“Azərbaycan Ordusu bu təxribata daha ağır zərbə ilə cavab verməlidir”

Qüdrət Həsənquliyev: “Ümid edirəm Azərbaycan hökuməti torpaqlarımızı işğaldan azad etmək üçün ciddi qərarlar qəbul etməyin vaxtının çatdığının fərqindədir” Öncə şəhidlərimizin ailə üzvlərinə və xalqımıza dərin hüznlə başsağlığı verir, yaralıların sağlması üçün Allaha dua edirəm. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev partiyanın mətbuat […]

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı yeni məlumat yayıb

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı pulemyotlardan, qumbaraatanlardan, snayper tüfənglərindən, 60, 82 və 120 millimetrlik minaatanlardan və digər artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 70 dəfə pozub. Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam […]

Kubalı həkimlər koronavirusla mübarizə üçün Bakıya yola düşüb

COVİD-19 virusu ilə mübarizə aparmaq üçün 115 kubalı tibb mütəxəssisi Azərbaycana göndərilib. Trend-in məlumatına görə, bu barədə Kubanın Xarici İşlər naziri Bruno Rodriges deyib. Nazir bildirib: “Bu gün bizim 115 mütəxəssisimiz COVID-19 ilə mübarizəyə kömək etmək üçün Azərbaycana göndərilir. Briqada pandemiyaya qarşı mübarizədə Kubanın təcrübəsini bölüşəcək”. B.Rodrigesin sözlərinə görə, ümumilikdə, bu gün Kubanın tibb mütəxəssisləri […]

Koronavirusa yoluxanların sayı 13 milyonu keçdi

Dünyada koronavirus infeksiyasına yoluxanların və ölənlərin sayı artmaqda davam edir. Virtualaz.org bildirir ki, pandemiyanın statistikasını aparan “Worldometers” saytının yaydığı son məlumatda belə deyilir. Bildirilir ki, virusa yoluxma sayı 13 milyon 41 min 719, pandemiya qurbanlarının sayı isə 571 min 674 nəfərə çatıb. İndiyədək 7 milyon 588 min 125 xəstə sağalıb. Xatırladaq ki, COVID-19 virusu ötən ilin […]

Hərbi xidmətdən qayıdan oğluna yığıncaq keçirən atalar cərimələndi

Ölkədə elan edilmiş karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Növdün kənd sakini Bəhruz Nəğdəliyev oğlunun hərbi xidmətdən qayıtması münasibəti ilə həyətində məclis təşkil etdiyi müəyyən edilib. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən məclis dərhal dayandırılıb. Məclisin […]

Özbəkistanda karantin rejimi ilə əlaqədar yeni qadağalar tətbiq olunub

İyulun 13-dən Özbəkistanda karantin rejimi ilə əlaqədar yeni qadağalar tətbiq olunub. AZƏRTAC Özbəkistanın Koronavirusla Mübarizə üzrə Xüsusi Respublika Komissiyasına istinadla xəbər verir ki, bu gündən avqustun 1-dək ölkədaxili hava və dəmir yolu nəqliyyatının hərəkəti yenidən dayandırılıb. Ölkədə bərbərxanalar və gözəllik salonları da həmin tarixədək işləməyəcək. Xatırladırıq ki, ölkədə virusa yoluxma halı və ölənlərin sayının artması […]

Vilayət Eyvazovdan generalın yerinə yeni təyinat

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub. “Report” xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Daxili İşlər Nazirliyi (DİN) Baş Təşkilat-İnspeksiya İdarəsinin rəis müavini, polis polkovniki Elman Qasımov vəzifəsindən azad olunaraq DİN-in Daxili Təhqiqatlar İdarəsinin rəisi təyin edilib. Qeyd edək ki, ötən həftə Daxili İşlər naziri V.Eyvazovun müvafiq […]

Ağdam kəndi şəhidini dəfn edir

Dünən düşmən təxribatı nəticəsində şəhid olan baş əsgərimiz Məmmədov Elşad Dönməz oğlunun dəfn mərasimi başlayıb. “Yeni Müsavat” qəzetinin hazırda Tovuz rayonun Ağdam kəndində olan reportyor qrupu xəbər verir ki, mərhumun evinə xeyli sayda kənd sakinləri toplaşıb. Şəhidimizin nəşi Şəhidlər Xiyabanına gətirilir.  

Rusiyalı politoloq: “ATƏT-in Minsk Qrupu dərhal buraxılmalıdır”

“ATƏT-in Minsk Qrupu dərhal  buraxılmalıdır. Onların heç bir faydası yoxdur”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın tanınmış siyasi eksperti Qriqori Trofimçuk Azərbaycan-Ermənistan sərhədində baş verən son gərginliyi şərh edərkən bildirib . “Ermənistan və Azərbaycan ordularının qarşılıqlı zərbələri və yeni qurbanlar  barədə İrəvan ənənəvi olaraq Bakının aqressiyada günahlandırır, Bakı İrəvanı ittiham edir. Əgər əlimdə […]

Gürcüstandan daha 200 Azərbaycan vətəndaşı təxliyə edilir

Gürcüstandan daha 200 Azərbaycan vətəndaşı təxliyə edilir. APA-nın yeri bürosu xəbər verir ki, təxliyə edilən şəxslər hazırda Tbilisidə Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısına toplanır. Onlar saat 10:00-da  buradan xüsusi avtobuslarla Sınıq Körpü sərhəd-keçid məntəqəsinə yola salınacaq. Qeyd edək ki, təxliyyə ediləcək vətəndaşlar iyulun 11-də Tbilisidəki klinikalardan birində “PCR” testlərindən keçirilib və onların heç birində COVİD-19 […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2020
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031