Buraxılış imtahanları başa çatıb

Azərbaycanda şəhər və rayonların imtahan qrafikinə uyğun olaraq ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları başlayıb. “Report” xəbər verir ki, imtahanlar ölkənin 39 şəhər və rayonunda ümumilikdə 197 imtahan binası, 3 284 imtahan zalında keçirilir. İmtahanların idarə olunmasına 197 ümumi imtahan rəhbəri, 538 imtahan rəhbəri, 4 266 nəzarətçi–müəllim, […]

Gömrük hospitalı koronavirus səbəbi ilə bağlandı – RƏSMİ AÇIQLAMA

Azərbaycanda koronavirus infeksiyasına yoluxanların sayı hər gün artmaqdadır. Qazet.az xəbər verir ki, bu günə qədər 8 191 nəfərdə koronavirus aşkarlanıb. Hazırda isə 3 487 aktiv xəstə müalicəsini xüsusi rejimli xəstəxanalarda davam etdirir. Xəstə sayının çoxalması isə xəstəxanalara təlabatı artırır. Gömrük Hospitalından Qazet.az-a verilən məlumata görə, hospital sabahdan etibarən fəaliyyətini dayandıracaq. “Sabahdan etibarən hospital fəaliyyətini dayandırır. […]

Azərbaycanda DƏHŞƏT: Kişi qadını traktora bağlayıb yandırdı – VİDEO (18+)

Kürdəmirdə qadın yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirlib. Qadının qaz sızması zamanı yaranan partlayışda yandığı bildirilib. Lakin qadın özünə gələndən sonra keçmiş əri tərəfindən yandırıldığını deyib. Şura adlı qadın bildirib ki, dünən keçmiş həyat yoldaşı gəlib yalvararaq onunla barışmasını istəyib. Əri ilə razılaşan qadın hadisəni törətməkdə şübhəli bilinən şəxslə evlərinə gedən zaman yarı yolda, keçmiş əri […]

Azərbaycan 1 milyon avroluq dələduzluqda təqsirləndirilən türk iş adamını axtarışa verib

Azərbaycan hüquq-mühafizə orqanları türkiyəli iş adamı barəsində axtarış elan edib. APA-nın məlumatına görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, Ali Osman Kutanoğlu Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirli bilinir. APA-nın Türkiyə mətbuatından əldə etdiyi məlumata görə, Ali Osman Kutanoğlu azərbaycanlı […]

“Ağ Göl” Milli Parkı ilə bağlı nazirdən təqdirəlayiq addım

Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babeyevin yarıtmaz kadrlara qarşı sərt münasibəti bir daha öz təsdiqini tapıb. Bu dəfə nazir “Ağ Göl” Milli Parkı ilə bağlı qərar verib. Xatırladaq ki, cumhuriyyet.az olaraq “Ağ Göl” Milli Parkında baş vermiş qanun pozuntuları barədə məlumatlar dərc etmişdik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 03.09.2019-cu il 806/K nömrəli əmri ilə […]

Prezident koronavirusdan necə qorunur? – TƏHLİL

Azərbaycanda koronavirusa qarşı mübarizədə dövlətin atdığı addımlar yoluxma hallarının istər region, istərsə dünyanın müxtəlif ölkələri ilə müqayisədə aşağı səviyyədə olması ilə nəticələnib. Lakin əsas məsuliyyət yenə də vətəndaşların üzərinə düşür. Tibbi maskadan istifadə, sosial məsafənin saxlanılması, şəxsi gigiyena qaydalarına əməl etmək. Özümüzü yalnız bu halda təhlükədən sığortalaya bilərik. Prezident İlham Əliyev iyunun 9-da üç modul […]

Tibbi maska və sosial məsafə koronavirusdan necə qoruyur? – Beynəlxalq ARAŞDIRMA

Həftə sonu sərt karantin rejiminin tətbiqindən sonra həyat yenidən normala döndü. Hərçənd, ölkədə koronavirusa yoluxma statistikasının artan templə davam etməsi fonunda vətəndaşların həyati üçün risk olduqca yüksəkdir. Hər gün küçədə, ictimai nqəliyyatda, metroda, yaxud iş yerində yüzlərlə insanla qarşılaşdığımızı nəzərə alsaq, “təhlükə bizi qarabaqara izləyir” deyə bilərik. Bizi izləyən virusdan necə qorunmaq olar? Bu sualın […]

Neft bazarında yeni çalxalanma

ABŞ, Liviya və Səudiyyə Ərəbistanı hasilatı artırır Dünya neft bazarında ötən həftə başlayan pozitiv proseslər dünəndən səngiməyə doğru istiqamətlənib. Ötən həftənin sonu, bu həftənin ilk günü bazarda qiymətlər OPEK+ OPEK+ çərçivəsində gündəlik hasilatın 9,7 milyon barel azaldılması kvotasının saxlanması barədə qərar gözləntisi ilə xeyli yüksəlmişdi. Brent markalı neft hətta 43 dollara qədər bahalaşdı. Lakin maraqlıdır […]

Bu şəxslər koronavirus yoluxdurmur – ÜST-dən ŞOK AÇIQLAMALAR

“Pandemiyanın başlamasından 6 ay keçib. Avropada vəziyyət yaxşılaşsa da, pandemiya dünyada daha pis duruma gəlib”. Bu sözləri BMT yanında Ümumdünya Səhiyyə Təşkilatının Baş katibi Tedros Adanom Qebreyesus deyib. Pandemiya müddətində ən pis günün 8 iyun olduğunu bildirən baş katib sadəcə həmin gün 136 min yeni yoluxma faktının qeydə alındığını bildirib: “Hazırda ölkələrin karantin rejimini ləğv […]

Türkiyədən şok qərar: Karantin bitir…

Türkiyədə koronavirusla mübarizədə tətbiq olunan karantin rejimindən çıxmaq üçün hökumətin aldığı qərarlar açıqlanıb. Axar.az xəbər verir ki, bu barədə danışan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 18 yaşdan aşağı həddə olanlar üçün məhdudiyyətlərin tam olaraq aradan qaldırıldığını vurğulayıb. Məlumata əsasən, 65 yaş və ondan yuxarı həddə olan vətəndaşlar bundan sonra saat 10.00-dan 20.00-dək evdən çıxa bilərlər. […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2020
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930