Azərbaycan səfirləri xarici kəşfiyyata necə işləyib: Səudiyyə Ərəbistanından Avropayadək

“Diplomatik korpusda ciddi islahatlar gözlənilir. Hakimiyyət kulislərində gəzən söz-söhbətə görə, budəfəki kadr islahatlarında Ramiz Mehdiyev-Əli Həsənov çetesinin diplomatik uzantıları tamamilə sıradan çıxarılacaq”. Ovqat.com xəbər verir ki, iqtisadçı ekspert Elçin Qurbanovun saytımız üçün qələmə aldığı məqalədə belə deyilir. Maraqlı informasiyalarla zəngin olan məqaləni təqdim edirik. Prezident İlham Əliyevin Xarici İşlər naziri Elmar Məmmədyarovu işdən azad etməmişdən […]

Kafe-restoranlar avqustun 17-dən açıla bilər – Video

Kafe-restoranlar avqustun 17-dən açıla bilər. “Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov deyib. O bildirib ki, avqustun 17-si ərəfəsində kafe və restoranların açıq havada fəaliyyətinə icazə verilməsi müzakirə olunur: “Ondan bir həftə sonra isə rayonlara gediş-gəlişin açılması müzakirə olunur. Hələlik bu barədə qərar yoxdur”.

Rayonlara getmə qadağası avqustun sonundan ləğv edilə bilər

Bakıdan rayonlara gediş-gəliş bu ay açıla bilər. “Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov deyib. O bildirib ki, avqustun 24-dən rayonlara gediş-gəlişin açılması məsələsi müzakirə olunur: “Hələlik bu barədə qərar yoxdur. Amma bu qərarların verilməsi üçün qaydalara əməl olunmalı, yoluxma sayı artmamalıdır. Əgər qaydalara əməl olunmaması nəticəsində yoluxma sayı artarsa, bu yumşalmalar təxirə […]

“Gələn həftə tədrislə bağlı bütün suallara cavab veriləcək”

“Tədrislə bağlı bir neçə qrup ən xırdalıqlara kimi müzakirələr aparır”. “Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov deyib. O bildirib ki, məktəblərin açılması ilə bağlı hökumət həftələrdir müzakirə aparır: “Biz dünya təcrübəsinə də baxırıq, amma hazır bir resept yoxdur. Bu sahədə vəziyyət çox ciddi və dinamikdir. Çünki bugünkü statistikaya görə qərar veririk, növbəti […]

Naxçıvana reyslər artırılacaq

“Naxçıvana reyslərin artırılması müzakirə olunur”. “Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov deyib. O bildirib ki, Naxçıvana reyslərin artırılması müzakirə olunur: “Yaxın günlərdə bununla bağlı qərar qəbul olunacaq. Beynəlxalq reyslərin bərpası ilə bağlı belə bir arqument var ki, biz rayonlara gediş-gəlişi açmamış xaricə səfərləri necə açaq? Haqlı sualdır. Buna görə də bu iki […]

“Metronun açılması hələ müzakirə olunmur”

“Metronun açılması hələ müzakirə olunmur”. “Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov deyib. O bildirib ki, metroda virusun yayılması ehtimalı çox olduğu üçün onun qeyri-müəyyən müddətə bağlanması məcburidir: “Ona görə də metronun açılması hələ müzakirə olunmur”.

Məscidlər hələ açılmayacaq

“Hələlik məscidlərin açılması müzakirə olunmur”. “Qafqazinfo”nun verdiyi xəbərə görə, bu sözləri Prezidentin köməkçisi Şahmar Mövsümov məscidlərin açılması ilə bağlı sualı cavablandırarkən deyib. O bildirib ki, virusun yayılmasının əsas problemi ondan ibarətdir ki, qapalı yerlərdə kütləvilik buna təkan verir: “Buna görə də təəssüf ki, hələlik məscidlərin açılması müzakirə olunmur”.

Dünən dənizdə boğulan hamilə qadını əri öldürübmüş…

Sumqayıt şəhər prokurorluğu dənizdə boğulan hamilə qadınla bağlı məlumat yayıb. “Qafqazinfo”ya daxil olan məlumata görə, avqustun 7-də gecə saat 23 radələrində Sumqayıt şəhər sakini 1987-ci il təvəllüdlü Şəhanə Əhmədovanın dənizdə boğularaq ölməsi ilə bağlı məlumat daxil olub. Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Araşdırmalarla 1986-cı il təvəllüdlü Anar […]

Təhsil naziri universitet rəhbərləri ilə videogörüş keçirdi – Fotolar

Avqustun 7-də Təhsil naziri Emin Əmrullayev ali təhsil müəssisələrinin rəhbərləri ilə videogörüş keçirib. “Qafqazinfo” xəbər verir ki, videogörüşdə Təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyev tərəfindən ali təhsil müəssisələri ilə bağlı qarşıya qoyulan tapşırıqlara xüsusi diqqət çəkib. Bildirilib ki, təhsilimizin əsas fəaliyyət istiqamətləri ölkəmizin sənaye və iqtisadi inkişafı ilə tam bağlı olmalıdır. Ali təhsil müəssisələri […]

Çində daha bir təhlükəli epidemiya yayılır

Çinin şimalındakı Daxili Monqol Muxtar Vilayətinin Bayan-Nur şəhərinin yerli hakimiyyət orqanları vəba xəstəliyindən daha bir ölümün baş verdiyini bildiriblər. Report.az TASS-a istinadən xəbər verir ki, bu barədə Regional Gigiyena və Səhiyyə məsələləri Komitəsi bildirib. Bəyanatda bildirilir ki, şəhərdə 2020-ci ilin sonuna kimi epidemiologiya təhlükəsinə yüksəldilmiş (3-cü) reaksiya səviyyəsi tətbiq edilib. Avqustun 6-da Daxili Monqolustan administrasiyası […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2020
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31