Bakıda uşaq bağçaları açılışa hazırlaşır

Azərbaydan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 15 sentyabr tarixindən Bakı şəhəri üzrə fəaliyyət göstərən dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib. Müvafiq hazırlıq və tibbi-profilaktik tədbirlərdən sonra epidemioloji vəziyyətə uyğun olaraq 1 oktyabr tarixinədək bağçaların tam açılması nəzərdə tutulur. Uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl […]

Ekspert: “Dollar kəskin ucuzlaşacaq”

“Gələn il ABŞ dolları avroya qarşı 36 faiz ucuzlaşaraq on ildən artıq əvvəlki vəziyyətə qayıdacaq”. “Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə “A.G.Biset Associates” valyuta və sərmayə tədqiqatları şirkətinin baş direktoru Ulf Lindahl bildirib. Son 27 ayın ən aşağı səviyyəsində olan, bu ilin pik nöqtəsindəkinə nisbətən əsas tərəf müqabillərinə qarşı 11 faizədək ucuzlaşan ABŞ […]

Braziliyada qadın futbolçularla bağlı vacib qərar

Braziliya Futbol Federasiyası futbolda ayrı-seçkiliyin qarşısını almaq məqsədi ilə önəmli qərar verib. Qol.az qurumun saytına istinadən xəbər verir ki, federasiya qadın və kişi milli komandalarının oyunçularına eyni məbləğdə pul veriləcəyini açıqlayıb. Bütün oyunçulara hazırlıq və matç günlərində eyni miqdarda pul və mükafat veriləcək.

Lukaşenko Belarusun daxili işlərinə qarışan ölkələrin adlarını açıqlayıb

Belarus prezidenti Aleksandr Lukaşenko Polşa, Çexiya, Litva və Ukraynanın respublikanın daxili işlərinə qarışdıqlarını və etiraz aksiyalarını idarə etdiklərini söyləyib. “Report” “Sputnik Belarus”a istinadən xəbər verir ki, dövlət başçısı xarici təsirin Belarusun vəziyyətinə böyük təsir göstərdiyini də vurğulayıb. A.Lukaşenkonun sözlərinə görə, Belarus ünvanına yönələn hər bir “mənfi hərəkət”ə reaksiya göstərir. “Bizim üçün ən başlıcası, atəşin Minskdə alovlanmasının qarşısını […]

Qənirə Paşayeva Əməkdar artist Mirzə Ağabəylini yubileyi münasibətilə təbrik edib

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva tanınmış aktyor, Azərbaycan Respublikasının Əməkdar artisti Mirzə Ağabəyli ilə görüşüb. Musavat.com xəbər verir ki, Qənirə Paşayeva Mirzə Ağabəylini 70 illik yubileyi münasibətilə təbrik edib. Görüş zamanı teatr və kino sahəsindəki vəziyyətlə bağlı da geniş fikir mübadiləsi aparılıb. Komitə sədri Qənirə Paşayeva dəyərli aktyora həyatında və fəaliyyətində bundan sonra […]

BMT koronavirusun qaçqın şagirdlərin təhsilinə təsiri barədə hesabat yaydı

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı “Qaçqınların təhsili üçün bir araya gələk” adlı hesabatını açıqlayıb. Qurumdan “Report”a verilən məlumata görə, hesabatdakı məlumatlar 2019-cu tədris ilindən götürülən təhsil alanlar barədə ümumi rəqəmlərə əsaslanır. BMT-nin Qaçqınlar üzrə Agentliyi olan BMT QAK-ın proqnozuna əsasən, COVID-19-un qaçqınların təhsilinə fəlakətli təsirlərini aradan qaldırmaq üçün beynəlxalq birlik tərəfindən təcili və qətiyyətli tədbir […]

Binəli Yıldırım koronavirusa yoluxub

Binəli Yıldırım və xanımı Semiha COVİD-19-a yoluxub. “Report” xəbər verir ki, bunu Türkiyənin keçmiş baş naziri Binəli Yıldırım “facebook” səhifəsində yazıb. “Səhətimizdə yaranmış narahatlıqla əlaqədar bu səhər Semiha xanımla birlikdə Ankara şəhər xəstəxanasına getdik. COVİD-19 testimiz müsbət çıxdı. Səhəttimizdə elə bil problem yoxdur. Doktorlaımız müalicənin evdə almağımızı məsləhət gördü. Vətəndaşlarımızdan qaydalara riayət etmələrini xahişd edirik”, -Binəli […]

Rusiyada 1 milyondan çox insan koronavirus infeksiyasına yoluxub

Rusiyada son sutka ərzində 4 min 995 nəfər COVID-19 xəstəliyinə səbəb olan koronavirus infeksiyasına yoluxub. Beləliklə ölkədə koronavirusa yoluxanların sayı 1 milyon 9 min 995 nəfər təşkil edib. AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, həmçinin sentyabrın 2-də Rusiyada koronavirus infeksiyası səbəbindən 114 nəfər dünyasını dəyişib və ölənlərin sayı 17 min 528 […]

İordaniyada bir oteldə 300 qonaq karantinə alınıb

İordaniyanın paytaxtı Əmmanda otellərin birinin personalında COVID-19 aşkarlandıqdan sonra 300 qonaq karantinə alınıb. AZƏRTAC xəbər verir ki, bu barədə yerli “Assawsana News” portalı informasiya yayıb. Beşulduzlu otelin qonaqları 14 gün karantində qalacaqlar. İndi onun rəhbərliyi həmin müddətdə bütün xərcləri (hər qonaq üçün gündəlik 99 dollar) öz hesabına ödəməli olacaq. İordaniya hökumətinin pandemiyaya qarşı həyata keçirdiyi […]

Hökumət gələn il ərzaq təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqət yetirəcək

Azərbaycan hökuməti koronavirus pandemiyasının yaratdığı problemlər üzündən ərzaq qıtlığının yaranması ehtimalını nəzərə alaraq gələn ilin dövlət büdcəsində bu sahəyə vəsait ayırmaq niyyətindədir.  Musavat.com xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında qeyd olunur. Bildirilir ki, dünyada son dövrdə baş verən hadisələri nəzərə alaraq xərc siyasətinin […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930