Lotu Qulinin sifarişçisi kimdir və nə qədər ödəyib? – Şok təfərrüat

Bu gecə – 20 avqust saat 02 radələrində qanuni oğru Lotu Quli Türkiyənin Antalya şəhərinin Serik bölgəsində yerləşən otellərin birində qətlə yetirilib. Axar.az xəbər verir ki, qətli “Xan Bakinski” qələbli Xaqan Dəyanət oğlu Zeynalov həyata keçirib. Əldə etdiyimiz məlumata görə, Xan Bakinskiyə sifarişi Rövşən Lənkəranskinin qohumu Zaur Əliağa oğlu Əhmədov verib. Qətlin icrası üçün Bakinskiyə […]

Avropada turistlər üçün yeni qaydalar

Avropada koronavirus infeksiyasının növbəti yayılmalarından və pandemiya səbəbindən tətbiq olunan bir sıra məhdudiyyətlərin qaldırılmasından sonra turistlər üçün yeni giriş qaydaları nəzərdə tutulur. Avropa İttifaqının qərargahından bildirilib ki, sərhədlərin bağlanması və səyahət məhdudiyyətlərinin tətbiqi hərəkətə və turist axınının bərpasına maneçilik törədir. Buna görə də xarici vətəndaşların COVID-19 üçün ikiqat testdən keçmə ehtimalı müzakirə olunur. Oxşar sxem İslandiyada […]

İlham Əliyev İcra hakimiyyətlərinin hər birinə 3 milyon manat ayırdı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Ağsu və Şamaxı rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Virtualaz.org xəbər verir ki, sərəncamla zəlzələlər nəticəsində Ağsu və Şamaxı rayonlarında yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə həmin evlərin təmiri üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət […]

Co Baydenin vitse-prezident postuna namizədinin adı məlum oldu

ABŞ-ın Demokratlar Partiyası Kaliforniyadan olan senator Kamala Harrisin noyabrda keçiriləcək seçkilərdə ölkənin vitse-prezidentliyinə namizədliyini təsdiqləyib. Qərar partiyanın Miluoki şəhərində (Viskonsin ştatı) keçirilən qurultayında qəbul edilib. K.Harris öz çıxışında qeyd olunan vəzifəyə namizədliyə razı olduğunu bildirib. Qeyd edək ki, K.Harris peşəkar hüquqşünasdır. O, 2011-2017-ci illərdə Kaliforniya ştatının baş prokuroru olub.

“Lotu Quli”nin öldürülməsinin təfərrüatları: hadisə yerində keçinib…

Əfsanəvi “qanuni oğru”, “Lotu Quli” ləqəbli Nadir Səlifovun Türkiyənin Antalya kurort şəhərində yaxın ətrafına daxil olan “Xan Əhmədlinski” ləqəbli kriminal avtoritet tərəfindən  güllələnməsinin bəzi təfərrüatları məlum olub. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Nadir Səlifov Antalyanın Serik rayonunda, Boğazkent turizm mərkəzindəki restoranlardan birində “Xan Əhmədlinski” ilə şam yeməyində görüşüb. Yerli vaxtla saat 12.00 radələrində […]

Kamran Əliyev üç yeni hərbi prokuror təyin etdi

Qarabağ hərbi prokuroru vəzifəsinə təyinat olub. Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlə bu vəzifəyə Surxay Hüseynov təyin edilib. Bundan başqa, Baş prokurorun müvafiq əmrləri ilə Əli Şükürov Bakı hərbi prokuroru, Elşən Əli-məmmədov isə Zaqatala hərbi prokuroru təyin ediliblər.

Braziliyada bir gündə koronavirusa yoluxma rekordu: 49 298 nəfər..

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 49 298 nəfər yoluxub. Bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 3 456 652 nəfərə çatıb. Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 111 100 nəfəri ölüb, 2 615 254-ü isə sağalıb.

Ölkədə toy qadağası olsa da, restoranlarda 2 gündür toy edilir – DİN-dən AÇIQLAMA

Azərbaycanda sərtləşdirilmiş karantin rejimi çərçivəsində avqustun 18-dən etibarən kafe və restoranların açıq havada fəaliyyətinə icazə verilməsindən sonra toy və nişan mərasimlərinin bu qaydalar çərçivəsində keçirilib-keçirilməməsi gündəmə gəlmişdi. Operativ Qərargahın sonuncu brifinqdə jurnalistlər bu barədə rəsmilərə sual verərək insanlar masalarda qaydalara uyğun olaraq 6-6 oturaraq açıq havada nişan və toy mərasimi keçirməsinin mümkün olub-olmadığını soruşmuşdu. Lakin […]

Kürdəmirin icra başçısı bu səbəbdən həbs olunub

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı saxlanılan icra  başçısı Ceyhun Cəfərova irəli sürülən ittihamlar məlum olub. AZXEBER.COM Report-a istinadən xəbər verir ki, C.Cəfərov 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma) […]

İsrail tankları Qəzza zolağına zərbələr endirdi

İsrail ordusunun qırıcı təyyarəli Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb. Məlumata əsasən, zərbələr daha əvvəl Qəzza zolağından İsrail ərazisinə partlayıcı maddələr daşıyan şarların buraxılmasına cavab olaraq həyata keçirilib. Qeyd edilir ki, hava zərbələri HƏMAS-ın hərbi-dəniz qüvvələrinin kompleksi, yeraltı strukturu […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2020
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31