“Ermənilər bizə başqa seçim qoymayıb və…” – MÜHARİBƏ OLACAQ?

“Azərbaycan tərəfi münaqiçənin sülh yolu ilə həll olunmasının tərəfdarıdır. Biz dəfələrlə demişik, bu gün də deyirik ki, Qarabağda yaşayan ermənilərlə dinc şəraitdə yaşamağa hazırıq və onların təhlükəsizliyinə Azərbaycan hökuməti tam zəmanət verir. Ermənistan bununla  razılaşmayacaqsa, Azərbaycanın tam hüququ çatır ki, işğal altında olan torpaqları hərbi yolla azad etsin”. Bu sözləri Redaktor.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib. […]

Restoranlar, kafelər, metro, əyləncə mərkəzləri ən azı ilin sonuna qədər qapalı qalmalıdır — AÇIQLAMA

Pandemiya qaydalarına riayət edilməsi şərti ilə müəyyən yumşaltmaların olması vacidbir. Eyni zamanda bu qaydaları ciddi şəkildə gözləməklə və COVİD-19 testindən keçməklə insanların rayonlara, çimərliklərə buraxılması təmin edilməlidir. Bu fikirləri tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva bildirib. Doktor restoranların, kafelərin, metronun, əyləncə mərkəzlərinin ən azı ilin sonuna qədər qapalı qalmasını daha məqsədəuyğun sayıb: “Xəstəliyin yayılmaması üçün […]

“Bakı Metropoliteni” rəisinin xaricdəki ailə biznesi – 28 yaşlı oğlunun “uğur hekayəsi”

“Maliyyə nazirliyinin açıqlamasına görə, pandemiyadan ziyan çəkən dövlət şirkətlərinə maliyyə dəstəyi çərçivəsində “Bakı Metropoliteni”nə 2 mln. 600 min manat ilkin maliyyə dəstəyi göstərilib. Metro işləmir, bəs pullar hara gedir?” Dominant.az xəbər verir ki, bu sualla jurnalist Cavanşir Həsənli öz sosial şəbəkə hesabında çıxış edib. C.Həsənli verdiyi suala elə özü də aydınlıq gətirməyə çalışıb: “Aşağıdakı sənədlər bu […]

Hikmət Hacıyev: Ermənistanın Azərbaycanla sərhəddəki təxribatı tam fiaskoya uğradı

Ermənistanın Azərbaycanla sərhəddəki təxribatı tam fiaskoya uğradı. Virtualaz.org bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiyanın “Natsionalnaya oborona” jurnalına müsahibəsində deyib. “Bu yaxınlarda Azərbaycan-Ermənistan dövlət sərhədi ərazisinin Tovuz bölgəsində baş verən eskalasiya erməni təxribatının nəticəsi idi. Bu hərbi avantürası ilə rəsmi İrəvan qarşıya bir sıra məqsədlər qoydu. […]

Ərəb dünyasında ilk atom stansiyası istifadəyə verildi

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş Naziri və Dubay hökmdarı Məhəmməd bin Rəşid Əl Maktum ərəb dünyasında ilk “Barakah” atom elektrik stansiyasının istifadəyə verildiyini elan edib. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə BƏƏ-nin Baş Naziri “Twitter” hesabında yazıb. “Bu gün biz BƏƏ-nin ərəb dünyasında ilk “Barakah” dinc nüvə reaktorunun Abu Dabidə istifadəyə verilməsini uğurla elan […]

PREZİDENTİN EHTİYAT FONDU ARTIRILIR – 480 milyon manata çatdırılacaq

Azərbaycanın dövlət büdcəsindən ehtiyat fondlarına ayırmalar 280 milyon manat və yaxud 68,3% artırılaraq 410 milyon manatdan 690 milyon manata çatdırılır. “Report” xəbər verir ki, bu, “2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb. Sənədə əsasən, Prezidentin ehtiyat fondu 180 milyon manat və yaxud 60% artırılaraq 300 milyon manatdan 480 milyon manata, büdcənin […]

Nazirliyin 319 əməkdaşı barədə intizam tənbeh tədbirləri görülüb

Daxili nəzarət tədbirlərinin nəticəsi olaraq bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatı və struktur bölmələri üzrə 319 əməkdaş barəsində intizam tənbeh tədbirləri tətbiq olunub. Bu barədə “Report”a nazirlikdən məlumat verilib. Qeyd olunub ki, bu dövrdə nazirliyin ümumilikdə 18 qurumu üzrə audit yoxlamaları aparılıb. Son 6 ayda audit yoxlamaların nəticələrinə əsasən 27 halda materiallar […]

NAZİR MÜAVİNİ VƏZİFƏSİNDƏN AZAD OLUNDU – Yerinə təyinat oldu

Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev vəzifəsindən azad edilib. Bu barədə nazirlikdən bildirilib. Məlumata görə, onun yerinə Sarvan Cəfərov təyin olunub. Yeni nazir müavini bundan əvvəl qurumun aparat rəhbəri olub.

QORXULU ANLAR: Ayı qızla “selfie” çəkdirib getdi – VİDEO

Meşəyə səyahət edən qızların birinə qəfil qara ayı yaxınlaşır. Qadın isə özünü itirmir və “selfie” çəkməyə davam edir.Publika.az xəbər verir ki, görüntülər Meksikada Çipinqu Ekoloji Parkında lentə alınıb. Videoda göründüyü kimi heç bir reaksiya görməyən ayı gəldiyi kimi də çıxıb gedir. Sosial şəbəkəd istifadəçiləri videoya “ayı “selfie” çəkdirib getdi” şərhləri yazıblar. Sözügedən görüntüləri təqdim edirik:

Xanım sahibkar Gömrük Komitəsini ifşa etdi: “Villalar və lüks avtomobillərini zəhmət çəkmədən əldə edənlər, bir qəpik də rüşvət verməyəcəyəm!”

“Ölkədə düzgün olmayan bir çox şey kimi, bu qayda da Rusiyadan götürülmüşdür…” Azərbaycanda ilk kitab mağazaları şəbəkəsi sayılan “Əli və Nino”nun təsisçisi Nigar Köçərli gömrükdə üzləşdiyi problemlər, süründürməçilik və soyğuncu xarakter daşıyan cərimələrlə bağlı yazı qələmə alıb. “AzPolitika.info”ya istinadən həmin yazını təqdim edirik: “Səhər tezdən tələm-tələsik hazırlanıb sevimli işimi görmək üçün yüksək ruhla ofisə qaçdım. […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2020
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31