AZƏRBAYCANA İKİ QONŞUSUNDAN SU ZƏRBƏSİ:Kür və Samur çaylarının suyu olmasa…

Türkiyə Kürün suyunu tərsinə axıtmağa, Rusiya Samurdan bizə verilən payı kəsməyə hazırlaşır Azərbaycanda su problemi getdikcə dərinləşir. Hazırda bütün diqqətlər Kür çayında suyun kəskin azalması, bunun nəticəsində çayın sahilboyu ərazilərində suvarma probleminin yaşanması, xüsusilə də Xəzər dənizinin şor suyunun çayla geriyə axınının baş verməsinə yönəlib. Şor suyun artıq Neftçalanı da keçərək, Salyan rayonuna çatdığına dair məlumatlar […]

Ziya Məmmədovun qardaşı oğlu sürücülük hüququndan məhrum edilir

Sabiq deputat Elton Məmmədovun oğlu Aynar Məmmədov sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb edilib. “Report”un əldə etdiyi məlumata görə, Dövlət Yol Polisininin protokoluna əsasən, onun sürücülük hüququndan məhrum edilməsi ilə bağlı işə Səbail Rayon Məhkəməsində baxılır. Qeyd edək ki, Aynar Məmmədova İnzibati Xətalar Məcəlləsinin 333.1-ci (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs […]

“Cinayətlərin orta hesabla 87 faizinin açılması təmin olunub” – Vilayət Eyvazov

“Azərbaycan cinayətkarlığa qarşı mübarizədə, asayişin və əmin-amanlığın qorunması sahəsində öncül dövlətlər sırasında yer alır. Respublikamız bu gün dünyanın təhlükəsiz ölkələrindən biri, sabitlik adası kimi tanınır. Vətəndaşlarımızın dinc həyatı etibarlı qorunur, özlərini güvənli hiss edirlər. Hesab edirəm ki, bu fakt son 17 ildə Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində əldə olunan ən mühüm uğurlardandır. Son […]

DÜNYADA ƏMƏK BAZARINI NƏ GÖZLƏYİR? – Beynəlxalq Əmək Təşkilatı 3 ssenari açıqladı

Beynəlxalq Əmək Təşkilatı (BƏT) COVID-19 pandemiyasının dünyada əmək bazarına təsirini təhlil edib. Qurum bu ilin ikinci yarısı üçün 3 ssenari təklif edir. Bu ilin birinci yarısında dünya üzrə itirilən iş saatlarının sayı əvvəlki proqnozdan əhəmiyyətli dərəcədə pis olub, ilin ikinci yarısında bərpa sarıdan əminlik də böyük deyil. BƏT ən yaxşı ssenari halında iş yerlərinin irimiqyaslı itkisinin davam […]

Şamaxı icra başçısına yeni müavin təyin olundu

Şamaxı rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub. “Report” xəbər verir ki, Hikmət Şikarov Şamaxı rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib. O, bu təyinata qədər Yeni Azərbaycan Partiyasının Pirallahı rayon təşkilatının sədri olub.

Lerikdə avtomobil dağdan aşıb – 3 nəfər ölüb

Lerik rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub. “Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Bürsülüm kəndinə gedən dağ yolunda qeydə alınıb. Belə ki, “UAZ” markalı avtomobil yoldan çıxaraq 50-60 metr yüksəklikdən dərəyə aşıb. İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, bir nəfər isə ağır xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda faktla […]

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 6,5 milyard dollara yaxınlaşıb

Bu il iyulun 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 6 436,3 milyon ABŞ dolları təşkil edib. “Report” quruma istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 21,9 milyon dollar və yaxud 0,3% çoxdur. AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 178,3 milyon dollar və yaxud 28,5%, son 1 ildə isə 496,9 milyon dollar və yaxud […]

Koronavirusla əlaqədar həkimlərə onlayn təlimlər keçirilir

Səhiyyə Nazirliyinin xüsusi göstərişi ilə ölkədə infeksiyanın yayılması ilə bağlı hazırkı vəziyyəti nəzərə alaraq Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) COVİD-19 infeksiyası ilə mübarizə mövzusunda həkim və orta tibb işçiləri üçün xüsusi onlayn təlimlər həyata keçirilir. Bu barədə nazirlikdən məlumat verilib. Təlimlərin məqsədi koronavirusla mübarizə aparan və ən çox təhlükə altında olan həkim […]

BMT-də tarixi qərar qəbul edildi: Dünyada 90 gün müddətində…

BMT-nin Təhlükəsizlik Şurasının bu gün keçirilən iclasında dünyada atəşkəsin elan ediməsi ilə bağlı qərar qəbul edilib. Publika.az xəbər verir ki, Fransa və Tunisin birgə hazırladığı layihə yekdilliklə qəbul edilib. Bildirilib ki, qarşıdakı 90 gün ərzindədünyadakı bütün münaqişə və toqquşmalar dayandırılmalı, bütün qüvvələr Covid-19 pandemiyasına qarşı birləşdirilməli, humanitar yardımlaşmalar sürətləndirilməlidir.

“Putin düzəlişləri” üçün səsvermə bitdi – ilkin şok nəticə…

Rusiyanın dağınıq müxalifəti karantin səbəbindən referendum düzəlişlərinə qarşı nə əvvəl, nə indi heç bir təşkilatlanmış müqavimət ortaya qoya bilmədi Rusiyada konstitusiya dəyişikliyi ilə bağlı bir həftə davam edən səsvermə bu axşam-iyulun 1-də  yekunlaşdı. Bu, formatda seçki keçirilməsi müasir Rusiya tarixində bir ilk idi. Pandemiya səbəbindən ilk 6 gün online səsvermə keçirildi, yalnız iyulun 1-də   vətəndaşlar […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2020
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031