Ermənistan qazsız qaldı

Ermənistan-Azərbaycan sərhədindəki Tavuş istiqamətində gedən döyüşlər nəticəsində ermənilərin sərhəd kəndlərinin qaz kəmərləri şəbəkəsi sıradan çıxıb. Avropa.info xəbər verir ki, Ermənistan KİV-ləri “Qazprom Ermənistan”a istinadən sərhəddə yerləşən Aygepar, Nerkin Karmiraxpyur və Çinari kəndlərində qaz təchizatı qismən dayandırıldığını yazırlar. Şirkət qaz boru kəmərlərinin təmiri və qaz təchizatının bərpasının vəziyyətin sabitləşməsindən sonra mümkün olacağını qeyd edir.

OPEC bu il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu dəyişməyib

Gələn il Azərbaycanda ortalama gündəlik neft və digər maye karbohidrogenlər hasilatı 0,72 mln. barel səviyyəsində olacaq. “APA-Economics”in Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2020-ci ildə ölkədə gündəlik ortalama neft hasilatı 0,72 mln. barel olacaq (iyun ayında verilən proqnoza uyğundur). Məlumata görə, bu ilin may ayında Azərbaycanda gündəlik neft hasilatı […]

İsraildə yaşayan yəhudi həmvətənlərimizdən ölkəmizə dəstək: “Yaşasın Azərbaycan ordusu”

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına görə, hərbi insident Ermənistan silahlı qüvvələri bölmələrinin hərbi əməliyyatları nəticəsində baş verib. Onlar Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Azərbaycan ordusunun mövqelərini ələ keçirmək məqsədilə artilleriyadan istifadə etməklə hücuma keçməyə cəhd göstəriblər. Bütün dünya birliyi tüğyan edən COVID-19 pandemiyasına qarşı mübarizə apardığı, dünyada bu dəhşətli virusla mübarizənin məqbul imkanları axtarıldığı, bu […]

Ombudsman Ermənistanın hücumları nəticəsində dağıdılmış evlərə baş çəkib

Azərbaycan Ombudsmanı Səbinə Əliyeva cəbhə bölgəsindəki mülki yaşayış məntəqələrinin monitorinqi zamanı Tovuzun Dondar Quşçu kəndinə ağır artilleriya hücumlarının şahidi olub. Bu barədə APA-ya Ombudsman Aparatından bildirilib. Bildirilib ki, S.Əliyeva hücumlar nəticəsində dağıdılmış evlərə dərhal baş çəkib.

Ermənilər 76 yaşlı kişini bu evdə öldürüb

Xəbər verdiyimiz kimi, iyulun 14-də ermənilərin Tovuz rayonunu atəşə tutması nəticəsində kənd sakini həlak olub. “Yeni Müsavat” qəzetinin Tovuz rayonunun Ağdam kəndinə ezam olunmuş reportyor qrupu dünyasını dəyişən 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlunun evindən videoreportaj hazırlayıb. Bu videoreportaj erməni vəhşiliyi bir daha dünyaya sübut edir.                 […]

“Hər 3 saniyədə bir insan öləcək” – İnfeksionistdən XƏBƏRDARLIQ

İmmunitet bütün xəstəliklərdə çox vacib rol oynayır. Amma insanların özünün özünə “Mənim immun sistemim zəifdir” deməsi bu, bir az yanlış yanaşma olur. Bunu Mili.Az-a müsahibəsində Sumqayıt Pandemiya Xəstəxanasının koordinatoru, infeksionist Vüsalə Yaşar deyib: İmmun sisteminin zəifliyi daha çox kimlərdə müşahidə edilir? – İmmun sistemi zəif olan bir qrup insanlar var. Onlar spid xəstələri, orqan nəqli olunmuş insanlar […]

Ermənistan polisi Azərbaycan sərhədindən qaçan fərariləri saxlayır

Bu gün Ermənistan mediasının bəh-bəhlə “qəhrəman” kimi təqdim etdiyi erməni gənclərinin sınaq zamanı o qədər də cəsur olmadıqları görünür. Gapp.az-ın məlumatına görə, bu, sosial şəbəkələrdə yayımlanan videodan aydın sezilir.Kadrlarda Ermənistanın polis əməkdaşlarının Azərbaycan sərhədindən qaçan fərariləri saxladıqları görünür.Qeyd olunur ki, hazırda döyüşlərin davam etdiyi sərhədə aparan yollarda polis sədləri quraşdırılıb. Göründüyü kimi, Ermənistan hakimiyyətinin təbliğat-təşviqatından […]

Ermənistanın Berd şəhəri boşalır-ƏHALİ QAÇIR

Azərbaycanın Ermənistanla sərhədində silahlı qarşıdurmanın getdikcə daha da şiddətlənməsi müşahidə olunur. Virtualaz.org-un məlumatına görə, Azərbaycanla sərhəddəki Tavuş vilayətinin Berd şəhərində dinc sakinlər arasında panika hökm sürür. Hakimiyyətdəkilər mülki şəxslərin, xüsusən qadın və uşaqların təxliyəsinə başlayıb. Mülki əhali bomba sığınacaqlarına təxliyə edilib. Panika Azərbaycan mövqelərindən davamlı artilleriya atəşi fonunda artır.

İstiqamət dəyişir: Ordumuz Qarabağa doğru hərəkət edir?

“Hazırda prosesin gedişatı göstərir ki, Ermənistan təxribat törətməklə kifayətlənməyib, təcavüzkarlıq siyasətini Tovuz istiqamətində davam etdirir. Niyyətləri Tovuz istiqamətində sərhəddi yararaq hücum etmək, Ağstafa – Qazax istiqamətində tamamilə vəziyyəti ələ almaq, eyni zamanda Azərbaycanın neft və qaz magistral xətlərinə nəzarət etməkdir. Bütün bunların kökündə də vaxtilə reallaşdıra bilmədikləri Gəncəyə qədər torpaqları işğal etmək məqsədi dayanır”.   […]

“Semaşko”nun rəhbərliyi işdən çıxarıldı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə 1 saylı Kliniki Tibbi Mərkəzin (“Semaşko”) direktoru Dadaşov Ədalət İmamcan oğlu öz xahişi ilə tutduğu vəzifədən azad edilib. Bu barədə Qazet.az-a TƏBİB-dən məlumat verilib. TƏBİB-in İdarə Heyəti sədrinin digər müvafiq əmri ilə Tibb üzrə fəlsəfə doktoru Qafarov İlham Heydər oğlu Xəstəxananın direktoru, Məsimov […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2020
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031