Çempionlar Liqası: Həftənin ən yaxşı oyunçusu açıqlandı

UEFA Çempionlar Liqasında yarımfinal matçlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib. “Report”un məlumatına görə, bu ada Almaniyanın “Bavariya” klubunun yarımmüdafiəçisi Serj Qnabri layiq görülüb. 22 yaşlı oyunçu azarkeşlərin səsverməsinə əsasən, komanda yoldaşı Robert Levandovskini və Fransa PSJ-sindən Neymar ilə Anxel Di Marianı üstələyib. Qeyd edək ki, avqustun 23-də keçiriləcək Çempionlar Liqasının final matçında PSJ və […]

Ərdoğan Türkiyə tarixində ən böyük qaz yatağının kəşf edildiyini açıqlayıb

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə qaz yatağı kəşf edildiyini açıqlayıb. APA-nın yerli bürosunun xəbərinə görə, Ərdoğan bildirib ki, 20 iyul 2020-ci il tarixində “Fatih” qazma gəmisi tərəfindən “Tuna 1” yatağında kəşfiyyat işi aparılır. O qeyd edib ki, “Tuna 1” yatağının ehtiyatları 320 milyard kubmetr həcmində dəyərləndirilir. Türkiyə Prezidenti hədəflərinin yataqdan hasil […]

Belarus ordusu genişmiqyaslı təlimlər keçirəcək

Belarus ordusu Qərb Əməliyyat Komandanlığının rəhbərliyi altında genişmiqyaslı təlimlər keçirəcək. APA-nın TASS-a istinadən verdiyi xəbər görə, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hərbi təlimlər avqustun 28-31-də baş tutacaq. “Hərtərəfli taktiki təlimlər üçün inteqrasiya olunmuş qüvvələrdən ibarət qrup təşkil olunub. Buraya hərbi hava qüvvələri, motorlu tüfənglər, zirehli texnika, artilleriya bölmələri, pilotsuz uçuş aparatları və […]

“Azərişıq” ASC təmas xəttində yerləşən rayonlarda yenidənqurma işləri aparır

Aran RETSİ-nin təmas xəttində yerləşən EŞ-də geniş miqyaslı yenidənqurma işləri aparılır. Məqsəd təmas xəttində yaşayan sakinlərin və həmçinin məcburi köçkünlərin məskunlaşdığı kənd və yaşayış məntəqələrini daha kefiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin etməkdir. Füzuli rayon Elektrik Şəbəsinin ərazisində yerləşən gücü 35/10 kV olan “Böyük Bəhmənli” yarımstansiyası gücü artırlaraq tamamilə yenidən qurulur. Bu yarımstansiya 20 […]

Operativ Qərargahın brifinqi başladı: mühüm yeniliklər açıqlanır – CANLI YAYIN

Nazirlər Kabineti yanında Opretativ Qərargahın növbəti brifinqi başlayıb. Musavat.com xəbər verir ki, brifinqdə Mərkəzi Neftçilər xəstəxanasının həkim-infeksionisti Fərrux Məmmədov,  Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Emil Qasımov, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Azadxanov və TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva iştirak edir. Qeyd edək ki, avqustun 18-dən etibarən ictimai iaşə obyektlərində müştərilərə açıq hava […]

AZƏRBAYCANDA KORONAVİRUSA YOLUXANLARIN SAYI ARTIR – 2 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 162 yeni yoluxma faktı qeydə alınıb, 171 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Son sutkada koronavirusdan 2 nəfər vəfat edib.. İndiyədək ölkədə ümumilikdə 34 921 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 682 nəfər müalicə olunaraq sağalıb, 512 nəfər […]

Lotu Qulinin qatilinə qadın paltarı geyindirdilər- Türkiyədən heyrətamiz GÖRÜNTÜLƏR

Türkiyədə “Lotu Qulini” qətlə yetirən 25 yaşlı Xan Bakinskiy (Xəqan Zeynalov) və 26 yaşlı Əmir Əhmədli polis şöbəsində ifadə verdikdən sonra Serik Məhkəməsinə aparılıblar. Musavat.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, ciddi təhlükəsizlik tədbirləri ilə şübhəlilər, qoruyucu gödəkçələr və qadın paltarına bənzər xalatlarda məhkəməyə göndərilib. Xan Əhmədlinskinin ilkin ifadəsi də məlum olub. Nadir Səlifovla birlikdə böyüdüklərini […]

Baş infeksionistdən xəbərdarlıq

Göz karandaşı və dodaq boyası kimi kosmetik vasitələr yeni növ koronavirusun yayılmasına səbəb ola bilər. Bu barədə Türkiyənin Hacettepe Universitetinin Tibb fakültəsinin professoru Mehmed Ceyhan yerli mətbuata açıqlamasında deyib. Professorun fikrincə, bu risk xüsusilə qadın gözəllik salonlarında daha yüksəkdir. Türkiyədə olduğu kimi Azərbaycanda da gözəllik salonları və qadın kosmetika mağazaları karantin rejiminin müəyyən mərhələlərində fəaliyyət […]

Sabah Bakıda güclü külək əsəcək

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə 22 avqustda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 26-28, Bakıda gecə 21-23, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 755 mm civə sütununa yüksələcək, […]

Abel Məhərrəmov Ramiz Mehdiyevin nəvəsinin toyundan danışmaq istəmir

Mətbuatda Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasiminin keçirilməsi ilə bağlı video yayılıb. Görüntülərdə Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov Ramiz Mehdiyevin şərəfinə “tost” dediyi eşidilir. Məsələ ilə bağlı “Report”un əməkdaşı A.Məhərrəmovdan münasibət öyrənmək üçün ona zəng edib. A.Məhərrəmov söhbət zamanı Ramiz Mehdiyevin nəvəsinin toy mərasimindən danışmaq istəmədiyini deyib: “Mən bu məsələ […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2020
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31