Hərbi Prokurorluqda yeni təyinatlar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tövsiyələrinin icrası ilə bağlı məhkəmə-hüquq sistemində, o cümlədən Baş Prokurorluqda aparılan islahatlar Hərbi prokurorluğu da əhatə etmişdir. Belə ki, işin çevikliyinin və səmərəliliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkar kadrların formalaşdırılması, habelə Baş Prokurorluğun strukturuna uyğunlaşdırılmasını təmin etmək məqsədilə Baş prokuror tərəfindən Hərbi Prokurorluğun yeni strukturu […]

Azərbaycanda havanın temperaturu 5-8 dərəcə aşağı enəcək – XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 9-u günün ikinci yarısından 11-i axşamadək şimal-qərb küləyinin 15-18, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu tədricən 6-8 dərəcə aşağı enəcək. İyulun 9-u axşamdan 12-si gündüzədək Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı […]

“e-Tabib”lə yoluxmanın qarşısını al!

Tətbiqdən istifadə edən Bakcell abunəçilərinə hədiyyə Bakcell şirkəti “Covid-19”la mübarizə tədbirləri çərçivısində ölkəmizdə həyata keçirilən daha bir təşəbbüsə qoşulub. Belə ki, Bakcell abunəçiləri “e-Tabib” mobil tətbiqinin əsas funksionallığından pulsuz istifadə edə bilərlər. Bununla yanaşı, applikasiyada qeydiyyatdan keçən abunəçilərə 100 MB həcmində internet trafiki hədiyyə olunur. “e-Tabib” yoluxmanın qarşısını almağa kömək edir. Belə ki, “bluetooth” funksiyası […]

Prezident: “Azərbaycan pandemiya ilə mübarizə məqsədilə 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı ayırıb”

Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizə məqsədilə  Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə, 30-dan çox ölkəyə isə humanitar və maliyyə yardımı ayırıb. APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Baş katibi Antonio Quterreşlə telefon danışığında deyib. Telefon danışığı əsnasında Prezident İlham Əliyev bildirib ki, Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizədə Baş katibin […]

Gürcüstan 5 ölkə ilə sərhədlərini açır

Avropa İttifaqına üzv 5 ölkə Gürcüstanla sərhədlərini açır. APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin müşaviri İrakli Çikovani bildirib. O deyib ki, bu ölkələr Almaniya, Fransa, Latviya, Litva və Estoniyadır. Baş nazirin müavini qeyd edib ki, sərhədlərini açacaq ölkələrlə danışıqlar artıq yekunlaşmaq üzrədir: “Gürcüstan iqtisadi fəallığı təşviq etmək məqsədi ilə bütün […]

Serbiyada baş verən toqquşmalarda 43 polis yaralanıb

Serbiyanın paytaxtı Belqrad şəhərində axşam baş verən toqquşmalarda ən azı 43 polis əməkdaşı xəsarət alıb. APA-nın РТС telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə paytaxt polisinin direktoru Vladimir Rebiç bildirib. Onun sözlərinə görə, yeni növ koronavirus (COVID-19) infeksiyasına təkrar yoluxma hallarının artmasından sonra komendant saatının tətbiqinə etiraz olaraq baş verən toqquşmalarda 17 nümayişçi yaralanıb. “Polis […]

Bakıda bazarda gizli fəaliyyət göstərən obyektdə 8 qadın saxlanılıb – FOTO

Bakıda xüsusi karantin rejimini pozan kafe aşkarlanıb. Cumhuriyyet.az APA-ya istinadla xəbər verir ki, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən bazarın içində epidemiya əleyhinə rejim qaydalarını pozan kafedə 8-i qadın olmaqla 9 nəfər aşkar edilərək saxlanılıb. Saxlanılanlardan 3 nəfər barəsində toplanan materiallar baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib. 6 nəfər barəsində isə inzibati protokol tərtib edilib və […]

“Prezident sağ olsun, bu istidə əziyyətimizi çəkdilər” – yeni yol çəkilən Əyyubludan – Reportaj/Video

…Bu kəndin yolları bərbad, dağınıq vəziyyətdə idi. Sakinlər yay-qış zülm çəkirdilər, yaşlılar və məktəblilər min bir əziyyətə qatlaşırdılar. Kənd əhli ümidini üzmüşdü ki, onlar heç zaman hamar, asfalt yol görməyəcəklər. Söhbət Tovuzun Əyyublu kəndindən gedir. Əyyublunun küçələri çala-çuxur, keçilməz idi. Amma o günlər geridə qaldı. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən 17 km olan […]

Azərbaycanda karantin rejimi 60 günədək uzadılacaq? – RƏSMİ

“Azərbaycanda iyunun 21-də karantin rejimi sərtləşdirildi və həmin dövrdən bir-iki həftə ərzində biz stabilləşməni müşahidə etməyə başladıq”. Bunu BAKU.WS-ə açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib. O əlavə edib ki, ölkədə ciddi artım olmadı, yoluxma sayı 600-dən o tərəfə keçmədi: “Sərtləşdirilmə qəbul edilməsəydi, o zaman biz hazırda bəlkə də 1000-1500 […]

Bəhram Bağırzadənin son vəziyyəti ilə bağlı AÇIQLAMA

Əməkdar artist Bəhram Bağırzadənin ümumi vəziyyətində son günlər müşahidə edilən müsbət dinamika saxlanılır. Bunu Redaktor.az-a açıqlamasında Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev bildirib. Həkimin sözlərinə görə, B.Bağırzadənin huşu aydın, fəaldır, əzələ zəifliyi qeyd edilsə də, artıq aktiv hərəkətlərə cəhd edir: “İkincili bakterial ağırlaşmalar və mədə-bağırsaq sistemində müşahidə edilən durğunluğa qarşı müvafiq […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2020
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031