Azərbaycanlı müəllim UNESCO beynəlxalq mərkəzinin üzvü seçildi – FOTO

189-190 nömrəli tam orta məktəbin müəllimi UNESCO beynəlxalq mərkəzinin üzvü seçilib. Cumhuriyyet.az xəbər verir ki, məktəbin fiziki tərbiyə müəllimi Namiq Cəfərov mərkəzə üzv olub. Bununla bağlı məktəbin rəsmi “Facebook” səhifəsində məlumat paylaşılıb.

Gəncədə evə basqın edən şəxs 64 min manat pul aparıb

Gəncədə quldurluq hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nizami (Gəncə) Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən quldurluq yolu ilə 2.700.000 rubl (64.000 manat) pul aparmaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Q.Mövsümov saxlanılıb.

Azərbaycanda 80 evdən oğurluq edən şəxslər tutulub

Abşeron rayonu Qobu və ətraf qəsəbələrdə ayrı-ayrı vətəndaşlara məxsus fərdi yaşayış evlərindən oğurluq edən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu 28 May qəsəbəsində yaşayan Elçin Əhmədov və Yusif Əsgərov tutularaq istintaqa təqdim olunublar.  Bu şəxslər ifadələrində təkcə Abşeron […]

AZAL-da təmizləmə başladı: İdarə rəisi və müavinləri işdən çıxarıldı

Prezident İlham Əliyevin bir neçə gün əvvəl keçirdiyi müşavirədə bəzi dövlət şirkətlərinin yarıtmaz fəaliyyətini kəskin tənqid etməsindən sonra həmin qurumlarda təmizləmə əməliyyatına start verilib. Təmizləmə əməliyyatının həyata keçirildiyi qurumlardan biri də AZAL-dır. Mənbənin verdiyi xəbərə görə, şirkətin Təhlükəsizlik İdarəsinin rəhbər heyəti tamamilə işdən azad edilib. İşdən azad edilən şirkət təmsilçiləri sırasında Baş İdarə rəisi Elxan […]

Çindən Azərbaycana gələn tibb ekspertləri payız-qış mövsümünə hazırlıqla tanış olublar

Avqustun 10-da ölkəmizə Çindən gələn tibb ekspertləri Ak. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında olub. TƏBİB-dən APA-ya verilən məlumata görə, ekspertlər qeyri-COVID xəstəxanasında stasionar və poliklinik şöbələrdə yaradılmış şəraitlə, pasiyentlərin qəbulu prosesi, xəstələrin çeşidlənməsi və payız-qış mövsümünə hazırlıqla tanış olublar. Eyni zamanda, TƏBİB-in mütəxəssisləri ilə praktiki və nəzəri fikir mübadiləsi aparılıb. Qeyd edək ki, avqustun 4-də Azərbaycanda […]

Gürcüstana qanunsuz keçmək istəyən 14 nəfər saxlanıldı

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin toxunulmazlığının tə­min edilməsi tədbirləri davam etdirilir. Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə,  2020-ci ilin 10 avqust tarixində saat 03:05 radələrində “Şəmkir” sərhəd dəstəsinin Ağs­tafa rayonunun Sadıqlı kən­dinin yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazi­sində Azərbaycan Res­publikasından Gürcüstan istiqa­mə­tində naməlum şəxs­lərin hərəkəti sər­həd naryadı tərəfin­dən aşkar edilib. Sərhəd zastavası dərhal […]

Xaçmazda ər arvadını öldürüb

Avqustun 10-da saat 14 radələrində Xaçmaz rayonu ərazisində Raisa Rəşidovanın aldığı bədən xəsarətləri nəticəsində xəstəxanada ölməsi barədə məlumat daxil olub. Xaçmaz Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam […]

Təbiətə ziyan vuran şirkət cəzalandırılıb

Lənkərançay çayının yatağında qazıntı işlərinin aparılması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı sözügedən ərazidə “PROFCO” MMC tərəfindən qanunsuz qazıntı işlərinin aparıldığı və təbiətə 14 112 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt, protokol tərtib edilib və […]

Bakıda Azərbaycan və Serbiya nümayəndələri arasında görüş keçirilir

Azərbaycan və Serbiya hökumət nümayəndələrinin iştirakı ilə görüş keçirilir. “Report” xəbər verir ki, görüşdə Serbiya Respublikasının Baş Nazirinin müavini və Daxili İşlər naziri Neboyşa Stefanoviç, Azərbaycan tərəfindən Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Təhlükəsizlik Şurasının katibi Ramil Usubov iştirak edir. Qeyd edək ki, avqustun 7-də Serbiya Prezidenti Aleksandr Vuçiç […]

Belarus müxalifətinin lideri Litvaya qaçdı

Belarusda keçirilmiş prezident seçkisində hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun əsas rəqibi olmuş Svetlana Tixanovskya Litvadadır. Virtualaz.org bildirir ki, bu barədə Litvanın Xarici İşlər nazir Linas Linkeviçius “Twitter”də yazıb. “Svetlana Tixanovskaya təhlükəsizlikdədir. O, Litvadadır”, – XİN başçısı qeyd edib. Qeyd edək ki, avqustun 10-da axşam Svetlana Tixanovskayanın qərargahı Belarus MSK-ya baş çəkəndən sonra onun yoxa  çıxdığını bəyan […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2020
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31