Koronavirus ilə mübarizədə Azəriqaz da yaşlı insanlara dəstək olacaq

“Azəriqaz” İstehsalat Birliyi hökumət tərəfindən koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə atılan addımlara dəstək olaraq sosial aksiyaya başlayıb. Birlikdən Sfera.az-a bildirilib ki, martın 29-dan etibarən “#evdəqal” çağırışlarına uyğun olaraq, evlərini tərk etməyən 65 yaşdan yuxarı abonentlərə “Azəriqaz” da yardımçı olacaq. Bu yaş kateqoriyasına aid olan şəxslər birliyin 104/185 saylı Çağrı […]

DİM şagirdlərə müraciət edib

Dövlət İmtahan Mərkəzi şagirdlərə müraciət edib. DİM-in mətbuat xidmətindən Musavat.com-a verilən xəbərə görə, Mərkəzin “Youtube” kanalına “vizuallaşdırılmış dərs”lərin yerləşdirilməsi davam edir. Bu layihə çərçivəsində buraxılış və qəbul imtahanı fənləri üzrə V sinifdən başlayaraq dərsliklərdə verilmiş materiallar mövzu-mövzu bir neçə dəqiqəlik “vizuallaşdırılmış dərs” formasında hazırlanır. Burada əsas anlayışlar, mövzu ilə bağlı izahlar, dərsin əsas məzmunu əks olunur. […]

Koronavirusun aktivləşdiyi temperatur müəyyənləşib

Honkonq universitetinin həkimləri koronavirusun daha çox aktivlik göstərdiyi temperaturu açıqlayıblar. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, koronavirus uzun müddət 4 dərəcə temperaturda qaldığı təqdirdə sabitliyini qoruya bilir və dezinfeksiya edilmədiyi halda aktivliyi yalnız 14 gün sonra azalmağa başlayır. Bununla belə, SARC-CoV-2 yüksək temperatura dözə bilmir və 70 dərəcə temperaturda beş dəqiqə ərzində aktivliyi aradan […]

Tokio olimpiadasının yeni tarixi məlum oldu

Koronavirus pandemiyası üzündən təxirə salınmış Tokio Yay Olimpiya Oyunlarının açılış mərasimi 23 iyul 2021-ci ildə olacaq. “Report”un “New York Times” nəşrinə istinadən verdiyi məlumata görə, bununla bağlı rəsmi qərar bu gün açıqlanacaq. Beynəlxalq Olimpiya Komitəsi (IOC) martın 29-da keçirəcəyi təcili görüşündə Tokio olimpiadasının yeni tarixini elan etmək niyyətindədir. Oyunların bağlanışı isə gələn il avqustun 8-də […]

Hindistanda koronavirusa yoluxanların sayı 979-a çatıb

Hindistanda koronavirusa yoluxanların sayı 979-a çatıb. APA-nın TASS-a istinadən xəbərinə görə, son sutkada bu ölkədə 145 yeni yoluxma qeydə alınıb. Virusa yoluxanların 48-i xarici vətəndaşdır. İndiyədək Hindistanda koronavirusa yoluxanlardan 87 nəfər sağalıb, 25 nəfər ölüb.

Türkiyədə zəlzələ oldu

Türkiyənin Manisa şəhərində 4,1 bal gücündə zəlzələ olub. “Report” xəbər verir ki, bunu ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi açıqlayıb. Məlumata görə, yeraltı təkanlar bu gün Bakı vaxtı ilə saat 08:56-da Manisanın Akhisar rayonunda qeydə alınıb. Zəlzələnin episentri 7,04 km dərinlikdə yerləşib. Ölən və xəsarət alanların olub-olmaması, həmçinin dağıntı barədə hələlik məlumat verilməyib.

İranda 101 yaşlı kişi koronavirusdan sağalıb

İranda koronavirusa yoluxan 101 yaşlı kişi xüsusi xəstəxanada müalicə alaraq sağalıb və evə buraxılıb. AZƏRTAC xəbər verir ki, 20 gün əvvəl İranın Gülüstan vilayətində səhhətindən şikayət edən 101 yaşlı kişi xəstəxanaya çatdırılıb. Müayinə zamanı onda koronavirusun əlamətləri aşkar edilib və xüsusi xəstəxanaya göndərilib. Bu gün isə tam sağaldıqdan sonra 101 yaşlı kişi evinə buraxılıb.

Koronavirusdan qorunmaq istəyirsinizsə, oxuyun

Koronavirus pandemiyasının saatbassat artan şiddəti, artıq dünyanın hər yerində minlərlə insanın ölümünə səbəb olması hər kəsi vadar edir ki, preventiv ehtiyat tədbirləri görsün, özünü qorusun, virusa yoluxmasın. Tibb alimləri, dövlət qurumları ard-arda virusdan necə qorunmağı yolları haqqında xalqa maarifləndirici açıqlamalar, tövsiyələr verirlər, müxtəlif təbliğat vəsaitləri hazırlayırlar. Musavat.com o cür təbliğat vəsaitlərindən birini təqdim edir və […]

Sabah Milli Məclisin iclası keçiriləcək

Sabah – martın 30-da Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək. Musavat.com xəbər verir ki, parlamentin sabahkı iclasının gündəliyinə 16 məsələ daxil edilib. Bunlar “Tibbi sığorta haqqında”, Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Milli Məclis deputatının statusu haqqında”, “Milli […]

Ermənistanda koronavirusdan daha 2 nəfər ölüb

Ermənistanda daha 2 nəfər koronavirusdan ölüb, bununla da ölənlərin ümumi sayı 3-ə yüksəlib. APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Vahid məlumat mərkəzi Facebook səhifəsində məlumat yayıb: “Yerevanın “Nork” yoluxucu xəstəliklər xəstəxanasında koronavirusdan daha 2 nəfər ğlüb. Dünyasını dəyişənlər 55 yaşlı qadın və 73 yaşlı kişidir”. Qeyd edək ki, Ermənistanda movcud vəziyyətlə […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031