Dərslərin başlaması ilə bağlı ŞAD XƏBƏR – İlk olaraq bu siniflər

Cumhuriyyet.az modern.az-a istinadla bildirir ki, hazırda orta məktəblərdə tədrislə bağlı Təhsil Nazirliyi tərəfindən təkliflər hazırlanır və Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim ediləcək. Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin müdiri Etibar Əzimov deyib ki, həmin təkliflərdə məktəbli formaları ilə bağlı məsələ də öz əksini tapıb: “Təhsil Nazirliyinin təklifi qəbul edilsə, sabahdan Bakı Tikiş Evinin mağazaları […]

Artıq xidməti vəsiqə ilə rayonlara gedə bilməyəcəksiniz! – DİN qaydaları AÇIQLADI

COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilən şəhər və rayonlara giriş-çıxış qadağandır. Qadağalara nəzarət Daxili İşlər Nazirliyinə (DİN) həvalə olunub. DİN-nin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, bu addım xüsusi karantin rejimi çərçivəsində insanların sağlamlığını və təhlükəsizliyini təmin etmək məqsədilə atılıb. O qeyd […]

Azərbaycana tibbi maska istehsal edən yeni avadanlıq gətirilib -Fotolar

Avropa İttifaqının maliyyə dəstəyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı ilə Azərbaycanda koronavirus pandemiyası dövründə tibbi maskaların istehsalına dəstək məqsədilə bir sıra texniki avadanlığın satınalınması həyata keçirilib. “Report” xəbər verir ki, təşəbbüs çərçivəsində iki müasir maska iplikləri üçün istifadə edilən avadanlıq və bir ton xammal BMT-nin İnkişaf Proqramının […]

Şəkidə 360 aztəminatlı ailəyə ərzaq yardımı çatdırıldı – FOTOLAR

Şəkidə pandemiya ilə bağlı xeyriyyəçilik tədbirləri davam etdirilir. Modern.az xəbər verir ki, 115 saylı Şəki seçki dairəsinin deputatı Cavanşir Feyziyevin təşəbbüsü ilə Qurban bayramı günlərində keçirilən  növbəti xeyriyyəçilik tədbiri 360 ailənı əhatə edib. Şəki şəhərində və kəndlərdə yaşayan 360 aztəminatlı ailəyə ərzaq yardımı çatdırılıb. Xatırladaq ki, bundan əvvəl “Biz birlikdə güclüyük” devizi altında belə bir tədbir […]

“PANDEMİYA BİOLOJİ MÜHARİBƏNİN MƏŞQİDİR” – Doktor Roşal

Pandemiya tibb sisteminin davamlılığının yoxlanışı, o cümlədən, ölkələrin biomüdafiəsinin sınağı oldu. «Forbes»-ə müsahibəsində bu fikri Milli Tibb Palatasının (Rusiya) başçısı, doktor Leonid Roşal səsləndirib. O, yenidən koronavirus pandemiyasını «bioloji müharibənin məşqi» adlandırıb. “Mən, yaranmış vəziyyəti analiz edən zaman, anlayıram ki, bu, bioloji müharibənin məşqidir. Mən demirəm ki, bu virus insan tərəfindən yaradılıb: belə qənaətlər üçün […]

ÜST-dən bədbin proqnoz: “Koronavirusa qarşı peyvənd…”

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Prezidenti Tedros Adhanom Qebreyesus koronavirusun yayılmasına tamamilə son qoyacaq “sehirli silah”ın heç zaman olmayacağını və “normallaşmağa” gedən yolun uzun olacağını deyib. “HaberGlobal” məlumat verir ki, Qebreyesus və ÜST-ün Təcili Yardım bölməsinin rəhbəri Mayk Rayan birgə mətbuat konfransında bütün ölkələri “maska taxmağa, sosial məsafəni qorumağa, əl yumağa və test sayını artırmağa” çağırıblar. […]

PUTİNİN AVQUST SÜRPRİZLƏRİ GÖZLƏNİLİR – Hansı ölkəni zəbt edə bilər?

Bu baxımdan CNBC hesab edir ki, Rusiya prezidenti qərbli həmkarları üçün sürprizlər təşkil edə və ölkə daxilində zəifləmiş mövqelərini bərpa etmək, eyni zamanda Rusiyanın beynəlxalq arenada mövqelərini möhkəmləndirmək üçün gözlənilməz addımlar ata bilər. Belə sürprizlərə Moskva artıq 2008-ci ilin avqstunda, Cənubi Osetiyada münaqişə alovlananda əl atıb. 2014-cü ilin avqustuna o, Krımı Rusiyaya birləşdirib, 2015-ci ilin […]

Azərbaycan nefti yenidən 45 dollardan baha satılmağa başlayıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,03 ABŞ dolları, yaxud 2,32% artıb. “Report” xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 44,36 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda […]

Azərbaycanda toyların təşkili bu tarixdən sonra mümkün olacaq – AÇIQLAMA

31 avqust tarixinədək Azərbaycanda toy məclislərinin təşkilinə qoyulan qadağa davam edəcək. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar imzalayıb. Qazet.az-ın əldə etdiyi məlumata görə, sentyabr ayının 1-dən etibarən Azərbaycanda toy məclislərinin təşkilinə icazə verilə bilər. Bu isə ölkə üzrə koronavirusa yoluxanların sayından asılı olacaq. Yoluxmalarda kəskin azalma olacağı təqdirdə müəyyən qaydalara əməl edilməklə şənliklərin […]

Fəttah Heydərov I Fəxri Xiyabanda dəfn ediləcək

Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat, parlamentin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərov I Fəxri Xiyabanda dəfn ediləcək. Bu barədə “Report”a Milli Məclisdən məlumat verilib.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2020
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31