Klub prezidenti 54 yaşında rəsmi matçda oynadı

Futbol üzrə Ukrayna Kubokunun ilk turunda keçirilmiş “Tavriya” – “Real Farma” matçında qeyri-adi hadisə baş verib.  “Report”un məlumatına görə, nominal qonaqların heyətində klubun prezidenti Nikolay Lixovidov 26 dəqiqə meydanda olub. 54 yaşlı funksioner yarımmüdafiəçi mövqeyində oynayıb. O, 3 dəfə “Real Farma”nın baş məşqçisi vəzifəsində işləyib. Qeyd edək ki, qarşılaşma “Tavriya”nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oğurladığı avtomobili evakuatorla geri göndərdi

İsmayıllı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən Qalacıq kənd sakini E.Əhmədov ona məxsus “VAZ 2106” markalı avtomobilin qarajdan oğurlandığını və daha sonra küçədə aşkar etdiyini bildirib. “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, polis əməkdaşları tərəfindən avtomobilə baxış keçirildikdən sonra o, sahibinə qaytarılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobili oğurlayan şəxsin zərərçəkmişin qonşusu, Qalacıq […]

DİM müsabiqə elan edib

Dövlət İmtahan Mərkəzi (DİM) doktorantura səviyyəsinə xarici dillər (ingilis, fransız və alman dilləri) üzrə qəbul imtahanları üçün test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının hazırlanması, namizədlərin yazı və danışıq bacarıqlarının yoxlanıb-qiymətləndirilməsi işinə müqavilə əsasında mütəxəssislərin cəlb olunması məqsədilə müsabiqə elan edib. Musavat.com xəbər verir ki, müqaviləçi-mütəxəssis doktorantura səviyyəsinə qəbul imtahanlarında xarici dillər (ingilis, fransız və alman dilləri) üzrə […]

Neftin qiyməti 46 dolları ötüb

Dünya bazarlarında neftin qiyməti ABŞ valyutasının zəifləməsi fonunda bahalaşıb. “Report” xəbər verir ki, bunu hərrac məlumatları göstərir. Belə ki, Bakı vaxtı ilə səhər saat 09:10-a olan məlumata görə, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,57% bahalaşaraq bir barel üçün 46,07 ABŞ dolları, WTI markalı neftin oktyabr fyuçersləri isə 0,35% bahalaşaraq 43,12 dollar/barel səviyyəsinə yüksəlib. Qeyd edək […]

Prezident İlham Əliyev modul tipli növbəti hospitalın videoformatda açılışında iştirak edib

Avqustun 31-də Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışı olub. Musavat.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hospitalın videoformatda açılışında iştirak edib.

Ceyhun Bayramov: “Azərbaycanın bütün işğal olunmuş əraziləri azad ediləcək”

“Azərbaycanın bütün işğal olunmuş əraziləri azad ediləcək”. APA-nın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov “Twitter”də bildirib. “Qubadlısız 27 il. Rayon 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub və rayon Azərbaycan əhalisindən etnik cəhətdən təmizlənib. Azərbaycanın bütün işğal olunmuş əraziləri, o cümlədən Qubadlı azad ediləcək və yerli azərbaycanlılar öz evlərinə […]

Azərbaycanda qızıl bahalaşır

Azərbaycanda qızıl və gümüş bahalaşıb. Trend-in məlumatına görə, avqustun 31-də qızılın qiyməti avqustun 28-i ilə müqayisədə 43,2905 manat (1,31 faiz) artaraq 1 unsiya üçün 3 347,4785 manat təşkil edib. Gümüş 1,1619 manat (2,5 faiz) bahalaşaraq 1 unsiya üçün 47,6136 manata bərabər olub. Platinin qiyməti 2,1165 manat (0,13 faiz) artaraq 1 594,2175 manat, palladiumun qiyməti 35,326 […]

Dünyada koronavirus infeksiyası səbəbindən ölənlərin sayı 850 mini ötüb

Dünyada COVID-19 xəstəliyinə səbəb olan koronavirus infeksiyası səbəbindən ölənlərin sayı 850 min nəfəri ötüb. AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, avqustun 30-da dünyada 220 min 702 nəfər koronavirus infeksiyasına yoluxub, 4 min 182 nəfər isə dünyasını dəyişib. Saytın son məlumatına əsasən, indiyədək dünyada koronavirus infeksiyasına 25 milyon 391 min 204 yoluxma […]

Həbsdə olan sabiq icra başçısının şikayəti təmin edilməyib

Bakı Apelyasiya Məhkəməsində Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin başçısı, daha sonra isə Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti bölməsinin müdiri vəzifəsində işləmiş Məharət Mustafayev barəsində seçilmiş həbs qətimkan tədbirdən apelyasiya şikayəti baxılıb. Bu barədə APA-ya onun vəkili məlumat verib. Vəkil bildirib ki, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib, Binəqədi rayon […]

Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Hazırda Gürcüstan həbsxanalarında 104 nəfər Azərbaycan vətəndaşı saxlanılır. “Report”un yerli bürosu xəbər verir ki, bu göstərici ölkənin Milli Statistika İdarəsinin iyul ayı üzrə hesabatında əks olunub. Aylıq müqayisədə qonşu ölkədə həbs cəzasına məhkum olunan Azərbaycan vətəndaşlarının sayı 1 nəfər artıb. Qonşu ölkədə ittiham olunan Azərbaycan vətəndaşlarının sayı 6-sı kişi, 4-ü qadın olmaqla 10 nəfər təşkl […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2020
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31