Küçəyə çıxmaq üçün göndərilən SMS-ə belə cavab gəlir

Xəbər verdiyimiz kimi, bu gün saat 00:00-dan etibarən Azərbaycanda Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə hərəkət məhdudlaşdırılıb. Vətəndaşlar yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir. “Qafqazinfo”nun məlumatına görə, artıq bu […]

Tovuzda kişini qətlə yetirib su kanalına atdılar – Fotolar

Tovuz rayonunda arxa atılmış kişi meyiti tapılıb. Cumhuriyyet.az-ın “Report”a istinadən məlumatına görə, su arxında tapılan meyit rayon sakini, 1991-ci il təvəllüdlü Elnur Valeh oğlu Mehdiyevə məxsusdur. Onun bədənində 2 bıçaq yarası aşkarlandığından qətlə yetirilməsi müəyyənləşib. Qeyd edək ki, E.Mehdiyev əvvəllər bir neçə dəfə həbs olunub. Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə […]

Gəncədə kişi həyat yoldaşını benzinlə yandırdı – Fotolar

Gəncədə qadın yanıq xəsarətləri alıb. Cumhuriyyet.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Zərdabi küçəsindəki yaşayış evlərinin birində qeydə alınıb. 1986-cı il təvəllüdlü Abbasova Könül Vaqif qızı bədəninin 40-50 faiz yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, qadını həyat yoldaşı üstünə benzin tökməklə yandırıb. Səbəb isə […]

Bakıda kafedə yanğın olub

Bakıda kafedə yanğın hadisəsi olub.  “Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 200 m² olan kafenin çardağında plastmas konstruksiyadan ibarət tikili 8 m² sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

“İsti hava virusun yayılmasına təsir edəcək” – Məşhur virusoloq ümidini itirmir

Hazırda koronavirusun ən güclü zərbə vurduğu dünya ölkələrini düşündürən əsas suallardan biri də havanın tempraturunun yüksəlməsinin bu virusa hansı yöndə təsir edəcəyidir. “AzPolitika.info” xəbər verir ki, ABŞ və Avropa mətbuatında bu məsələyə xüsusi diqqət yetirilir və məşhur virusoloqların fikirlərinə yer verilir. Nyu-York Akademiyasının bu məslə ilə bağlı mövqeyini bildirən üzvü, virusoloq Anatoli Alşteyn deyib ki, […]

“Şəxsən tanıdığım 18 nəfər həyatını itirdi” – İspaniyadakı azərbaycanlı Vahid İmanov

Avropada koronavirus pandemiyasından ən çox ziyan çəkən ölkələrdən biri İspaniyadır. Bu günə qədər İspaniyada 118 min 984 nəfər pandemik virusa yoluxub. Onlardan 11 min 113 nəfəri dünyasını dəyişib. Yoluxma və ölüm hallarının kütləviliyi hər gün davam edir. Bəs İspaniyada infeksiyanın bu şəkildə tüğyan etməsinin səbəbi nədir? Hökumət pandemiyanı lokallaşdırmaq üçün hansı addımlar atır? Əhalinin davranışı […]

BAŞ NAZİR TƏDBİRLƏR PLANINI TƏSDİQLƏDİ – İşçilərə, sahibkarlara, işsizlərə, tələbələrə veriləcək vəsaitlər və ediləcək güzəştlər…

Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər […]

Vəliəhd şahzadə Putinin sözlərindən incidi, danışıqlar təxirə düşdü

Neft hasil edən ölkələrin OPEC+ formatında aprelin 6-na nəzərdə tutulan və videokonfrans yolu ilə keçirilməsi nəzərdə tutulan danışıqlarının təxirə salınmasınıb səbəbi məlum olub. Virtualaz.org xəbər verir ki, buna səbəb Ər-Riyadla Moskva arasında neft hasilatına dair ziddiyətlərin hələ də dərin olması və nəhayət Rusiya prezidenti Vladimir Putinin bəyanatıdır. Xatırladaq ki, bu danışıqlar haqda ilk dəfə ABŞ prezidenti […]

Koronavirusu ilk dəfə aşkarlayan həkim hər şeyi açıqladı və yoxa çıxdı

Martın əvvəlində Çinin “Jenyu” nəşri yeni koronavirus infeksiyasının (COVİD-19) yayılmağa başladığı Vuhandakı Mərkəzi Xəstəxananın qəbul şöbəsinin rəhbəri Ay Fenin məqaləsini dərc edib. Həkim məqalədə klinika rəhbərliyini bu xəstəlik və onun nəyə gətirib çıxaracağı ilə bağlı məlumatları ört-basdır etməkdə ittiham edib. Virtualaz.org xəbər verir ki, lakin tezliklə məqalə internetdən çıxarılıb və Ay Fenin özünün saxlanılması barədə şayiələr […]

“Azərbaycanda pandemiyanın pik nöqtəsi…” – Ekspertdən proqnoz

“Hələlik pandemiya təhlükəsi davam etməkdədir. O cümlədən, ölkəmizdə sözügedən virusa yoluxanların sutka ərzində artım tendensiyası davam edir. Sağalanlar da var, bu, alqışlanmalıdır. Lakin sağalanların sayı ilə müqayisədə yoluxanların sayı sürətlə artmaqdadır. Hesab edirəm ki, pandemiyanın istər Azərbaycan, istərsə də dünyada pik nöqtəyə çatma vaxtı var. Həmin vaxta qədər bu təhlükə haqqında məlumatlar eşitməkdə davam edəcəyik”. […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2020
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930