Kamaləddin Qafarov: Aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnaməsinin şanlı səhifəsidir

2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Azərbaycanın qarşıdurma xəttinə yaxın yaşayış məntəqələrinin bombalanması nəticəsində aralarında 2 uşaq olmaqla 6 mülki şəxs həlak oldu, 26 şəxs ağır yaralandı. Erməni təxribatının qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin […]

Azərbaycan jurnalist təşkilatı Ermənistan jurnalistlərinə müraciət etdi

Azərbaycan Parlament Jurnalistlər Birliyi (PJB) Kəlbəcərin işğalının 27-ci ildönümündə Ermənistan jurnalistlərinə müraciət edib. Musavat.com xəbər verir ki, müraciətdə deyilir: “Jurnalistika elə bir sahədir ki, burada fəaliyyətin təməl prinsipi obyektivlikdir. Jurnalistlik bütün zamanlarda həqiqətin üzünə dik baxmaq, doğrunu yazmaq, yayınlamaq olub, bunsuz əsl jurnalist olmaq mümkün deyil. Əsl jurnalistlərin öz peşə prinsiplərinə sadiq qalmalarına söykənərək sizə […]

Avroviziya-2020 onlayn keçiriləcək

Koronavirus pandemiyası səbəbindən təxirə salınan “Avroviziya-2020″ onlayn-konsert formatında keçiriləcək. Kult.az xəbər verir ki, bu barədə məlumat müsabiqənin saytına yerləşdirilib. Bildirilir ki, mahnı müsabiqəsi “Avroviziya: Avropa bərq vurur” şüarı ilə baş tutacaq. İki saatlıq şounun aparıcıları Hollivud ulduzları Şantel Yanzen, Yan Smit, həmçinin müğənni Edsiliya Rombli olacaq. Mayın 16-da keçiriləcək şou proqramda 41 musiqi nömrəsi təqdim […]

ABŞ-la bağlı bədbin proqnoz

“Morqan Stenli” bankı ABŞ-la bağlı iqtisadi proqnozlarını pisləşdirib. Axar.az xəbər verir ki, bank 2020-ci ilin ilk rübündə ÜDM-nin azalmasının 3,4% təşkil edəcəyini bildirib. İkinci rübdə azalmanın 30%-38% arası olacağı vurğulanıb. “Biz güman edirik ki, ABŞ iqtisadiyyatı gözləniləndən daha yavaş bərpa olunacaq. Bununla belə, ölkənin illik ÜDM-i 5,5% azalacaq. Bu da 1946-cı ildən bəri iqtisadiyyatda ən […]

Koronavirus dünyaya 4,1 trilyon ziyan vuracaq

Koronavirusun dünya iqtisadiyyatına vurduğu zərərin nəticələri 4,1 trilyon dollar ola bilər. Axar.az xəbər verir ki, bu barədə məlumat Asiya İnkişaf Bankının hesabatında yer alıb. Məlumata görə, neqativ tendensiyalar fonunda qlobal ÜDM 4,8% azalacaq. Pandemiyanın Asiya ölkələrinə vurduğu zərərin 891,6 milyard dollar təşkil edəcəyi bildirilib: “Əgər pandemiya qısa müddətdə dayansa, qlobal iqtisadiyyat 2 trilyon dollar zərər […]

İcazə üçün bir saat əvvəldən müraciət edilməlidir – Video

Biz gözləyirik ki, evdən çıxmağa icazə üçün qısa müddət ərzində SMS xidmətinə kütləvi müraciətlər olacaq. Onun üçün vətəndaşlardan səbrli olmağı xahiş edirik. Cumhuriyyet.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov Azərbaycanda karantin rejimində evdən çıxma qaydalarını açıqlayarkən deyib. Onun sözlərinə görə, […]

Putin neft şirkətlərinin rəhbərləri ilə görüşə hazırlaşır

Rusiya Prezidenti Vladimir Putin bu gün ölkənin neft şirkətlərinin rəhbərləri ilə video-konfrans keçirəcək. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “Gün ərzində onun başqa vacib tədbiri də var. Bu, qlobal enerji bazarları ilə bağlı situasiyadır. Burada hakimiyyət nümayəndələri ilə bərabər neft şirkətlərinin rəhbərləri də iştirak edəcək”, – deyə […]

Borca görə su kəsilməyəcək – Rəsmi

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə görülən tədbirlər çərçivəsində borca görə heç kimin suyu kəsilə bilməz. Cumhuriyyet.az Report-a istinadən xəbər verir ki, bu barədə Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib. O xatırladıb ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıqlarına uyğun olaraq koronavirus pandemiyasının qarşısının almaq üçün Azərsu ASC zəruri tədbirlər görür: “Belə […]

Bakıda yeni biznes: 60 qəpikdən dezinfeksiya – Foto

Ölkədə koronavirus pandemiyasının yayılması yeni biznes fəaliyyətlərinin ortaya çıxmasına zəmin yaradıb. Axar.az xəbər verir ki, artıq koronavirusla bağlı “dezinfeksiya xidmətləri” fəaliyyətə başlayıb. Bu barədə elan saytlarında məlumat və telefon nömrələri yerləşdirilib. Onlayn formada fəaliyyət göstərən bu şəxslər mənzilin 1 kvadrat metrini 60 qəpiyə dezinfeksiya edirlər.

Anbarları neftlə doldurmaq lazımdır – Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko neft qiymətlərinin ucuzlaşması fonunda anbarların neft məhsullarıyla doldurulması barədə tapşırıq verib. Axar.az xəbər verir ki, bunu Aleksandr Lukaşenko jurnalistlərə açıqlamasında deyib. “Səfərbər olmaq lazımdır, bilmək lazımdır ki, nə qədər yanacağı saxlaya bilərik. Neft məhsulları alıb, anbarları doldurmaq lazımdır”, – deyə o bildirib.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2020
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930