Şəhər və rayonlararası sərnişindaşıma dayandırılıb

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın 23 mart 2020-ci il tarixli Qərarına uyğun olaraq 24 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə üzrə şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti dayandırılır. “Report” xəbər verir ki, bu barədə məlumatı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova yayıb. Onun sözlərinə görə, […]

“Albaniyanın Stalini” qəddarlığı ilə öz kumirindən geri qalmayıb – FOTOLAR

Uzun illər bu ölkədə xarici avtomobil sürmək, qadınların xarici kosmetikadan istifadə etməsi, kirayəyə ev vermək, hansısa bir dinə etiqad etmək, rok və caz musiqisinə qulaq asmaq, dəbdə olan cins şalvar geyinmək qəti qadağan olunub.  Bütün bunları “burjuaziya şəhvəti” adlandıran Ənvər Xoca Albaniyada hakimiyyətdə olduğu qırx il ərzində əhali qadağalar içərisində yaşayıb. 1944-cü ildə hakimiyyətə sahib […]

Daha bir virus Çini qorxuya saldı: 1 nəfər öldü, 32-si karantinə aparılıb

Çində koronavirusdan sonra daha bir ölümcül xəstəlik müşahidə olunub. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “Yeniçağ” qəzeti məlumat yayıb. Çində bir nəfərin avtobusda hantavirus səbəbindən öldüyü, digər 32 sərnişinin karantinə aparıldığı bildirilib. Qeyd edək ki, hantavirus insana gəmiricilərdən keçir. Əlamətləri başağrısı, yüksək hərarət, halsızlıqdır. Virusun insandan insana keçmədiyi vurğulanıb.

Səudiyyə Ərəbistanını “qorxunc böhran” gözləyir – “Bloomberg”

Yaxın gələcəkdə Səudiyyə Ərəbistanı və onun qonşuları ciddi maliyyə problemləri ilə üzləşəcək. Musavat.com xəbər verir ki, “Bloomberg” agentliyinin analitiki Devid Fiklinqin mövzuya həsr olunan məqaləsində belə bir fikir yürüdülüb. Ekspertin fikrincə, neft bazarlarında hazırda gedən qiymət müharibələri Körfəz ölkələrinin onsuz da qeyri-sabit olan iqtisadiyyatları qarşısında sərt hesablar qoyacaq. Müəllif nümunə olaraq Səudiyyə Ərəbistanının maliyyə aktivləri […]

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu Tofiq Yaqublunun həbsi ilə bağlı məlumat yayıb – Rəsmi

2020-ci il martın 22-də saat 15 radələrində Yaqublu Tofiq Rəşid oğlu idarə etdiyi özünə məxsus “Toyota Corolla” markalı 90-CU-515 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 61 saylı ünvanda yolun sağ kənarında dayanmış vəziyyətdən sola yerdəyişmə edib hərəkətə başlayarkən manevr etmə qaydalarını pozaraq eyni istiqamətdə hərəkət edən Cəbrayılov Elxan Səttar oğlunun etibarnamə əsasında […]

Tramp qızdıqması olduğunu etiraf edən həkimdən dərhal uzaqlaşdı – VİDEO

ABŞ prezidenti Donald Tramp koronavirusla mübarizə üzrə koordinator Debora Birksin özünü pis hiss etməsi ilə bağlı sözlərindən sonra ondan aralanıb. Hadisə bu gün Ağ Evdə keçirilən mətbuat konfransında baş verib. “Dünən məndə azacıq temperatur var idi”, – deyə xanım Birks prezidentin yanında bu sözləri söyləyib. Bundan sonra Donald Tramp qəfildən onun yanından zarafatla üzünü çevirərək kənara […]

Daha bir ölkədə fövqəladə vəziyyət elan olunacaq

Taylandda “COVID-19” yoluxucu xəstəliyinin (koronavirus) yayılması səbəbindən martın 26-da fövqəladə vəziyyət elan olunacaq. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bunu ölkənin Baş Naziri Prayut Çan-Oça “Tahi PBS” telekanının efirində açıqlayıb. “Koronavirus epidemiyası ilə əlaqədar martın 26-da fövqəladə vəziyyət elan edəcəyik. Fövqəladə vəziyyət elanın verildiyi gün qüvvəyə minəcək”, – deyə hökumət başçısı qeyd edib. Qeyd edək ki, […]

“Amazon” koronavirus səbəbindən 100 min yeni vakansiya açdı

Dünyanın ən böyük internet-riteyleri olan ABŞ-ın “Amazon.com Inc.” kompaniyası koronavirus səbəbindən sifarişlərin artması ilə əlaqədar 100 min yeni vakansiya açıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə şirkətin internet bloqunda məlumat verilib. Vakansiyalara müraciət üçün təcrübə tələb olunmayacağı qeyd olunub. Bundan əlavə, aprel ayının sonuna qədər “Amazon” şirkəti anbarlarda, nəqliyyatda və sifarişlərin çatdırılmasında çalışan işçilərin saatlıq məvaciblərini artıracağını […]

Marketlərdə qablaşdırılmamış məhsulları götürmək qadağan edildi

Azərbaycanda ərzaq marketlərində qablaşdırılmamış məhsulların alıcıların özləri tərəfindən götürülməsi qadağan edilib. “Qafqazinfo”nun məlumatına görə, bu, Qida Təhlükəsizliyi Agentliyinin ərzaq məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə (topdan və pərakəndə satış obyektləri, bazar, yarmarka və s.) koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişində əks olunub. Müəssisələrə açıq şəkildə satılan çörək-bulka, unlu-qənnadı məmulatları, quru meyvələr və istehlakdan öncə heç bir termiki […]

65 yaşdan yuxarı şəxslərə göstəriləcək sosial xidmətlər açıqlandı

Yaşı 65-i ötmüş tənha yaşayanlara evlərində hansı istiqamətlərdə xidmətlərin göstəriləcəyinin detalları açıqlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, evdə olduqları karantin dövründə onlara nazirliyin sosial xidmət sistemində çalışan sosial xidmətçilər tərəfindən evlərində dəstək və xidmətlər göstəriləcək. Sosial xidmətçilər hazırda ahıl (yaşı 70-i ötmüş) şəxsləri bu xidmətlərlə təmin edirlər, xüsusi karantin rejimi dövründə […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031