Azərbaycanda daha 7 yeni koronavirusa yoluxma qeydə alındı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah açıqlama yayıb. Qərargahdan daxil olan açıqlamada bildirilib ki, Azərbaycan Respublikasında 7 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. “Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan 61 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 3 nəfərinin vəziyyəti orta-ağır qiymətləndirilir, digərləri isə özlərini normal hiss edirlər, […]

10000-ə yaxın Azərbaycan vətəndaşı ölkəyə gətirilib

Azərbaycan Respublikası tərəfindən öz vətəndaşlarına qayğı prinsipindən çıxış edilərək İran, İtaliya, Türkiyə, Macarıstan, Belarus, Rusiya və başqa ölkələrdə olan 10 000-nə yaxın Azərbaycan vətəndaşının dövlət hesabına AZAL-ın xüsusi çarter reysləri və başqa nəqliyyat vasitələri ilə ölkəyə gətirilməsi təmin olunub. Bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı açıqlamada bildirilib. Qeyd olunub ki, azyaşlı uşaqları olan ailələrə, […]

Azərbaycanda koronavirusdan ən çox mənfi təsir görmüş sahələr müəyyənləşib

Mövcud şəraitdə pandemiyadan ən çox zərər çəkən fəaliyyət sahələrinin, o cümlədən iqtisadi artımı və məşğulluğu formalaşdıran əsas sahələrin müəyyənləşdirilməsi, ölkənin iqtisadi və maliyyə dayanıqlığının gücləndirilməsi, dövlət tərəfindən atıla biləcək addımların və dəstək tədbirlərinin istiqamətlərinin dəqiqləşdirilməsi üzərində intensiv iş aparılır. “Report” xəbər verir ki, bunu İqtisadiyyatnaziri MikayılCabbarov müsahibəsində bildirib. O qeyd edib ki, bu məqsədlə yaradılmış […]

Azərbaycanda koronavirusa görə zərər çəkən sahibkarlara müddətli vergi güzəştləri nəzərdən keçirilir

Dövlət sahibkarlıq subyektlərinə müddətli vergi güzəştləri və tətillərinin verilməsi, sahibkarlığın kreditləşdirilməsi şərtlərinin yumşaldılması imkanlarını nəzərdən keçirir. “Report” xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov müsahibəsində bildirib. Onun sözlərinə görə, bu məqsədlə aidiyyəti dövlət qurumları, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası ilə intensiv müzakirələr aparılır. M.Cabbarov qeyd edib ki, işçi qrup biznesin qorunması və dəyən […]

Rusiya taxıl məhsullarının ixracına qadağa qoyub

Rusiya taxıl məhsullarının ixracına müvəqqəti qadağa qoyub. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, “Rosselxoznadzor” martın 20-dən başlayaraq 10 gün müddətində ölkədən bütün növ taxıl məhsullarının ixracına qadağa tətbiq edib. Bu barədə “Rosselxoznadzor” rəhbərinin müavini regional qurumlara yazılı məktub göndərib. Bu addım Rusiya ərazisində yeni tip koronavirusun (Covid-19) yayılmasının qarşısının alınması üçün atılıb.

Ölkə ərazisində xüsusi karantin rejimi elan edildi!

Martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilib. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, iclasda ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilib. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bununla bağlı məlumatında deyilir: […]

Moskvada varlılar evlərində reanimasiya qurdurur – Bakıda süni nəfəs aparatı neçəyədir?

Dünyada koronavirus bəlasının qurbanları artıqca, özünüqoruma instinki də, metodları da artır. Xüsusilə İtaliyada çoxsaylı adamların bu virusdan ölməsi, üstəlik, itkilərin çoxunun süni nəfəs aparatının olmaması səbəbindən həyatını itirməsi adamlarda qorxu hissini artırıb. Rusiyada bu günə olan məlumatlara görə, bir gündə 71 nəfərdə bu virus tapılıb ki, hamısı paytaxt Moskvada qeydiyyatdadır. Qeyd edək ki, Rusiyada bu […]

“Koronavirus baiskarı” dünyaya nələri nümayiş etdirə bildi? – Çin “müharibədən” qalib çıxdı

Artıq bütün dünyanın, xüsusilə də Avropanın başı yeni koronavirus epidemiyasının yaratdığı fəsadlara necə qarışıbsa, onun ilk olaraq meydana gəldiyi Çindəki hazırkı vəziyyət, demək olar ki, heç kimi maraqlandırmır. Sosial şəbəkələrdə də ilkin dövrlərdən fərqli olaraq, bu xəstəliyin əsas baiskarı kimi Çini günahlandıranlara az rast gəlinir. İndi hərə öz hayındadır. Təkcə onu qeyd etmək kifayətdir ki, […]

Dünya şöhrətli həkimdən milyonları kövrəldən məktub -“Sən qalib gəl!”

Rəşad Mahmudov: “Sən qalib gəl ki, biz də qalib gələk”         Dünya şöhrətli həkim, məşhur cərrah Rəşad Mahmudov 40 günlük körpəyə açıq məktub yazıb. Moderator.az həmin məktubu oxucuların diqqətinə çatdırır:   “Əziz körpə balamız! Bu gün adi gün deyil – bazar günüdür! Bu gün heç adi ay da deyil – Martdır, əziz […]

İtaliyada koronavirusdan ölüm həddinin yüksək olmasının səbəbi açıqlanıb

İtaliyada koronavirusa yoluxan xəstələrin ölüm səviyyəsinin yüksək olması əhalinin əksər hissəsinin yaşlı nəslin nümayəndələri olması və testin yalnız aşkar simptomları olan şəxslərdə aparılması ilə əlaqədardır. Cumhuriyyet.az xəbər verir ki, “Report”un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İtaliyanın “Corriere della Sera” qəzeti qeyd edib. İtaliyada ölüm sayı Çindən, həmçinin İran və Cənubi Koreyanın birlikdə […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031