Azərbaycanda koronavirusa yoluxanların sayı 359 nəfərə çatıb

Azərbaycanda koronavirusa görə xüsusi rejimli xəstəxanalara yerləşdirilənlərin sayı açıqlanıb. Bu barədə “Report”a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Ümumilikdə, ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 359 şəxsdən 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 328 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 7 nəfərin vəziyyəti ağır, 17 nəfərinki isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.

Dərslər 15 sentyabradək təxirə salınır? – Nazirlikdən açıqlama

“Bu gün sosial şəbəkələrdə Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən dərslərin 15 sentyabradək təxirə salınması ilə bağlı yayılan xəbər yanlışdır”. Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. Onun sözlərinə görə, belə yanlış xəbərlərin yayılması cinayət tərkibi yaradır: “Rəsmi qurumların xəbərlərinə istinad edin, doğrusunu bizimlə bölüşün”.

BU DA KORONAVİRUSLA BAĞLI YARDIM PROQRAMI – Baza sənədi

Prezident İlham Əliyevin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamına əsasən, iqtisadiyyatin müxtəlif sahələrinə, o cümlədən sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlar hazırlanıb. İqtisadiyyat […]

Azərbaycanda 100 mindən çox ticarət işçisinin maaşını dövlət ödəyəcək

Azərbaycanda 304 min muzdlu işçinin əmək haqlarının dövlət tərəfindən ödənilməsi nəzərdə tutulur. Bu, Prezident İlham Əliyevin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamına əsasən hazırlanmış “Pandemiyadan […]

Aprel ayına olan hava proqnozu açıqlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti aprel ayına olan hava proqnozunu açıqlayıb. Nazirlikdən “Report”a verilən məlumata görə, aprel ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur. Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 11-13 dərəcə isti […]

Türkiyədə koronavirusa yoluxan Azərbaycan vətəndaşından xəbər var – RƏSMİ

Türkiyədə koronavirus (COVİD-19) infeksiyasına yoluxan Azərbaycan vətəndaşının səhhəti yaxşılaşıb. “Report” xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim məlumat verib. Həmin şəxsin kimliyi haqqında məlumatın açıqlanmasını etik saymayan diplomat onun artıq öz evində olduğunu söyləyib: “Rəsmi məlumata əsasən, Türkiyədə koronavirusa yoluxanlar arasında cəmi bir Azərbaycan vətəndaşı var. Ondan başqa yoxdur. Biz də həmin vətəndaşımızla dərhal əlaqə saxlamışdıq. Həm […]

Azərbaycanın Türkiyədəki səfirliyi azərbaycanlı tələbələrə çağırış etdi

Azərbaycanın Türkiyədəki səfirliyi bu ölkədə təhsil alan Azərbaycan vətəndaşı olan tələbələrə müraciət edib. “Report” xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim məlumat verib. O, yataqxana problemi ilə üzləşən tələbələri dərhal səfirliyə müraciət etməyə çağırıb. “Əgər kiminsə yataqxana ilə bağlı problemi varsa, bizə müraciət etsinlər. Biz də əlimizdən gələni edəcəyik ki, Azərbaycan vətəndaşları, Azərbaycan tələbələri çöldə […]

ABŞ-da 6,5 bal gücündə zəlzələ baş verdi

ABŞ-ın Aydaho ştatında 6,5 bal gücündə zəlzələ olub. “Report” “Ahaber”ə istinadən xəbər verir ki, məlumatı ABŞ-ın Geoloji Araşdırmalar Mərkəzi yayıb. Bildirilib ki, yeraltı təkanlar Nevada və Montana da daxil olmaqla, Aydahoya qonşu 6 ştatda hiss edilib. Zəlzələ 10 km-lik dərinlikdə baş verib və 30 saniyə çəkib. Yerli hakimiyyət itki və dağıntının olmadığını bildirib

Azərbaycanda elektrik enerjisindən güzəştli istifadə limiti 100 KVt/saat artırılır

Azərbaycanda əhali qrupu üçün elektrik enerjisindən güzəştli istifadə limiti 100 kVt/saat artırılır. Bu, Prezident İlham Əliyevin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamına əsasən hazırlanmış elektrik […]

Azərbaycanda ƏDV müvəqqəti ləğv edilir

Azərbaycanda pandemiyanın qarışının alınması ilə əlaqədar vergi ödəyicisi tərəfindən göstərilən əvəzsiz xidmətlərin göstərilməsinə görə ƏDV-nin müvəqqəti tutulmaması nəzərdə tutulur. “ Report” xəbər verir ki, Prezident İlham Əliyevin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2020
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930