Naxçıvanın yeni Baş Naziri məlum oldu

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Səbuhi Məmmədovun Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarını imzalayıb. “Ölkə.Az” xəbər verir ki, qərarda deyilir: “Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 37-ci maddəsini və 25-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır: Səbuhi […]

Civə satan şəxs saxlanıldı – Foto

Mingəçevirdə keçirilən əməliyyat tədbiri nəticəsində şəhər ərazisində civə satışı ilə məşğul olan şəxs saxlanılıb. “Qafqazinfo”nun DİN-ə istinadən məlumatına görə, Yevlax rayon sakini, 60 yaşlı Nizami Sadıqov şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı ondan 2 ədəd şüşə ampulada zəhərli maddə hesab edilən civə aşkar edilərək götürülüb. Saxlanılan şəxs əməlini etiraf edərək civəni […]

Millimiz karantin qaydalarını belə pozdu – Video

Azərbaycan taekvondo milli komandası karantin qaydalarını pozub. “Qafqazinfo”nun məlumatına görə, idmançılarımız komanda şəklində məşqlərə start veriblər. Yığmamız qaydalara zidd olaraq, Abşeron rayonundakı idman zallarının birində çalışmalara başlayıb. İdmançılarımızdan bəziləri məşqlərdən hətta video paylaşsalar da, sonradan onları siliblər. Ayxan Tağızadənin isə məşqdən çəkilən videosu hələ də qalır. O, videonu “training, 2020” (Məşq, 2020) başlığı ilə paylaşıb. […]

Məşhur şirkət iflas etdi

Dünyanın ən böyük avtomobil icarəsi şirkətlərindən biri olan “Hertz” koronavirus pandemiyası ilə əlaqəli böhran səbəbiylə iflas etdiyini elan edib. “Qafqazinfo”nun “RİA Novosti “yə istinadən xəbərinə görə, şirkətin açıqlamasında deyilir ki, Hertz Global Holdings və onun ABŞ və Kanadadakı bir sıra törəmə şirkətləri iflasa uğrayıb. Açıqlamada pandemiyanın gəlirlərin kəskin azalmasına və sifarişlərin azalmasına səbəb olduğu izah […]

Bayram namazı ilə bağlı açıqlama

Ramazan bayramı Şəvval ayının 1-i – Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 24-nə təsadüf edəcək. “Qafqazinfo”nun məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Trend-ə bildirilib ki, bu il ölkəmizdə karantin rejiminin müddətinə dair Azərbaycan hökumətinin verdiyi qərara əsasən bayram namazı məscidlərdə qılınmayacaq: “Ramazan ayına dair QMİ Qazılar Şurasının fətvasında fitrə zəkatına dair tövsiyələr əksini […]

Braziliya koronavirusa yoluxma sayına görə Rusiyanı ötdü

Braziliya dünyada koronavirus infeksiyasına yoluxan ölkələrin siyahısında ikinci yerdə qərarlaşıb. “Qafqazinfo” xəbər verir ki, beləliklə, bu göstəriciyə görə ölkə günlərdir ikinci yerdə olan Rusiyanı qabaqlayıb. Bunu Braziliya Səhiyyə Nazirliyinin saytında dərc olunan məlumatlar sübut edir. Braziliyada təsdiqlənmiş koronavirus infeksiyasına yoluxma hallarının sayı 332 mindən çox təşkil edir. Son məlumatlara görə, ümumilikdə Rusiyada 326 mindən çox yoluxma […]

Neft 35 dollardan satılır

Dünya birjalarından neftin qiyməti ucuzlaşmaqda davam edir. “Qafqazinfo” xəbər verir ki, İCE London birjasında “Brent” markalı neftin qiyməti 2,36 % azalaraq bir barrelə görə 35,21 dollardan satılır. WTI markalı neft isə 1,50 % ucuzlaşaraq barreli 33,41 dollardan təklif olunur.

Bu yerlərdə də maska taxmaq MƏCBURİ OLACAQ – RƏSMİ

COVİD-19 yeni növ koronavirus infeksiyası ilə bağlı ölkədə tətbiq edilmiş karantin rejimi yumşaldıldıqdan sonra paytaxtdakı mənzərə heç də ürəkaçan deyil. Bəzi karantin qaydalarının ləğvi vətəndaşların məsuliyyətsizliyini yenidən üzə çıxarıb. Bu da Operativ Qərargahın yoluxma ilə bağlı açıqladığı statistikada öz əksini açıq şəkildə büruzə verir. Yoluxanların sayının 3 rəqəmli statistikadan aşağı düşməməsini vətəndaşların sosial məsafə saxlamamaq və […]

Villasının həyəti görsənməsin deyə… – Tərtərin icra başçısı haqda iddia + VİDEO

Tərtər rayonunun icra başçısı Müstəqim Məmmədov 96 saylı Tərtər Peşə Liseyinin pəncərələrini hördürüb. “Yenisabah.az” xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Məlumatda deyilir ki, liseyin binası icra başçısının evinin yaxınlığında yerləşir. “Müstəqim Məmmədov pəncərələri hördürüb ki, evi görsənməsin”, – deyə, məlumatda qeyd olunub. Bildirilir ki, liseydə hazırda Kəlbəcərdən olan məcburi köçkünlər məskunlaşıb. Xəbərdə o da […]

Azərbaycan və Türkmənistan Xəzərin dibi ilə kabel xəttinin çəkilməsi şərtlərini müzakirə edib

Azərbaycanın rabitə operatoru “AzerTelecom” MMC və Türkmənistanın Dövlət Telekommunikasiya Şirkəti “Turkmentelecom”un nümayəndələri arasında onlayn görüş baş tutub. “Report” Türkmənistanın Dövlət İnformasiya Agentliyinə istinadən xəbər verir ki, onlayn iclasın əsas mövzusu Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili haqqında layihənin həyata keçirilməsi olub. Qeyd olunub […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler