliyyətini martın 27-dən sonra davam etdirəcək.

Lerikdə ev uçuldu – Ər öldü, arvadı ilə övladı yaralandı

Lerikin Çayrud kəndində torpaq sürüşməsi olub. “Qafqazinfo”nun xəbərinə görə, nəticədə kənddəki evlərdən biri uçub. Torpaq uçqunu nəticəsində kənd sakini Arif Əlirzayevə məxsus ev tamamilə dağılıb. Hadisə zamanı ailə başçısı 40 yaşlı A. Əlirzayev ölüb, onun həyat yoldaşı və azyaşlı övladı isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Bakıda 85 ilin körpüsü bu gün sökülür – Foto

Xəbər verdiyimiz kimi, “28 May” küçəsindəki məşhur dəmiryol körpüsü söküləcək.  “Qafqazinfo” xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Mais Ağayevin sözlərinə görə, körpünün söküntü işləri bu gündən aparılacaq. O, bildirib ki, söküntü işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti sözügedən küçənin Yusif Səfərov və Kövkəb Səfərəliyeva küçələri arasında yerləşən hissəsi ilə hərəkəti məhdudlaşdırılacaq. […]

Koronavirus yayda yox olacaq? – ÜST-dən açıqlama

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dekabrın sonlarından Çində ortaya çıxaraq artıq dünyada 100 minə yaxın insanda aşkarlanan “COVİD-19”la bağlı məyusedici məlumat yayıb. “Qafqazinfo”nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qurum virusun yayda öləcəyi ilə bağlı ehtimalları təkzib edərək insanları bu məlumata çox köklənməməyə çağırıb. ÜST-ün səhiyyə sahəsində fövqəladə hallar proqramının icraçı direktoru Maykl Rayan bildirib ki, […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031