Beyrutdakı partlayışda ölənlərin sayı 154 nəfərə çatıb

Livanın paytaxtı Beyrutda partlayış nəticəsində ölənlərin sayı 154-ə yüksəlib, xəstəxanalarda isə ağır vəziyyətdə 120 vətəndaş var. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə avqustun 7-də Livanın səhiyyə naziri Hamed Həsən məlumat verib. Onun sözlərinə görə, ağır vəziyyətdə olanların sayı çox olduğundan ölənlərin sayı arta bilər. Nazir bildirib ki, yaralıların ümumi sayı 5 minə yaxındır. […]

Zukerberqin sərvəti ilk dəfə 100 milyard dolları keçdi

Dünyanın ən zəngin insanlarından biri hesab olunan, “Facebook”un yaradıcısı Mark Zukerberqin sərvəti ilk dəfə 100 milyard dolları keçib. Bu barədə “Bloomberg” məlumat yayıb. “Bloomberg Billionaires Index”ə əsasən, M.Zukerberqlə yanaşı, “Amazon”un rəhbəri Ceff Bezos və “Microsoft”un rəhbəri Bill Qeyts 100 milyard dollardan artıq sərvətə sahibdir. Son il ərzində M.Zukerberq sərvətini 22, C.Bezos isə 75 milyard dollar […]

13-14 avqustda keçiriləcək qəbul imtahanlarının II mərhələsinin qrafiki elan olunub

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 13 və 14 avqustda keçiriləcək qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan olunub. DİM-dən APA-ya verilən məlumata görə, imtahanlar pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil ediləcək. İmtahanlarda kütləviliyin və təmas hallarının qarşısını almaq məqsədilə hər ixtisas qrupu üzrə imtahan aşağıdakı qrafikə uyğun 2 gün ərzində keçiriləcək. Cari ilin […]

Azərbaycanda qızıl rekord həddə bahalaşıb

Azərbaycanda qızıl və gümüş bahalaşıb. Modern.az-ın məlumatına görə, avqustun 7-də qızılın qiyməti avqustun 6-ı ilə müqayisədə 26,6645 manat (0,77 faiz) artaraq 1 unsiya üçün 3 502,867 manat təşkil edib. Gümüş 2,3647 manat (5,1 faiz) bahalaşaraq 1 unsiya üçün 48,3613 manata bərabər olub. Platinin qiyməti 1,7085 manat (0,1 faiz) azalaraq 1 649,969 manat, palladiumun qiyməti 42,1855 […]

Koronavirusa yoluxan məhbusların hamısı sağalıb – RƏSMİ

Penitensiar müəssisələrində koronavirusa yoluxan məhbuslar arasında ağırlaşma yoxdur və hamısı sağalıb. Modern.az–ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov deyib. O bildirib ki, koronavirusa ilk yoluxma halı şəhər xəstəxanasından çıxarılan məhkumda rast gəlinib: Təmas halı orda baş verib. Bundan sonra bütün təmasların nəzarətdə saxlanılmasına başlanılıb”. İ.Qurbanovun sözlərinə görə, məhbuslar arasında […]

SOCAR yanğınla bağlı MƏLUMAT YAYDI

Sumqayıtda “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda baş verən yanğın nəticəsində bir neçə nəfər xəsarət alıb. SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Modern.az-a bildirib ki, yanğın istehsalatla bağlı yaranmayıb: “Bir müddət öncə həmin zavodda istehsal prosesi dayandırılıb və təmir işləri görülür. Yanğının təmir işləri ilə zamanı yarandığı güman edilir. Yanğın zamanı SOCAR-ın […]

Neftçalada 1 nəfər çayda batıb

denizFövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kür çayının Neftçala rayonu, Aşağı Surra kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Bu barədə Modern.az-a FHN-dən bildirilib. Məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

“Qara qitə”də koronavirusa yoluxanların sayı 1 milyonu keçdi

Afrikada koronavirusa yoluxanların sayı 1 milyon nəfəri ötüb. Modern.az-ın məlumatına görə, bu göstəricinin yarısından çoxu Cənubi Afrika Respublikasının payına düşür. Bu ölkədə 538 mindən çox şəxs koronavirusa yoluxub. Misirdə yoluxanların sayı 95 min nəfəri, Nigeriyada 45 min nəfəri keçib. Afrikada bu günədək 1 011 872 nəfər koronavirusa yoluxub, 22 114 nəfər ölüb.

“Yumşalmadan sui-istifadə edilməməlidir” – Deputat

Milli Məclisin bu gün keçiriləm növbədənkənar sessiyasında çıxış edən parlamentin Təbii Ehtiyatlar, Energetika vəEkologiya Komitəsinin sədri Sadiq Qurbanovəhalini bundan sonra da pandemiya ilə bağlı təlimatlara riayət etməyə çağırıb. “AzPolitika.info” xəbər verir ki, deputat avqustun 5-dən etibarən pandemiya ilə bağlı karantin qaydalarının yumşaldılmasından sui-istifadənin yolverilməz olduğunu bildirib: “Bildiyimiz kimi karantin rejimində ayın 5-dən yenə də nisbi yumşalma olub. Düşünürəm ki, vətəndaşlarımız bu yumşalmadan […]

Sumqayıt Etilen-polietilen zavodunda yanğın baş verib – Səkkiz nəfər xəsarət alıb

SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Sumqayıt Etilen-polietilen zavodunda yanğın baş verib. Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib. Görülmüş tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Yanğının məhdudlaşdırılması həyata keçirilir. Yanğının tam söndürülməsi istiqamətində işlər aparılır. Məlumata görə, yanğında səkkiz nəfər xəsarət alıb.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2020
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31