“Azərbaycanda ərzaq ehtiyatı kifayət qədərdir” – Mikayıl Cabbarov + VİDEO

“Azərbaycanda əhalinin gündəlik tələbat malları, o cümlədən, qida məhsulları tələbatının ödənilməsində heç bir problem yoxdur”. “Report” xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov son günlər mağazalarda müşahidə olunan kütləvi alışla bağlı məsələyə münasibət bildirərkən deyib. Nazir qeyd edib ki, hazırda ticarət şəbəkələri, mağazalar və anbarlarda gündəlik tələbat malları, o cümlədən, ərzaq məhsulları ilə bağlı kifayət […]

Koronavirus testi nədir, nə vaxt olunur, necə alınır? – Analiz barədə 5 cavab

Koronavirus xüsusi testlərlə təsdiq olunur. Hazırda cavabları 1-2 günə çıxan test növləri var. Hansı simptomlarda bu testi etdirməyə getmək lazımdır, test necə aparılır? Medicina.az koronavirus testi barədə 5 vacib suala cavabı araşdırıb. 1. Hansı simptomlar zamanı test vacib olur? Qripə bənzər simptomlar: hərarət qalxır, dərman qəbul etdikdən bir az sonra yenə artır, boğaz, sinə ağrısı. […]

Koronavirusa yoluxanların sayı 150 000-i ötdü

Dünyada koronavirusa daşıyıcılarının sayı 150 084 nəfərə çatıb. “Report” xəbər verir ki, infeksiya indiyədək 149 ölkədə qeydə alınıb. Koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Dünyada koronavirus infeksiyasından indiyədək 5 617 nəfər ölüb. Sağalanların sayı isə 73 731 nəfərdir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu […]

Dünya ən pis ssenarilərə hazırlaşır – Müasir elm koronavirusun qarşısında niyə aciz qalıb?

Hazırda dünya ictimaiyyəti əvvəllər diqqət etmədiyi bir məsələylə çox yaxından maraqlanmağa başlayıb: Virusların nə demək olduğu, onların mənşəyi, bəşər tarixində törətdikləri fəsadların miqyası ətrafında qızğın fikir mübadiləsi aparılır. Bəşəriyyətin tarixində viruslar ciddi iz buraxsa da, tarixə bu mövzuya əhəmiyyət verilməyib və bu, yalnız virusoloqların işi hesab edilib. Elə buna görə də sadə insanlar öz bəsit […]

Yaponiyada koronavirusa görə fövqəladə vəziyyət elan olunması barədə qanun qüvvəyə minib

Yaponiyada yeni koronavirus təhlükəsi ilə əlaqədar Baş Nazirə fövqəladə vəziyyət elan etmək hüququ verən qanun martın 14-də qüvvəyə minib. AZƏRTAC xəbər verir ki, həmin qanun bir gün əvvəl parlamentin yuxarı palatası tərəfindən hakim koalisiyanın və bəzi müxalifət partiyalarının dəstəyi ilə qəbul edilib. Aşağı palata həmin qanunu martın 12-də qəbul etmişdi. Yaponiyada fövqəladə vəziyyətin elan edilməsi […]

İtaliyada koronavirusdan ölənlərin sayı mini keçdi

İtaliyada bir gün ərzində koronavirusdan ölənlərin sayı 250 nəfər artaraq 1266-ya çatıb. “Qafqazinfo” “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların ümumi sayı 17,660 nəfər təşkil edir. Qeyd edək ki, Çinin tibbi heyəti koronavirus (COVID-19) pandemiyasının öhdəsindən gəlmək üçün İtaliyaya yola düşüb.

Gürcüstanda koronavirusa yoluxan ilk şəxs sağaldı

“Bu, çox sevindirici bir hadisədir, ancaq qaydalara əsasən, 24 saat ərzində təkrar müayinə aparılmalıdır”. “Qafqazinfo” “Jam-news”-a istinadən xəbər verir ki, bu barədə yoluxucu xəstəliklər xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya açıqlama verib. “Növbəti muayinədən sonra nəticələr təsdiqlənsə, xəstənin həqiqətən sağaldığını demək olar”,- deyə o sözlərinə əlavə edib. Xatırladaq ki, Gürcüstanda koronavirusa ilk yoluxma faktı 26 fevralda […]

Sabah rayonlara qar yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, gün ərzində mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 12-15° isti, Bakıda gecə 6-9° isti, gündüz 13-15° isti olacaq. Atmosfer […]

ABŞ-da koronavirusa yoluxanların sayı 2000 nəfəri keçib

ABŞ-da qeydə alınan yeni növ koronavirusa yoluxma hallarının sayı 2033-ə çatıb, 47 nəfər bu virusdan ölüb. APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə “CNN” telekanalı ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Federal Mərkəzin məlumatlarına istinadən məlumat yayıb. Telekanal bundan əvvəl ABŞ-da koronavirusa yoluxma hallarının sayının 1920-yə çatması, 41 adamın ölməsinə dair məlumat vermişdi. Hazırda […]

Murad Dadaşov “Xəzər”ə ilk onu gətirdi

Xalq artisti Murad Dadaşov “Xəzər” TV-yə rəhbər təyin edildikdən sonra bir çox dəyişikliklər edib. O, telekanala yeni kadrların cəlb olunmasına başlayıb. Dadaşovun telekanala transfer etdiyi ilk aparıcı isə “Fəlakət” obrazı ilə tanınan aktyor Elşən Orucovdur. Elşən “Youtube”da yayımlanan “Fəlidən doğru xəbər” adlı layihəsi ilə sözügedən kanalda efirə çıxacaq. Onun verilişinin vaxtı bəlli olmasa da artıq […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031