BDU-nun zəhərlənərək ölən tələbəsinin ekspertiza rəyinin nəticələri açıqlandı

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənərək ölən Xasmətova Şəkər Faiq qızının ekspertiza rəyinin nəticələri açıqlanıb. Bu barədə “Report”a Ş.Xasmətovanın atası Faiq Xasmətov məlumat verib. O bildirib ki, Türkiyə Respublikasında keçirilən ekspetizanın rəyinə əsasən, qızı dəm qazından vəfat edib: “Hazırda istintaq davam edir. Biz vəkilimiz Türkel Süleymanlı ilə məsləhətləşəndən sonra müvafiq qurumları məhkəməyə verəcəyik. […]

Rusiya rublunun ABŞ dollarına qarşı məzənnəsi dördillik minimuma enib

Bu gün Rusiya rublunun ABŞ dollarına qarşı məzənnəsi dördillik minimuma enib. “APA-Economics”in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, 1 dollar 2016-cı ilin fevral ayında bəri ilk dəfə 79 rubl həddini üstələyib.

“Ünvanlı dövlət sosial yardımı haqqında” qanunda dəyişiklik nə vaxt ediləcək? – Növbəti açıqlama

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ünvanlı dövlət sosial yardımı proqramının əhatə dairəsinin genişləndirilməsi üçün cari ildə də müvafiq işlər aparılacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, proqramın genişləndirilməsi üçün vacib məsələlərdən biri sosial yardım sisteminin aztəminatlı ailələrə əlçatanlığının artırılmasıdır. Bu məqsədlə “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunda və sosial yardımın alınması […]

Mehriban Əliyeva koronavirusla bağlı xalqa müraciət etdi – “Bu gün laqeydlik yolverilməzdir”

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “COVID-19” (koronavirus) epidemiyası ilə bağlı xalqa müraciət edib. “AzPolitika.info” M.Əliyevanın müraciətini təqdim edir: Dünya qlobal çağırışla üz-üzədir. Hələ bir il bundan əvvəl bizim əksəriyyətimiz sadəlövhcəsinə güman edirdik ki, pandemiya, bugünədək bəlli olmayan və insan həyatına son qoyan təhlükəli xəstəliklər dövrü keçmişdə qalıb. İnanırdıq ki, biologiya elminin, tibbin, əczaçılığın və texnologiyaların […]

“İranda 3,5 milyon insan koronavirusdan öləcək” – Proqnoz

İranın Şərif Texnologiya Universitetinin tədqiqatçıları COVID-19-un İranda daha da yayılması və onun nəticələri ilə bağlı fərqli ssenariləri sınamaq üçün komputer simulyatoru hazırlayıblar. APA-nın “Deutsche Welle”yə istinadən verdiyi xəbərə görə, bu hesablamaya əsasən İranda təxminən bir həftə ərzində pandemiya öz zirvəsinə çatacaq, ölənlərin sayı 12 000 nəfəri keçəcək. Komputer simulyatoru bu hesablamanı ən yaxşı ssenariyə görə […]

“Ford” Avropadakı istehsallarını dayandırır – Koronavirusa görə

Digər avtomobil istehsalçılarının ardınca “Ford” korporasiyası da 19 mart tarixindən etibarən Avropada avtomobil istehsalını dayandırır. Bu barədə korporasiyanın Kölndə yerləşən Avropa bölməsinin (Ford of Europe) yaydığı açıqlamada deyilir. İstisna yalnız Britaniyadakı mühərrik zavoduna şamil ediləcək. Qalan müəssisələrin hansı müddətə qədər bağlı qalacağı hələlik məlum deyil. Bildirilir ki, bu cür tədbirlər işçiləri koronavirusdan qorumaq üçün nəzərdə […]

Prezidentin köməkçisi və nazir döyüş texnikalarına baxış keçirdi – VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhə bölgəsində səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev və nazirliyin digər rəhbər heyətinin ön xətdə yerləşən bir sıra hərbi hissələrə səfəri davam edir. Müdafiə Nazirliyindən verilən […]

Daha bir qrup tələbə xaricdən Bakıya gətirildi

Koronavirus (COVID-19) infeksiyasının dünyada pandemiya halını almasına görə, Bakı Ali Neft Məktəbinin (BANM) xaricdə oxuyan tələbələrinin zərurət yarandığı halda təxliyə edilməsinə qərar verilib. BANM-dən bildirilib ki, artıq Ali Məktəbin Neft-qaz mühəndisliyi ixtisasının V kurs tələbələri Əli Nuraliyev, Xalidə Əhmədzadə və Elgün Yusifovun Norveçdən Bakıya gətirilməsi təmin edilib. Bundan başqa, Kimya mühəndisliyi ixtisasının V kurs tələbələri […]

Ölkədaxili sərnişin qatarlarının hərəkəti dayandırılır

Sabahdan martın 29-na qədər Bakı-Sumqayıt-Bakı və Bakı-Pirşağı-Bakı elektrik qatarları istisna olmaqla, ölkədaxili sərnişin qatarlarının hərəkəti dayandırılır. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC xəbər verir. Məlumata görə, söhbət aşağıdakı qatarlardan gedir: – Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı – Bakı-Tbilisi-Bakı (Böyük Kəsikə kimi) sərnişin qatarı – Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarı – Bakı- Köçərli -Balakən-Bakı sərnişin qatarı – Bakı-Astara-Horadiz-Bakı […]

Füzulidə Novruz bayramı münasibətilə şəhid ailələrinə bayram sovqatları paylandı

Novruz bayramı münasibətilə Füzuli rayon İcra Hakimiyyətinin və müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları tərəfindən rayon ərazisində və respublikanın müxtəlif şəhər və rayonlarında məskunlaşan şəhid ailələrinə bayram sovqatları paylanılır, şəhid ailələrinin Novruz bayramları təbrik edilir. Prezident cənab İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğısı əsas götürülməklə ümumilikdə Füzuli rayonundan olan 700-dək şəhidin varisləri […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031