Qarabağda koronavirusa yoluxan ermənilərin sayı artdı

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində koronavirusa 4 yeni yoluxma halı qeydə alınıb. Virtualaz.org Ermənistan KİV-lərinə istinadən bildirir ki, yeni yoluxmalar Xankəndi və Ağdarədə aşkarlanıb. İşğal altında olan ərazilərimizdə koronavirusa yoluxanların ümumi sayı 146 nəfərə çatıb. Hazırda 54 nəfər təcrid olunub, indiyədək 2522 test aparılıb, ölüm halının olmadığı bildirilir.

“Amerika ilə danışıqlar tamamilə lazımsızdır” – Kim Çen Inın bacısı

Şimali Koreya lideri Kim Çen Inın kiçik bacısı və Koreya Əmək Partiyasının Mərkəzi Komitəsinin müavini Kim Yo Çjon ilin sonuna kimi ABŞ ilə hər hansı görüş keçirilməyəcəyini bəyan edib. Avropa.info xəbər verir ki, onun sözlərinə görə, 2020-ci ilin sonunadək iki ölkə başçısı arasında görüş olmayacaq. “Kim deyirsə ki, sammit mütləq lazımdır, böyük ehtimalla o, Amerika […]

Daha 93 müəssisədə qayda pozuntusu aşkarlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 49 ictimai iaşə obyekti, 115 ərzaq satışı mağazası olmaqla ümumilikdə 164 müəssisədə reyd keçirib. AQTA-dan verilən məlumata görə, sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib. Reyd keçirilən obyektlərdən 93-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq […]

“Koronavirusun təsir gücü dəyişməyib” – Dünya Səhiyyə Təşkilatı

“COVID-19 virusunun təsir gücü dəyişməyib və əvvəlki kimi təhlükəlidir”. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatının Rusiyadakı nümayəndəsi Melita Vuynoviç bildirib. “Bəziləri virusun zəiflədiyini iddia edir, amma səhv fikirdir. Virus dəyişməyib, təsir gücü də, yaratdığı təhlükə də əvvəlki kimidir”, – o deyib. Onun sözlərinə görə, virusun genetik cəhətdən müxtəlif olması […]

Biləsuvar sakini qızını evdə zəncirlə bağlayıb

İyulun 9-da saat 21 radələrində Biləsuvar rayonu, Zəhmətabad kənd sakini Adil Həbiyevin yaşadıqları evdə qızını zəncirlə bağlı vəziyyətdə saxlaması, habelə onu döyüb işgəncə verməsi barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən dərhal Adil Həbiyevin yaşadığı evə baxış keçirilərkən bədəni üzərində müxtəlif xəsarətlər olan Bağdagül Həbiyeva evin yataq otağında zəncirlə bağlı vəziyyətdə aşkar […]

İlin sonunadək “Bir pəncərə” vasitəsi ilə bütün növ obyektlərin tikintisinə icazə alına bilinəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tikintiyə və istismara icazə prosedurlarını asanlaşdıran “Bir pəncərə” elektron müraciət sisteminin yeni imkanları ilə bağlı növbəti maarifləndirici seminar onlayn təşkil edilib, sahibkarları şəhərsalma proseslərinə dair maraqlandıran sual və təkliflər ətraflı müzakirə olunub. Bu barədə Komitəyə istinadən xəbər verir. Məlumata görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya […]

Bakının bu rayonuna yeni prokuror TƏYİN olundu

Prokurorluq orqanlarında yeni kadr dəyişikliyi olub. Redaktor.az-ın əldə etdiyi məlumata görə, Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlə Vüqar Hüseynov Bakı şəhəri Suraxanı rayon prokurorunun müavini vəzifəsinə təyin edilib. Faktı Baş Prokurorluğun Mətbuat Xidmətindən təsdiq ediblər.

Dənizə getsəniz, koronavirusa yoluxa bilərsiniz – SƏBƏB AÇIQLANDI

“Düzdür, dənizə girmək və üzməklə insana virus keçmir. Amma sahildə insanların oturduqları və uzandıqları yerlərin məsafələrini təmin etsək belə, dənizdə insanlar yaxın üzəcək və çiməcəklər. Bu baxımdan onları koordinasiya etmək və nəzarət etmək çox çətindir”. Bunu BAKU.WS-ə açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib. O əlavə edib ki, hazırda […]

İstanbulda İŞİD əməliyyatı: Azərbaycan vətəndaşı Elbrus da tutuldu

İstanbul polisinin terrorla mübarizə şöbəsinin əməliyyatçıları İŞİD terror qruplaşmasına qarşı əməliyyat keçirib və 10 nəfəri həbs edib. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, onların arasında bir Azərbaycan vətəndaşı da var. Xəbərə əsasən polis İŞİD-in İstanbulda xarici döyüşçülərdən ibarət özəyinin fəaliyyət göstərdiyi barədə əməliyyat məlumatları əldə edib. Məlum olub ki, özəyin üzvləri sosial şəbəkələrdə İŞİD-in təbliğatına […]

Neftin qiymətinin 150 dollara qalxacağı gözlənilir ANALİTİKLƏRİN HESABLAMALARI

Neftin qiymətinin 2025-ci ilə qədər hər barrel üçün 150 dollara qalxa bilər. Virtualaz.org “The Wall Street Journal” qəzetinə istinadən xəbər verir ki, bu barədə analitiklərin proqnozunda deyilir. “Northern Trace Capital” şirkətinin investisiya direktoru Trevor Vuds hesab edir ki, gələcəkdə neft hasilatına investisiyaların azalması gözlənilir. Bu maliyyə təzyiqlərinə görə neftin qiymətinin 2025-ci ildə 150 dollara qalxması […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2020
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031