Azərbaycanda 16 COVID-19 xəstəsi barəsində cinayət işi başlanılıb

“Koronavirus infeksiyasına yoluxduğuna görə ev şəraitində müalicə almalı olduğu halda küçəyə və ictimai yerlərə çıxaraq digər şəxslərin həyatına ciddi təhlükə yaradan 16 şəxs barəsində cinayət işi başlanılıb”. Bu barədə “Report”un sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov deyib. Onun sözlərinə görə, karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları və Daxili Qoşunun hərbi qulluqçuları […]

“Əmrahbank”da Qalina Burlaçukun əlil oğlu üçün yığdığı pulları necə mənimsədilər…

“Əmrahbank”ın “İnvestisiya” filialının dələduzluqda və vəzifə saxtakarlığında ittiham olunan əməkdaşları – Əli Məhərrəmov və İkram Eyvazovun cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi keçirilib. Virtualaz.org-un xəbərinə görə, cinayət işinin başlanmasına  Qalina Burlaçukun “Əmrahbank” ASC-nin “İnvestisiya” filialının müdiri Əli Məhərrəmovun qanunsuz hərəkətləri ilə bağlı Nəsimi Rayon Polis İdarsəsinə şikayət ərizəsi ilə müraciət etməsi olub. Faktla […]

Abşeronda gizli fəaliyyət göstərən restoran aşkarlandı

Abşeron rayonu ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən və müştərilərə yerində xidmət edən restoran aşkar olunub. DİN-dən virtualaz.org-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Ceyranbatan qəsəbəsində keçirilən tədbir zamanı Rövşən Rufullayevin işlətdiyi “Xançinar” restoranında müştərilərə yerində xidmət göstərildiyi məlum olub. Obyektə baxış zamanı oranın sahibi və daha 11 nəfər […]

Qarabağda virusa yoluxan ermənilərin sayı 252-yə çatdı

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində koronavirusa 1 yeni yoluxma qeydə alınıb. Virtualaz.org bildirir ki, bu barədə erməni KİV-i xəbər yayıb. Bildirilir ki, bununla Qarabağda koronavirusa yoluxanların ümumi sayı 252 nəfərə çatıb. Yeni yoluxma halı Xankəndi şəhərində aşkarlanıb. Hazırda 26 nəfər təcrid olunub.

Bakıda körpünün üstündə qəza

Bakıda növbəti yol-nəqliyyat hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə Hüseyn Seyidzadə küçəsində (Xutor yaşayış massivində) körpünün üstündə qeydə alınıb. Qələbə dairəsi istiqamətində baş verən qəzada iki avtomobil toqquşub. Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, qəza səbəbindən sözügedən istiqamətdə avtomobillər arasında sıxlıq müşahidə olunur.

İranda koronavirus daha 161 nəfərin həyatına son qoydu

Son 24 saat ərzində İranda daha 2 245 nəfərin virusa yoluxduğu aşkar edilib, 161 nəfər həyatını itirib. Virtualaz.org bildirir ki, məlumatı İranın Səhiyyə Nazirliyi yayıb. Qeyd olunur ki, bununla da ümumilikdə yoluxanların sayı 341 min 070 nəfərə, ölənlərin sayı isə 1 19 min 492-yə çatıb. İndiyədək müalicə alan 295 min 630 nəfər sağalıb. Hazırda 3 911 […]

Yaşadığı ünvanı tərk edən daha bir COVID-19 xəstəsi saxlanıldı – Foto

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları şəhərin inzibati ərazisində yaşadığı evi qanunsuz olaraq tərk edən və ətrafdakı şəxslərə də bu virusun keçməsinə şərait yaradan aktiv koronavirus xəstəsi aşkarlayıblar. DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Yasin Fərzəliyevə ev şəraitində müalicə təyin edilsə də, ancaq o, özünütəcrid qaydalarına riayət etməyərək […]

Həkim-reanimatoloq Cavid Paşayev koronavirusdan sağaldı

Uzun müddətdir Mərkəzi Gömrük Hospitalında müalicə alan Azərbaycan Tibb Universitetinin həkim-reanimatoloqu Cavid Paşayev sağalaraq bu gün evə buraxılacaq. AZXEBER.COM xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. Xatırladaq ki, C.Paşayevin müalicəsi Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarəti altında idi.

Toysuz qalan müğənnilərin etirazlarına Prezidentin Köməkçisindən REAKSİYA

“Bəzi mədəniyyət xadimlərinin bu haqda emosional çıxışlarını da gördük, onları da anlayışla qarşılayırıq”. KONKRET.az-ın məlumatına görə, bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Prezidentin köməkçisi Hikmət Hacıyev deyib. O bildirib ki, toyların həyata keçirilməsi digər xidmətlərin də həyata keçirilməsini nəzərdə tutduğu üçün əmək bazarına, vergi tutumuna və dövlət büdcəsinə xeyirlidir: “Toyların keçirilməsi hər bir baxımdan […]

Həftəsonları ictimai nəqliyyatın hərəkəti bərpa edilə bilər

“Həftəsonlarında ictimai nəqliyyatın fəaliyyətini dayandırması hələ də qüvvədədir”. “Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. O xatırladıb ki, gələn həftədən ictimai iaşə, kafe və restorlanların fəaliyyəti bərpa edilir: “Bundan sonra isə həftəsonu ictimai nəqliyyatın hərəkətinin növbəti […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2020
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31